Səbr kasasını daşıran həmlə Separatçılara niyə "dur"


Siyasət 19 Sen 2023 13:00:00 1468 0

Səbr kasasını daşıran həmlə  Separatçılara niyə "dur"

Azərbaycan dəfələrlə sülh tərəfdarı olduğunu bəyan etsə də, qarşı tərəf bu prosesə mane olmaq üçün əlindən gələni edir. Hərgün mövqelərimizin atəşə tutulmasını, terror aktları, dezinformasiyalar yayılması, baş verənlərin dünyaya fərqli şəkildə təqdim olunması və bu növdə başqa təxribat tipli hərəkətləri sadalamaq olar.

Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı qalıqları vəziyyəti gərginləşdirməyə davam edir. Bu gün gecə saatlarında baş verən terror aktı da gərginləşdirmə cəhdlərinin sübutudur. Dünən saat 01 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu hadisənin acısı soyumamış bir neçə saat sonra daha bir dəhşətli hadisə yaşanıb. Belə ki, Xocavənddə yeni tikilmiş tunelə yerləşdirilmiş minanın partlaması nəticəsində 4 polis əməkdaşı (Camalzadə Asim Knyaz oğlu, Şirinov Ramil Arif oğlu, Mahmudov Seymur Elsevər oğlu və Zamanov Xəzər Azər oğlu ) həlak olub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydığı birgə məlumata görə polis əməkdaşları terror hadisəsinin baş verdiyi yerə gedərkən pusquya düşüblər. Beləliklə, baş vermiş qəzada 3, terrorda 4 nəfər olmaqla, ümumilikdə bir gecədə 7 polis əməkdaşı həlak olub. Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.

Bu hadisə ermənilərin azərbaycanlılara qarşı ilk terroru deyil. Tarix boyu Azərbaycan erməni təxribatlarından əziyyət çəkib. Onların Azərbaycan xalqına yaşatdığı dəhşəti - Xocalı soyqrımını isə ümumiyyətlə unutmaq mümkün deyil.

Gecə baş verən terakt və bugünə qədər üzləşdiyimiz təxribatlar göstərir ki, Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır. Minanın yeni tikilən tunelə yerləşdirilməsi, mülki şəxslərin hədəf alınması isə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaq məqsədi daşıyır.

Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda separatçıların, cinayətkar rejimin, xuntanın mövcudluğu, Ermənistan SQ nin qalıqlarının olması gərginlik mənbəyidir. Regiona sülh və əminamanlığın yolu gətirmək, təhlükəsizliyi və digər məsələləri təmin etmək üçün bu problem aradan qaldırılmaqdan keçir.

Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır. Ötən gün Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı erməni silahlılarının itlərdən terror aktı üçün istifadəsini pisləyib. Təşkilat bunu insanlığa sığmayan vəhşilik adlandırıb. "Günahsız bir heyvandan terror aktı kimi istifadə edilməsi əxlaqsızlıqdır", - məlumatda qeyd olunub. Belə bəyanatlar çoxluq təşkil etsə də, separatçılara dəstək verən ölkələr də az deyil. Elə bu kimi təxribatların törədilməsi də separatçılara "dur" deyənin olmamasından qaynaqlanır.

Bəxtiyar Umarlı Son.az

Astarada yolda torpaq uçqunu olub, körpü dağılıb like
  • 19 Sen 12:57  
Digərləri Astarada yolda torpaq uçqunu olub, körpü dağılıb

Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törə

arrow Ətraflı
Ermənistanın törətdiyi mina terroru cəzasız qalmayacaq  Türkiyəli general like
  • 19 Sen 12:55  
Siyasət Ermənistanın törətdiyi mina terroru cəzasız qalmayacaq Türkiyəli general

Ermənistan hələ də Azərbaycana qarşı mina terroruna davam edir.

arrow Ətraflı
Ərdoğandan sözünü kəsən aparıcıya sərt reaksiya  VİDEO like
  • 19 Sen 12:52  
Digərləri Ərdoğandan sözünü kəsən aparıcıya sərt reaksiya VİDEO

"Rusiyaya güvənməmək üçün heç bir səbəbim yoxdur. Türkiyəni 50

arrow Ətraflı
Sabah Bakıda 25° isti olacaq like
  • 19 Sen 12:47  
Digərləri Sabah Bakıda 25° isti olacaq

Sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Xocavənddə həlak olan polis tanınmış aparıcının qaynıdır like
  • 19 Sen 12:44  
Digərləri Xocavənddə həlak olan polis tanınmış aparıcının qaynıdır

Xəbər verdiyimiz kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisəl

arrow Ətraflı
Antiterror əməliyyatı olacaq? like
  • 19 Sen 12:36  
Siyasət Antiterror əməliyyatı olacaq?

Rusiyalı sülhməramlıların müvəqqəti nəzarət arealında olan qarabağl�

arrow Ətraflı
Azərbaycanda COVİDə yoluxma son bir ayda 18 dəfə artıb like
  • 19 Sen 12:31  
Digərləri Azərbaycanda COVİDə yoluxma son bir ayda 18 dəfə artıb

COVİD-19-un yeni dalğası bütün dünyanı bürüməkdədir.

arrow Ətraflı
Dəfələrlə İrəvanla danışıqlar apardıq...  Ərdoğan like
  • 19 Sen 12:30  
Digərləri Dəfələrlə İrəvanla danışıqlar apardıq... Ərdoğan

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında akti

arrow Ətraflı
Ombudsman Ermənistanın növbəti mina terrorunu pisləyib like
  • 19 Sen 12:29  
Siyasət Ombudsman Ermənistanın növbəti mina terrorunu pisləyib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
Növbəti erməni təxribatı  2 hərbçimiz yaralandı like
  • 19 Sen 12:25  
Siyasət Növbəti erməni təxribatı 2 hərbçimiz yaralandı

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu i

arrow Ətraflı
Mina partlayışında həlak olan polisin FOTOsu like
  • 19 Sen 12:18  
Digərləri Mina partlayışında həlak olan polisin FOTOsu

Xəbər verdiyimiz kimi, Xocavənddə ermənilərin törətdiyi terror aktında

arrow Ətraflı
QAİ ƏhmədbəyliFüzuliŞuşa yolunda və Xocavənddə törədilən ermən terrorunu pisləyir like
  • 19 Sen 11:58  
Siyasət QAİ ƏhmədbəyliFüzuliŞuşa yolunda və Xocavənddə törədilən ermən terrorunu pisləyir

Qərbi Azərbaycan İcması Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Xocavənd r

arrow Ətraflı
İrəvan Bakını böyük bir müharibəyə çəkir – Ağar like
  • 19 Sen 11:57  
Siyasət İrəvan Bakını böyük bir müharibəyə çəkir – Ağar

Ermənistanın və Qarabağdakı separatçıların Ağdam-Xankəndi yolu ilə Q�

arrow Ətraflı