Ombudsman Ermənistanın növbəti mina terrorunu pisləyib


Siyasət 19 Sen 2023 12:29:00 1464 0

Ombudsman Ermənistanın növbəti mina terrorunu pisləyib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın növbəti mina terrorunu pisləyib.

Ombudsman Aparatından Son.az-a verilən məlumata görə, Səbinə Əliyev deyib ki, Ermənistan tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir:

"Belə ki, sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Həmçinin terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və Nazirliyin dörd əməkdaşı həlak olub.

Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən mina terroru azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan mülki şəxslərin həyat və sağlamlıqlarına təsir etməklə yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır.

Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha sübut edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, mülki şəxslərin həyatını itirməsinə səbəb olan, regionda sülh quruculuğu prosesinə xələl gətirən bu təxribatı şiddətlə pisləyir, beynəlxalq ictimaiyyəti dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə və bu ölkənin törətdiyi mina terroruna reaksiya verməyə çağırıram". Son.az

Növbəti erməni təxribatı  2 hərbçimiz yaralandı like
  • 19 Sen 12:25  
Siyasət Növbəti erməni təxribatı 2 hərbçimiz yaralandı

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu i

arrow Ətraflı
Mina partlayışında həlak olan polisin FOTOsu like
  • 19 Sen 12:18  
Digərləri Mina partlayışında həlak olan polisin FOTOsu

Xəbər verdiyimiz kimi, Xocavənddə ermənilərin törətdiyi terror aktında

arrow Ətraflı
QAİ ƏhmədbəyliFüzuliŞuşa yolunda və Xocavənddə törədilən ermən terrorunu pisləyir like
  • 19 Sen 11:58  
Siyasət QAİ ƏhmədbəyliFüzuliŞuşa yolunda və Xocavənddə törədilən ermən terrorunu pisləyir

Qərbi Azərbaycan İcması Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Xocavənd r

arrow Ətraflı
İrəvan Bakını böyük bir müharibəyə çəkir – Ağar like
  • 19 Sen 11:57  
Siyasət İrəvan Bakını böyük bir müharibəyə çəkir – Ağar

Ermənistanın və Qarabağdakı separatçıların Ağdam-Xankəndi yolu ilə Q�

arrow Ətraflı
Mina partlayışlarının baş verdiyi yerdən like
  • 19 Sen 11:55  
Siyasət Mina partlayışlarının baş verdiyi yerdən

Xəbər verdiyimiz kimi, sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayo

arrow Ətraflı
Terrorda və yol qəzasında həlak olanlara şəhidlik statusu veriləcək?  RƏSMİ AÇIQLAMA like
  • 19 Sen 11:27  
Digərləri Terrorda və yol qəzasında həlak olanlara şəhidlik statusu veriləcək? RƏSMİ AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Elektrikquraşdırma M�

arrow Ətraflı
Erməni silahlıların sayı açıqlandı: əməliyyat kiçik olmayacaq like
  • 19 Sen 11:24  
Dünya Erməni silahlıların sayı açıqlandı: əməliyyat kiçik olmayacaq

Qarabağdakı terrorçuların sayı və malik olduqları hərbi texnikanın miqd

arrow Ətraflı
Texniki avadanlıqları rəsmi pərakəndə satış mağazalarından almağın like
  • 19 Sen 11:22  
Digərləri Texniki avadanlıqları rəsmi pərakəndə satış mağazalarından almağın

"Qara bazar" rəsmi mağazalara qarşı: alıcı texniki avadanlıq se

arrow Ətraflı
Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək like
  • 19 Sen 11:19  
Digərləri Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

7-9 dekabr tarixlərində Bakı İdman Sarayında Kiçik və Orta Biznesin İnki

arrow Ətraflı
Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşdü like
  • 19 Sen 11:17  
Siyasət Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşdü

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müa

arrow Ətraflı
Görünür, Bob Menendez məni tanımır  Ərdoğan like
  • 19 Sen 10:58  
Dünya Görünür, Bob Menendez məni tanımır Ərdoğan

Bob Menendez Türkiyəni, belə görünür, Tayyib Ərdoğanı da tanımır.

arrow Ətraflı
MSKnın əməkdaşı vəfat etdi like
  • 19 Sen 10:51  
Digərləri MSKnın əməkdaşı vəfat etdi

Mərkəzi Seçki Komissiyasının əməkdaşı dünyasını dəyişib.

arrow Ətraflı
“Azerçay”dan “Doğma məktəbə qayıdış” layihəsi like
  • 19 Sen 10:49  
Digərləri “Azerçay”dan “Doğma məktəbə qayıdış” layihəsi

Yay tətilinin bitməsi ilə artıq məktəbə qayıdış başlayıb. "Azer

arrow Ətraflı