MSK aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib


Digərləri 10 Yan 2024 11:06:00 148 0

MSK aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.

Son.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası yanvarın 10-dan növbəti ölkəmiqyaslı tədbirlərə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib.

Treninq layihəsinin əsası hələ 2002-ci ildə Komissiyanın nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində qoyulub və ilbəil təkmilləşdirilərək 2008-ci ildən etibarən forma və məzmunca daha da genişləndirilib. Treninqlər o zamandan bəri ölkəmizdəki bütün seçkilərdə keçirilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik və bacarıqlarının, işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsinə əhəmiyyətli töhfələr verib.

Mərkəzi Seçki Komissiyası qarşıdan gələn seçkilərlə əlaqədar iki mərhələdən ibarət treninq proqramı hazırlayıb. "Trenerlər üçün treninq" adlı birinci mərhələ yanvarın 10-dan başlayaraq 5 gün fasiləsiz keçiriləcək. Bu mərhələ Komissiyanın Treninq qrupu tərəfindən tam praktiki məşğələlər şəklində təşkil olunub və müxtəlif əyani, metodiki, yardımçı vəsaitlərdən istifadə edilməklə keçirilir. "Trenerlər üçün treninq"lərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Onlar seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər.

Sözügedən treninqlərdə seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar əyani formada səhnələşdirilərək yerli trenerlərə nümayiş etdirilir, habelə praktiki məşğələlər zamanı müxtəlif mövzular geniş müzakirə olunur və yaranan suallar cavablandırılır.

Treninq layihəsinin məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq ikinci mərhələsinə yanvarın 17-dən başlanacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək.

Layihənin bu mərhələdə də səmərəliliyini yüksəltmək və keyfiyyətini daha da artırmaq məqsədilə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin praktiki formada və Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən, təxminən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, treninqlərə qatılan hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunacaq.

Prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsində müstəsna rolu olan treninq layihəsi, ümumilikdə 38000-ə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

İranın gizli təklifi üzə çıxdı  Paşinyan like
  • 10 Yan 11:03  
Dünya İranın gizli təklifi üzə çıxdı Paşinyan

Ermənistan İrandan hərbi texnika alsa, Qərbin dəstəyindən məhrum olacaq.

arrow Ətraflı
Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı 651 milyon dolları ötüb like
  • 10 Yan 10:59  
Digərləri Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı 651 milyon dolları ötüb

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Rusiyaya elektrik avadanlıqlar

arrow Ətraflı
Kamran Əliyev onu yeni vəzifəyə təyin etdi like
  • 10 Yan 10:53  
Digərləri Kamran Əliyev onu yeni vəzifəyə təyin etdi

Prokurorluq orqanlarında yeni təyinat olub.

arrow Ətraflı
Türkiyəli məşhur müğənni əməliyyat olundu like
  • 10 Yan 10:51  
Şou-biznes Türkiyəli məşhur müğənni əməliyyat olundu

Müğənni Sefonun səhhətində problem yaranıb.

arrow Ətraflı
Bu yolda sürət həddi endirildi like
  • 10 Yan 10:44  
Digərləri Bu yolda sürət həddi endirildi

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dair

arrow Ətraflı
Azərbaycanda gənc qızı məcburi ƏRƏ VERDİLƏR  DƏHŞƏTLİ GÖRÜNTÜLƏR  VİDEO like
  • 10 Yan 10:40  
Digərləri Azərbaycanda gənc qızı məcburi ƏRƏ VERDİLƏR DƏHŞƏTLİ GÖRÜNTÜLƏR VİDEO

Azərbaycanda baş tutan toy mərasimindən qəribə görüntülər yayılıb.

arrow Ətraflı
Yağıntılı hava nə vaxtadək davam edəcək? like
  • 10 Yan 10:36  
Digərləri Yağıntılı hava nə vaxtadək davam edəcək?

Ölkə ərazisində müşahidə olunan güclü külək yanvarın 10-u gündüz s

arrow Ətraflı
Qonşu dövlətdə eyni anda üç virusun epidemiyası yayıldı like
  • 10 Yan 10:32  
Digərləri Qonşu dövlətdə eyni anda üç virusun epidemiyası yayıldı

Rusiyada tridemiya başlayıb. Hazırkı vəziyyətdə söhbət koronavirus, kə

arrow Ətraflı
"Avroviziya" təmsilçisi öldü like
  • 10 Yan 10:27  
Şou-biznes "Avroviziya" təmsilçisi öldü

Fransanın Monpelye şəhərində müğənni-bəstəkar Qi Bonne 78 yaşında

arrow Ətraflı
Sürücülərə like
  • 10 Yan 10:20  
Digərləri Sürücülərə

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlveri

arrow Ətraflı
Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqata bu tarixdə başlanılacaq like
  • 10 Yan 10:17  
Digərləri Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqata bu tarixdə başlanılacaq

Gələn həftədən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seç

arrow Ətraflı
Vəfa Səidənin CAVABINI VERDİ: "Öz uğurlu işləri olmadığı üçün..." like
  • 10 Yan 10:16  
Şou-biznes Vəfa Səidənin CAVABINI VERDİ: "Öz uğurlu işləri olmadığı üçün..."

Müğənni Vəfa Şərifova MTV Azərbaycanda yayımlanan "Tarixin bir gün

arrow Ətraflı
Aparıcılar canlı efirdə belə girov götürüldü like
  • 10 Yan 10:05  
Dünya Aparıcılar canlı efirdə belə girov götürüldü

Bir qrup silahlı şəxs Ekvadorun TC Televiziya telekanalının studiyasına so

arrow Ətraflı
Xankəndidə silahsursat aşkarlandı like
  • 10 Yan 10:02  
Digərləri Xankəndidə silahsursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlanıb.

arrow Ətraflı
Zeynəb Xanlarovanın həyat yoldaşı kim olub? like
  • 10 Yan 10:00  
Şou-biznes Zeynəb Xanlarovanın həyat yoldaşı kim olub?

Azərbaycanın Xalq artisti, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarovanı

arrow Ətraflı