MN: Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı


Siyasət 19 Sen 2023 13:24:00 1460 0

MN: Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilmişdir.

Sentybarın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb. Son.az

Paşinyan hakimiyyətdə qalmaq üçün Qarabağda yeni gərginlik yaratmağa çalışır like
  • 19 Sen 13:14  
Siyasət Paşinyan hakimiyyətdə qalmaq üçün Qarabağda yeni gərginlik yaratmağa çalışır

Bu gün erməni qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiy

arrow Ətraflı
Qəzada və terror aktı nəticəsində həlak olan polislərin FOTOsu like
  • 19 Sen 13:11  
Digərləri Qəzada və terror aktı nəticəsində həlak olan polislərin FOTOsu

Xəbər verdiyimiz kimi, sentyabrın 19-u Daxili İşlər Nazirliyi əməkdaşla

arrow Ətraflı
Səbr kasasını daşıran həmlə  Separatçılara niyə "dur" like
  • 19 Sen 13:00  
Siyasət Səbr kasasını daşıran həmlə Separatçılara niyə "dur"

Azərbaycan dəfələrlə sülh tərəfdarı olduğunu bəyan etsə də, qarşı

arrow Ətraflı
Astarada yolda torpaq uçqunu olub, körpü dağılıb like
  • 19 Sen 12:57  
Digərləri Astarada yolda torpaq uçqunu olub, körpü dağılıb

Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törə

arrow Ətraflı
Ermənistanın törətdiyi mina terroru cəzasız qalmayacaq  Türkiyəli general like
  • 19 Sen 12:55  
Siyasət Ermənistanın törətdiyi mina terroru cəzasız qalmayacaq Türkiyəli general

Ermənistan hələ də Azərbaycana qarşı mina terroruna davam edir.

arrow Ətraflı
Ərdoğandan sözünü kəsən aparıcıya sərt reaksiya  VİDEO like
  • 19 Sen 12:52  
Digərləri Ərdoğandan sözünü kəsən aparıcıya sərt reaksiya VİDEO

"Rusiyaya güvənməmək üçün heç bir səbəbim yoxdur. Türkiyəni 50

arrow Ətraflı
Sabah Bakıda 25° isti olacaq like
  • 19 Sen 12:47  
Digərləri Sabah Bakıda 25° isti olacaq

Sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Xocavənddə həlak olan polis tanınmış aparıcının qaynıdır like
  • 19 Sen 12:44  
Digərləri Xocavənddə həlak olan polis tanınmış aparıcının qaynıdır

Xəbər verdiyimiz kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisəl

arrow Ətraflı
Antiterror əməliyyatı olacaq? like
  • 19 Sen 12:36  
Siyasət Antiterror əməliyyatı olacaq?

Rusiyalı sülhməramlıların müvəqqəti nəzarət arealında olan qarabağl�

arrow Ətraflı
Azərbaycanda COVİDə yoluxma son bir ayda 18 dəfə artıb like
  • 19 Sen 12:31  
Digərləri Azərbaycanda COVİDə yoluxma son bir ayda 18 dəfə artıb

COVİD-19-un yeni dalğası bütün dünyanı bürüməkdədir.

arrow Ətraflı
Dəfələrlə İrəvanla danışıqlar apardıq...  Ərdoğan like
  • 19 Sen 12:30  
Digərləri Dəfələrlə İrəvanla danışıqlar apardıq... Ərdoğan

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında akti

arrow Ətraflı
Ombudsman Ermənistanın növbəti mina terrorunu pisləyib like
  • 19 Sen 12:29  
Siyasət Ombudsman Ermənistanın növbəti mina terrorunu pisləyib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
Növbəti erməni təxribatı  2 hərbçimiz yaralandı like
  • 19 Sen 12:25  
Siyasət Növbəti erməni təxribatı 2 hərbçimiz yaralandı

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu i

arrow Ətraflı
Mina partlayışında həlak olan polisin FOTOsu like
  • 19 Sen 12:18  
Digərləri Mina partlayışında həlak olan polisin FOTOsu

Xəbər verdiyimiz kimi, Xocavənddə ermənilərin törətdiyi terror aktında

arrow Ətraflı