Bakıdan köçürülməsi gözlənilən
Digərləri 10 Yan 2024 09:35:00 264 0
Ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həllində vacib amillərdən biri ola bilər.
Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan universitetlərin köçürülməsinə münasibət bildirərkən deyib.
"Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi, ya da valideynlərin övladlarını maşınla gətirməsi şəhərdə sıxlığı artırır. Ona görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Hesab edirəm ki, paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti, İqtisad Univeristeti, Slavyan Universiteti və Pedaqoji Universitetdir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməi daha effektiv olar. Bu Bakıətrafı ərazilərin də inkişafına təkan verər. Şəraiti olmayan ali təhsil ocaqlarının da şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı", - Kamran Əsədov bildirib.
Ekspertin sözlərinə görə, Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var:
"Tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Yeni ilin ilk günlərində ictimaiyyəti maraqlandıran suallardan biri də 202
Avroviziya təmsilçimiz Səmra Rəhimli növbəti paylaşımı ilə diqqət ç
Yaxın Şərqdə münaqişənin kəskinləşməsi dünyada geosiyasi riskləri a
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiya
Bakıda 45 yaşlı kişi sirkə turşusu içərək ölüb.
Aktrisa-aparıcı Kəmalə Piriyeva yeni fotolarını paylaşıb.
Rusiya ordusu cəbhə xəttində təşəbbüsü ələ alıb və Ukraynanın şə
Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa
2022-ci ildə müəyyən olunmuş 4 milyard 605 milyon manat illik büdcə öhd�
"Undan bişirilən nə varsa bağırsaqların atasını "yandırır&qu
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən
Saat 8-ə olan məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı,