Ombudsmandan ABŞ Dövlət Departamentinin hesabatına REAKSİYA


Siyasət 09 Yan 2024 10:51:00 166 0

Ombudsmandan ABŞ Dövlət Departamentinin hesabatına REAKSİYA

Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslər sülh və mehribanlıq şəraitində yaşamışdır. Son dövrlərdə isə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsində həyata keçirilməyə başlanmış və ölkəmizdə dinlərarası dialoqu təşviq edən bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Son.az xəbər verir ki, bununla bağlı Ombudsman Səbinə Əliyeva ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyətinə dair hesabatına münasibətində qeyd edib:

"Təsadüfi deyil ki, Azərbaycan dünyada dini baxımdan ən tolerant dövlətlər siyahısında yer alan, multikulturalizm və dinlərarası dialoqun nümunəvi modelinin formalaşdığı, antisemitizm, dini ayrı-seçkilik kimi halların olmadığı dövlətlərdəndir. Ölkəmizdə inanclı insanların ibadət məkanları kimi məscidlərlə yanaşı, katolik və pravoslav kilsələri, o cümlədən erməni kilsəsi, yəhudi sinaqoqları fəaliyyət göstərməkdədir.

İnsanların dini inanclarını sərbəst şəkildə həyata keçirmələrinə şərait yaradılması, vicdan azadlığı hüququnun yüksək səviyyədə təmin edilməsi, eləcə də fəaliyyət dövrü ərzində Ombudsmana bu məsələ ilə əlaqədar şikayətlərin demək olarki, olmaması da bu faktın bariz göstəricilərindəndir.

Bu baxımdan, ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik.

Həmin hesabatda ölkəmizlə bağlı yer almış məlumatların heç bir əsasının olmadığını bir daha bəyan edir, bu cür sənədlərin hazırlanması zamanı ikili standartlara yol vermədən məsuliyyətli, reallığı əks etdirən və faktlara əsaslanan təhlillərin aparılmasını vacib hesab edirik.

Bununla yanaşı, hesabatda qeyd olunanların əksinə olaraq, məhz Azərbaycanın uzun illər ərzində Ermənistanın işğal, etnik təmizləmə siyasətindən əziyyət çəkdiyini, xalqımıza məxsus dini-tarixi abidələrin, o cümlədən məscidlərin, ibadət yerlərinin kütləvi şəkildə məhv edildiyini, dini abidələrin saxtalaşdırıldığını, 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarda, o cümlədən hal-hazırda Ermənistan ərazisində azərbaycanlılara məxsus çoxsaylı qəbiristanlıqların dağıdıldığını və təhqir edildiyini bu sənədi tərtib edənlərin diqqətinə bir daha xatırlatmaq istərdik.

Sadalanan faktlar ABŞ Dövlət Departamentinin hazırladığı hesabatın arxasında dünya ictimaiyyətində ölkəmiz barədə mənfi rəy yaratmağa yönəlmiş qərəzli siyasətin dayandığını deməyə əsas verir.

Azərbaycan Ombudsman təsisatı dinindən, dilindən, irqindən və digər əlamətlərindən asılı olmayaraq, hər kəsə bərabər imkanların təmini edilməsini daim diqqətdə saxlayır. Eyni zamanda, fəaliyyətimizi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapmış "heç kimin geridə qalmaması" prinsipinə əsaslanaraq, ölkədə mövcud olan sabitliyin, multikultural və tolerant mühitin, yerli xalqlar arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi naminə hər kəsin səylərini birləşdirməsi konsepsiyası əsasında qururuq.

