Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin şəxsiyyəti məlum oldu
Digərləri 08 Yan 2024 15:04:00 286 0
Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır.
Bu xəbəri də oxu: Mərhum şahmatçı Vüqar Həşimovun atası dəfn edilir
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə erməni əsilli Fransız jurnalist Leo Nicolian 07 yanvar 2024-cü ildə "X" (keçmiş Twitter) sosial platformasındakı rəsmi səhifəsində məlumat verib.
"Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. Merkorama MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib", - o qeyd edib.
Fransa vətəndaşı Martin Ryanın 4 dekabrda Fransa kəşfiyyatının xeyrinə casusluğa görə həbs olunmaqla, hazırda Bakıda həbsdə olduğu məlum olur.
Qeyd edək ki, daha əvvəl Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət edib, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.
Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Məlum olduğu kimi, 2023-cü il dekabr ayının 20-də Fransa Prezidenti Emanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib.
Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Milli Məclisdə müzakirə edilən mövzulardan biri də minimum əməkhaqqın�
Bakıda və Abşeron yarımadasında Bir neçə gün davam edən mülayim hava �
Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif o
"Aygün Bəylər Azərbaycan musiqi mədəniyyətinin tut ağacı idi"
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ix
Savalan dağında itkin düşən 3 təbrizli dağçının ikisinin meyiti tapıl
Azərbaycanda 6 milyon 300 mindən artıq seçici var.
Bişkekin baş meydanında ikinci dəfə Qırğızıstanın yeni bayrağı qald�
Bu gün səhər saatlarında Azərbaycan səmasında müşahidə olunan rənglə
"Neçə gündür özümə gələ bilmirəm. Allah sənət dostlarımıza r�
Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycan Respublikasının
İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.