Daşkəsəndə kömür istehsalının qarşısı alındı
Digərləri 09 Yan 2024 00:01:00 326 0
Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla istismar etdikləri kömür quyuları aşkar edilib.
Bu xəbəri də oxu: Bakının məşhur bazarı bu əraziyə köçürülür
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, qanunsuz kömür istehsal edən üç nəfərin rayonun Tapan kənd sakinləri olduqları müəyyən edilib. Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.
Bundan başqa, Rayon Polis Şöbəsinə Rayon Xəstəxanasının arxa hissəsindəki məişət tullantıları üçün nəzərdə tutulmuş ərazidə silah-sursat olması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmlar həyata keçirib və ərazidən bir ədəd 7.62 mm-lik "Kalaşnikov" avtomatı və həmin avtomatın üzərinə quraşdırılmış qumbaraatan aşkar edilərək götürülüb. Bununla bərabar polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində altı nəfər rayon sakini saxladıqları müvafiq sənədləri olmayan, müxtəlif kalibirli ov silahlarını polisə könüllü təhvil verib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Yanvarın 4-də Ermənistan sülh müqaviləsi ilə bağlı əlavə təklifləri
ABŞ-də polis itkin düşmüş yeniyetməni "World of Warcraft" oyunu
AzTV-də yayımlanan "Yüz ilin sirləri" verilişi "Bəxt üz�
Ulduzlar hər bir bürc üçün unikal imkanlar və çağırışlar vəd edir ki
Ukrayna F-16 təyyarələrini aldıqdan sonra hücum edə bilər.
İtaliyada ekstremal hava şəraitinin yarada biləcəyi təhlükə ilə əlaqə
İllər əvvəl yayımlanmasına baxmayaraq hələ də baxılan seriallardan ola
İsveç vətəndaşlarına ölkədə müharibənin başlaya biləcəyi ehtimalı
Türkiyə milli müdafiə naziri Yaşar Gülər qardaş ölkədə səfərdə ola
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali n
Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyaları
Ermənistanda sabiq korpus komandirinin yenidən həbsi barədə müraciət olun
Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artist Aygün Hümmətovanın (Bəyl�
Əgər indi dəstəyi dayandırmaq və ya geri götürmək qərarı verilərsə,