Azərbaycan Ombudsmanı olaraq bir daha vurğulamaq istəyirəm ki, ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən bu cür əsassız və qərəzli hesabat və bəyanatların yayımlanması qəbuledilməzdir". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qalmaqallı serialın yayımı dayandırıldı  RƏSMİ  FOTO like
  • 09 Yan 10:44  
Şou-biznes Qalmaqallı serialın yayımı dayandırıldı RƏSMİ FOTO

Türkiyədə səs-küyə səbəb olan "Kızıl Goncalar" serialının

arrow Ətraflı
Aygün Bəylərin ailəsindən Aynişana irad  VİDEO like
  • 09 Yan 10:12  
Şou-biznes Aygün Bəylərin ailəsindən Aynişana irad VİDEO

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva mərhum

arrow Ətraflı
Bakıda 1ci sinif şagirdi qızılcadan öldü like
  • 09 Yan 10:05  
Digərləri Bakıda 1ci sinif şagirdi qızılcadan öldü

2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən h

arrow Ətraflı
Samirə 12 yaşındakı FOTOsunu yaydı like
  • 09 Yan 10:00  
Şou-biznes Samirə 12 yaşındakı FOTOsunu yaydı

Aşıq Samirə Əliyeva sosial şəbəkədə arxiv fotosunu paylaşıb.

arrow Ətraflı
Dominikan polisi "Survivor All Star 2024"də ƏMƏLİYYAT KEÇİRDİ like
  • 09 Yan 09:57  
Şou-biznes Dominikan polisi "Survivor All Star 2024"də ƏMƏLİYYAT KEÇİRDİ

Dominikanda keçirilən "Survivor" yarışmasına polis basqın edib.

arrow Ətraflı
“Aygün Bəylərin ifa edərkən əlqolunu oynatması bəzilərinə xoş gəlmirdi”  VİDEO like
  • 09 Yan 09:26  
Şou-biznes “Aygün Bəylərin ifa edərkən əlqolunu oynatması bəzilərinə xoş gəlmirdi” VİDEO

"Aygün sinfə gəlirdi və elə mahnılar oxuyurdu ki, heç mən bilmirdim

arrow Ətraflı
WhatsApp”dan yenilik: Eyni zamanda həm danışacağıq, həm də birlikdə...  FOTO like
  • 09 Yan 09:20  
Digərləri WhatsApp”dan yenilik: Eyni zamanda həm danışacağıq, həm də birlikdə... FOTO

"WhatsApp" yeni funksiya ilə istifadəçiləri sevindirməyə davam e

arrow Ətraflı
Futbolçunun arvadı doğuşdan sonra like
  • 09 Yan 09:15  
Digərləri Futbolçunun arvadı doğuşdan sonra

Məşhur bloger və DJ Karina İstomina doğuşdan sonra çimərlik geyimində f

arrow Ətraflı
Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanıldı like
  • 09 Yan 08:58  
Digərləri Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanıldı

Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanılıb.

arrow Ətraflı
Bakının bəzi yollarında tıxac var like
  • 09 Yan 08:49  
Digərləri Bakının bəzi yollarında tıxac var

Bakının bir sıra yollarında tıxac yaranıb.

arrow Ətraflı
Yaponiyadakı zəlzələdə ölənlərin sayı artdı like
  • 09 Yan 08:44  
Dünya Yaponiyadakı zəlzələdə ölənlərin sayı artdı

Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlər nəticəsində həlak ola

arrow Ətraflı
Bakıda baş verən yanğının görüntüləri yayıldı like
  • 09 Yan 08:39  
Digərləri Bakıda baş verən yanğının görüntüləri yayıldı

Xəbər verdiyimiz kimi, bu gün Respublika Perinatal Mərkəzində yanğın ba�

arrow Ətraflı
İrəvan Bakıya təkliflər göndərdi: fikir ayrılığı… like
  • 09 Yan 08:33  
Dünya İrəvan Bakıya təkliflər göndərdi: fikir ayrılığı…

Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyaları

arrow Ətraflı
Ermənistana hücum olsa, İran ordu göndərəcək? like
  • 09 Yan 08:16  
Dünya Ermənistana hücum olsa, İran ordu göndərəcək?

İran Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə t�

arrow Ətraflı