Rəsmi Bakıdan Fransanın əsassız iddialarına REAKSİYA
Digərləri 10 Yan 2024 08:45:00 352 0
Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir.
Bu xəbəri də oxu: Abşeronda yanğın
Son.az report.az-a istinadən xəbər verir ki, bunları Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
"Fransa Respublikasının vətəndaşı Martin Rian 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar.
Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər.
Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq", - A.Hacızadə deyib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
2022-ci ildə müəyyən olunmuş 4 milyard 605 milyon manat illik büdcə öhd�
"Undan bişirilən nə varsa bağırsaqların atasını "yandırır&qu
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən
Saat 8-ə olan məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı,
ABŞ BMT Təhlükəsizlik Şurasını Yaxın Şərq qətnaməsinin orijinal mət
Üç il ərzində Litva ordusu geniş spektrli kəşfiyyat xarakterli pilotsuz u
KXDR lideri Kim Çen In bildirib ki, Koreya Respublikası Pxenyanın nöqteyi-n�
ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin bir qrup alimi zoğalın faydalı
2024-cü ildə Ukraynanın yeni ərazi itkiləri ola bilər.
İordaniya kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fəl
Bakının Suraxanı rayonunda yol qəzası zamanı 83 yaşlı kişi xəsarət al
Britaniyalı mərhum müğənni Devid Bouinin 77 illik yubileyi günü Parisin 1
Konqo Demokratik Respublikasının (KDR) təhlükəsizlik qüvvələri dekabrın