"Kiçik uğurumuz belə onlar üçün faciədir" Milix Yevdayevdən
Digərləri 09 Yan 2024 13:33:00 336 0
"ABŞ Dövlət Departamenti öz gözündəki tiri görməyib bizim gözümüzdə tük axtarır"
Bu xəbəri də oxu: “Ermənilərə Stalin lazımdır”
Azərbaycan dünyada yeganə dövlətlərdəndir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib. Hansı ki, bu harmoniya çox qabaqcıl dövlətlərdə yoxdur.
Bu sözləri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ABŞ Dövlət Departameninin Azərbaycandakı dini azadlıqla bağlı "hesabat"ını şərh edərkən deyib. O bildirib ki, qələbəmiz, uğurlarımız Ermənistanın havadarlarını qıcıqlandırır.
"Biz qalib gəlmişik. Gözümüz toxdur, heç kəsin torpağında gözümüz yoxdur. Heç kəsin torpağına təcavüz eləməmişik. Bunu həzm edə bilmirlər. Ermənistan kiçik dövlətdir, amma havadarları çox böyükdür. Bizim kiçik qələbəmiz Ermənistanın havadarlarını qıcıqlandırır. Bu insanlar şərlə, yalanla nəfəs alırlar, xülya ilə yaşayırlar. Dənizdən dənizə xülyası ilə...
Bu ikili standartlar dövründə, dünyanın qloballaşma dövründə biz BMT-nin 30 il kağız üzərində qalan 4 qətnaməsini həll elədik. Elə bilirsiniz bunu bizə bağışlayırlar? Xeyr. Amerika siyasəti indi Azərbaycana ayaq açmaq istəyir. Biz də buna maneəyik. Bunu bizə bağışlamırlar. ABŞ Dövlət Departamenti öz gözündəki tiri görməyib bizim gözümüzdə tük axtarır. Bizim kiçik uğurumuz belə onlar üçün faciədir. Uğurlarımız, inkişafımız heç də az deyil, Ulu öndər Heydər Əliyevin dediyi kimi dünənini unutmayan və onu öyrədən bir xalq gələcəyinə fəxrlə baxa bilər. Biz dünənimizi unutmuruq və bunu öyrənərək də gələcəyimizə fəxrlə baxacağıq.
Azərbaycan dünyada yeganə dövlətlərdəndir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib. Hansı ki, bu harmoniya çox qabaqcıl dövlətlərdə yoxdur. Azdan-çoxdan Amerikada da, Avropada da, Yaxın Şərqdə də olmuşuq. Elə indicə Şeyx Həzrətləri ilə danışdım. Onun televiziya kanallarından birinə verdiyi müsahibəsi ilə bağlı bir məsələni müzakirə edirdik. İnanın ki, bir-birimizi görməyəndə, səsimizi eşitməyəndə darıxırıq. Çox yaxın əlaqələrimiz var. Hətta, ezamiyyətə gedəndə bu barədə bir-birimizi məlumatlandırırıq", - o əlavə edib.
Amerikanın "gizli silah"ında ermənilərin barmaq izi... DTX Fransadan uzanan əli "qırdı" - Casus şəbəkəsi necə iflas oldu? Coğrafiyanı bilməyən qız necə nazir oldu?Milix Yevdayev bildirib ki, Azərbaycanda yaşayan bütün yəhudilər üçün Azərbaycan ana vətəndir. O, İsrailin üzərindəki qara buludların da çəkilməsi üçün dua etdiyini söyləyib.
Qeyd edək ki, ABŞ dinin həssaslığını nəzərə alaraq illik "hesabat" hazırlayıb. Reallıqla əlaqəsi olmayan bu "hesabat" yanvar ayının 4-də təqdim olunub. Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. "Sənəd"də qeyd olunana görə guya Azərbaycanda dini azadlıq zəifdir.
Bəxtiyar Umarlı Son.az
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan
Bu gün İranda Tehran-Xürrəmabad magistral yolunda sərnişin avtobusu qəzay
Ölkə rəhbərliyi Perinatal Mərkəzdə bu gecə baş verən hadisənin araşd
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl
ABŞ Rusiyaya qarşı həqiqi münasibətini nümayiş etdirdi və Moskva ilə d
"Mənim bu şeydən xəbərim yox idi. Belə də, Musa öz yoldaşını quc
Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra
Fransanın təhsil naziri Qabriel Atal ölkənin baş naziri postunda Elizabet B
Mərhum meyxanaçı Bayram Kürdəxanılı Rusiya evli olub, hətta onun bir oğ
ABŞ-də məhkəmədə çəkilən kadrlar müzakirə doğurub.
Xankəndi və Xocalıda xeyli silah-sursat aşkarlanıb.
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirli
Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslər sülh və mehriba
Türkiyədə səs-küyə səbəb olan "Kızıl Goncalar" serialının