Ölkədə qızılca ilə bağlı vəziyyət barədə
Digərləri 10 Yan 2024 11:50:00 269 0
2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəliyinin yerli yayılması ilə əlaqədar ölkə ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir.
Bu xəbəri də oxu: Mineral sular üzü gözəlləşdirir
Səhiyyə Nazirliyindən Son.az-a verilən xəbərə görə, yaranmış epidemioloji vəziyyətin təhlili göstərir ki, azyaşlı uşaqlarla yanaşı, həmçinin 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Bunu da qeyd etmək lazımdır ki, yoluxanların, demək olar ki, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərdir.
İnfeksiyanın yerli yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən vaksinasiyası ilə yanaşı, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvənd olunmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib.
Yüksək yoluxuculuq qabiliyyətinə malik qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edib və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırıb.
Bildirilib ki, vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bakıda yolun hərəkət hissəsini müşahidə edən kamera tüstüləyib.
Tanınmış aktrisa Üzel Kərimovanın əlini pişik dişləyib.
Azərbaycanda İranın casus şəbəkələrinin ifşa olunması istiqamətində
Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilin�
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi
Bu gün əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlunun 70
Qalmaqallı müğənni Nüşabə Musayeva Kanal S-də yayımlanan maqazin verili
Fransada vəziyyət ürəkaçan deyil. Son baş verən proseslərə əsaslanaraq
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respub
Ermənistan İrandan hərbi texnika alsa, Qərbin dəstəyindən məhrum olacaq.
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Rusiyaya elektrik avadanlıqlar
Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dair
Azərbaycanda baş tutan toy mərasimindən qəribə görüntülər yayılıb.