"Əxlaqsızlıq, kütbeyinlik, cahillik baş alıb gedir" Cəlalə Nəzəroğlu
Digərləri 12 Yan 2024 12:30:00 306 0
Son.az qafqazinfo-ya istindən Cəlalə Nəzəroğlunun yazısını təqdim edir "Özlərinin "yığma" lüt bədənlərini nümayiş etdirib yoruldular, indi də keçiblər çılpaq kukla şoularına. Əxlaqsızlıq, kütbeyinlik, cahillik baş alıb gedir. Vaxtilə nə internet vardı, nə də kitablar əlçatan idi. Amma insanlar hətta ucqar dağ kəndində belə, kitab tapıb oxuyurdular. Tarix, coğrafiya, ədəbiyyat, riyaziyyat və s. sahələrdə ən təməl bilgilər elə köhnə kitablarda da var idi. Guya internet dövründə insanlar bütün günü maariflənmək üçün dəridən-qabıqdan çıxırlar??!! Yeni qaynaq tapıb atomu bir daha parçalayıblar? Bir "ovuc" adam qalıb... Xalis nəsildən, cılızlaşmamış nəsildən bircə ovuc adam qalıb... Oğlum saat 8-dən 4-ə qədər məktəbdə olur. Dərsdən qayıdandan yatana qədər onunla durmadan oyun oynayır, kitab oxuyur, şəkil çəkir, gitarada ifa edir, hava yaxşı olanda parkda gəzirik. Yəni, hər saat yox, hər dəqiqə telefondan uzaq tuturam. Amma bütün bunları edərkən bəzən yorğunluqdan ağlamağım gəlir. Boş qoya bilmirəm ki, darıxıb birdən telefonıa qurdalanar, nəsə görər. Belə nə vaxta qədər davam edəcəyəm, bilmirəm... Elə nigaranam, dostlar... İkinci dəfə ana olmaqdan qorxdum. Gözlərim yaşla dolaraq etiraf edirəm. Belə cəmiyyət üçün daha bir övlad dünyaya gətirməyə cəsarətim çatmadı. Birdən tam nəzarət edə bilmərəm, haradasa boşluq buraxaram deyə, qorxdum... Bəzən mənim balamın qarşısına çıxacaq gələcək həyat yoldaşının görəsən, hansı şərtlər altında böyüməsi ağlıma gəlir... "Tik-tok" və digər sosial şəbəkələr kimlərinsə pul qazanması, kimlərinsə bataqlığı oldu". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bu xəbəri də oxu: Xərçəng hüceyrələrini təktək məhv edən meyvə Orqanizmi başdanayağa
Tərtər rayonunda naməlum heyvan skeleti aşkarlanıb.
Survivorda yarışan Turabi ilə Ögeday arasında mübahisə yenidən alovlanı
Müğənni Nərmin Kərimbəyova və Təranə Qumralın müğənni qızı Qumral
Populyar "WhatsApp" ani mesencerində istifadəçilərə mesajların m
Xəbər verdiyimiz kimi, Fransanın xarici işlər naziri vəzifəsinə 38 yaşl
"Həyat bir göz qırpımında uçub gedir".
Seçkiləri müşahidə edəcək şəxslərin sayı artıq 20 minə çatıb.
Ötən gün Türkiyədə "İlin Ulduzları" mükafatlandırma mərasim
Bəzi xanımların kişilərin ürəyini fəth etmək üçün xüsusi əməyə
Xəbər verildiyi kimi, Lənkəran rayonunun Vilvan kəndində ağır yol qəzas
"Evliyəm, bəziləri kimi istədiklərimi edə bilmirəm".
Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökuməti ilə Qra
Aktyor cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyova uzun müddət sonra
Əlverişsiz hava şəraiti ilə əlaqədar Tbilisi Beynəlxalq Hava limanından
CNN yazır ki, Yəməndə husilərə zərbələr endirilən zaman prosesi Pentaq