"ABŞın ölkəmizə qarşı qərəzlı mövqeyini rədd edirik"
Siyasət 09 Yan 2024 13:52:00 318 0
"Multikulturalizm öz mahiyyətinə görə müxtəlif mədəniyyətlərin dağılmasını deyil, onların bərabər yaşayışını tələb edir. Bu baxımdan müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin hüquq və azadlıqlarının qanunla tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda bu hüquqlar ali qanunla - Konstitusiya ilə təmin olunub. Konstitusiyamızın müvafiq maddələrinə müraciət etsək, Azərbaycanda "fərqlər"in saxlanmasına yönəlmiş dövlət siyasətini aydın görərik."
Son.az bildirir ki, bunu Ajmedia.info-ya "Magen David Azərbaycan" İnsan Hüquqları Mərkəzinin direktoru və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov ABŞ Dövlət Departamentinın Azərbaycanda, guya, dini etiqad azadlığına etinasız münasibətin hökm sürdüyü, dindarlara qarşı təzyiqlərə dözümlü yanaşıldığı qənaəti nəticəsində qara siyahıya əlavə etməsinə fikir bildirərkən deyib.
"Biz Azərbaycanda uzun illər yaşamış digər dini və etnik qrupun üzvü, yəhudi olaraq ABŞ-ın Azərbaycana qarşı səsləndirdiyi qərəzlı mövqeyini rədd edirik. Bir daha Azərbaycanın dini azadlığından qidalanan nümayəndə olaraq bildirirəm ki, tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkana çevrilmiş Azərbaycan bu gün də bu funksiyaları uğurla yerinə yetirməkdədir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də konfessional baxımdan zəngindir.
Amma xoşbəxtlikdən, müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların geniş yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm tolerantlıq əlaqələri formalaşmış, milli, irqi və dini zəmində ayrı-seçkilik hallarına rast gəlinməmiş, azad, sərbəst yaşamagımız əsrlərdə olduğu kimi davam edir", - D.Silvestrov vurğulayıb.
"Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə&
Xalq artisti Aygün Kazımovanın "Bilmək olmaz" mahnısı yutubun Az
Qeyri-iş günlərində, yəni yanvar ayının 1-6 tarixləri aralığında resp
"ABŞ Dövlət Departamenti öz gözündəki tiri görməyib bizim gözümüzdə
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan
Bu gün İranda Tehran-Xürrəmabad magistral yolunda sərnişin avtobusu qəzay
Ölkə rəhbərliyi Perinatal Mərkəzdə bu gecə baş verən hadisənin araşd
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl
ABŞ Rusiyaya qarşı həqiqi münasibətini nümayiş etdirdi və Moskva ilə d
"Mənim bu şeydən xəbərim yox idi. Belə də, Musa öz yoldaşını quc
Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra
Fransanın təhsil naziri Qabriel Atal ölkənin baş naziri postunda Elizabet B
Mərhum meyxanaçı Bayram Kürdəxanılı Rusiya evli olub, hətta onun bir oğ
ABŞ-də məhkəmədə çəkilən kadrlar müzakirə doğurub.