Makron çətin vəziyyətdədir
Siyasət 10 Yan 2024 11:11:00 312 0
Fransada vəziyyət ürəkaçan deyil. Son baş verən proseslərə əsaslanaraq Makron hakimiyyətinin yeni bir siyasi böhranla üz-üzə olduğunu demək olar. O, vəziyyətdən çıxmaq, Avroparalamentə seçkilərdə qalib gəlmək üçün hökuməti yeniləməyə üstünlük verir.
Bu xəbəri də oxu: Prezident: Azərbaycan dövləti öz oğul və qızlarının qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib
Makron hakimiyyətdə olduğu dövrdə 4 baş nazir istefası baş verib. Bu bir növ ölkədə siyasi baxımdan sabitliyin olmamasının göstəricisidir. Görünür Makron ölkədə artan etirazlardan, siyasi təzyiqlərdən və hakimiyyəti başqa təhlükələrdən qorumaq üçün hökumət başçılarını tez-tez dəyişir.
Ötən gün 34 yaşlı təhsil naziri Qabriel Attal hökumət başçısı təyin edilib. O, ölkə tarixində ən gənc baş nazir və ilk məlum olan homoseksual hökumət başçısı olacaq. Bundan əlavə, Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib. O, bu postu tutan ilk qadındır. Onun təyinatı barədə Fransanın daxili işlər naziri Jerald Darmanen "X" sosial şəbəkəsində məlumat verib. Qeyd edək ki, əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib.
Ölkəsində belə bir vəziyyətin yaranmasına baxmayaraq Fransa Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinmir. Fransanın Avropa və Xarici İşlər Nazirliyi Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlama verib.
Məlum olduğu kimi, Fransa Respublikasının vətəndaşı Martin Rian 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar.
Martin Ryanın atası Riçard isə AFP-yə bildirib ki, ailə artıq onunla danışıb: "Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır. Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib", - R.Rayan deyib.
Xatırladaq ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib.
Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.
İslam Son.az
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respub
Ermənistan İrandan hərbi texnika alsa, Qərbin dəstəyindən məhrum olacaq.
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Rusiyaya elektrik avadanlıqlar
Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dair
Azərbaycanda baş tutan toy mərasimindən qəribə görüntülər yayılıb.
Ölkə ərazisində müşahidə olunan güclü külək yanvarın 10-u gündüz s
Rusiyada tridemiya başlayıb. Hazırkı vəziyyətdə söhbət koronavirus, kə
Fransanın Monpelye şəhərində müğənni-bəstəkar Qi Bonne 78 yaşında
Gələn həftədən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seç
Müğənni Vəfa Şərifova MTV Azərbaycanda yayımlanan "Tarixin bir gün
Bir qrup silahlı şəxs Ekvadorun TC Televiziya telekanalının studiyasına so