Şəhidin qızı doğuldu
Digərləri 10 Yan 2024 13:38:00 270 0
Ötən il 19-20 sentyabrda Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Şikar Hüseynovun övladı dünyaya gəlib.
Bu xəbəri də oxu: Goranboyda narkokuryer saxlanıldı
Son.az xəbər verir ki, Goranboy rayonunda doğulan körpəyə Mələk adı verilib.
Şəhid övladının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək.
Qeyd edək ki, Hüseynov Şikar Hüseyn oğlu 1995-ci il oktyabrın 15-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Ş. Hüseynov Çeşməli kənd qəbiristanlığında dəfn edilib.
Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Tanınmış aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişinə gə
2023-cü ildə Birinci Qarabağ müharibəsində yaralanan (91-97-ci illər üzr
"Azerspace-1" telekommunikasiya peykinin dəyəri məlum olub.
Türkiyəli müğənni Şimalda yenidən xərçəng aşkarlanıb.
Dünən televiziya verilişlərinin birində əməkdar artist, bəstəkar Elza S
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" (İRİA) publik hüqu
2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəl
Bakıda yolun hərəkət hissəsini müşahidə edən kamera tüstüləyib.
Tanınmış aktrisa Üzel Kərimovanın əlini pişik dişləyib.
Azərbaycanda İranın casus şəbəkələrinin ifşa olunması istiqamətində
Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilin�
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi
Bu gün əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlunun 70