Sürücülərə
Digərləri 10 Yan 2024 10:20:00 259 0
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bu xəbəri də oxu: Elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib
Bu barədə Son.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməyi, küləkli havada avtomobillərini aşma, yaxud qopma ehtimalı olan obyektlərin yaxınlığında və ya altında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş edir.
İdarə əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Gələn həftədən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seç
Müğənni Vəfa Şərifova MTV Azərbaycanda yayımlanan "Tarixin bir gün
Bir qrup silahlı şəxs Ekvadorun TC Televiziya telekanalının studiyasına so
Azərbaycanın Xalq artisti, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarovanı
"Təsisçilərindən biri olduğum Elçibəy İnstitutu adlı qurumdan iste
Xalq artisti Flora Kərimova və Əməkdar artist Elza Seyidcahanən mübahisəs
Amerika Birləşmiş Ştatları Fələstin-İsrail münaqişəsinin hazırkı m�
Ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda
Yeni ilin ilk günlərində ictimaiyyəti maraqlandıran suallardan biri də 202
Avroviziya təmsilçimiz Səmra Rəhimli növbəti paylaşımı ilə diqqət ç
Yaxın Şərqdə münaqişənin kəskinləşməsi dünyada geosiyasi riskləri a