Texniki avadanlıqları rəsmi pərakəndə satış mağazalarından almağın


Digərləri 19 Sen 2023 11:22:00 671 0

Texniki avadanlıqları rəsmi pərakəndə satış mağazalarından almağın

"Qara bazar" rəsmi mağazalara qarşı: alıcı texniki avadanlıq seçərkən necə risk edir?

Yeni notbuk və ya smartfon əldə etməyi planlaşdırdığımız zaman biz adətən onun texniki xüsusiyyətlərini, qiymətini və etibarlılığını dəyərləndiririk. Elektrik avadanlığı almaq çox vaxt baha başa gəlir və istifadəçilər tez-tez qeyri-rəsmi tərəfdaşlara və ya məhsulu aşağı qiymətə təklif edən xüsusi  satıcılara müraciət edirlər. Qara bazarın alıcılar üçün üstünlükləri varmı? Həqiqətənmi rəsmi tərəfaşlarda qiymətlər daha yüksəkdir? Bu məsələyə məqaləmizdə aydınlıq gətirməyə çalışacağıq.

Təhlükəsizlik

Rəsmi satış kanallarının lehinə olan birinci və çox səsləndirilən arqument orijinal və yüksək keyfiyyətli mal almaq imkanıdır. "Qara bazardan" əldə etdiyiniz avadanlıq saxta,  bəyan olunan xüsusiyyətlərdən tamamilə uzaq, hətta istifadəsi təhlükəli, işlənmiş və ya təmir edilmiş məhsul ola bilər. İstehsalçıya məxsus məhsulları rəsmi olaraq satan mağazalarda bu vəziyyət praktiki olaraq istisna edilir. "Rəsmi tədarükçü" statusunu əldə etmək üçün pərakəndə satış şəbəkələri satdıqları məhsullar ilə əlaqəli ciddi keyfiyyət standartlarına, eləcə də yüksək müştəri xidməti standartlarına cavab verməlidirlər.

Bu cür icazəni əldə etmək elə də asan deyil və ona sahib olan pərakəndə satış şəbəkələri bu statusu yüksək qiymətləndirirlər. Bu səbəbdən onlar orijinal adı altında "qeyri-rəsmi" şəkilə idxal olunan bir məhsulu sizə sataraq öz etibarlarına xələl gətirməzlər. Rəsmi pərakəndə satış şəbəkələrinin mağazalarından avadanlıq alarkən, onun mənşəyinin məlum olduğuna və bütün təhlükəsizlik standartlarına cavab verdiyinə əmin ola bilərsiniz. Həmin avadanlıqlarda əvvəlcədən quraşdırılmış fişinq proqramları, viruslar və s. olmur.

Lenovo notbukunun orijinallığını necə yoxlamaq olar

• Hər bir cihazın özünəməxsus seriya nömrəsi olur və bu nömrə vasitəsilə istehsalçı şirkətin rəsmi saytından (https://pcsupport.lenovo.com/us/en/warrantylookup#/ ) məhsulun mənşəyi və hansı ölkə üçün nəzərə tutulması barədə məlumat əldə edə bilərsiniz və ya rəsmi servis mərkəzində

• Vizual qaydada yoxlayaraq. Azərbaycana rəsmi şəkildə gətirilən cihazların klaviaturalarında həm ingilis, həm də kiril əlifbaları mövcud olur.

• Azərbaycan və Mərkəzi Asiya regionu üçün istehsal olunan notbuk modellərinin adındakı (part number) kod RK, RU, KZ ilə bitə bilər. Cihazınızın part number bölməsində başqa hərf kombinasiyaları olarsa (Böyük Britaniya, ABŞ və s.),  bu, "qara bazar" üçün gətirilən məhsuldur.

• Rəsmi proqram təminatının olması.

Zəmanət

Adətən rəsmi mağazalardan əldə olunan texniki avadanlıqlar istehsalçı zəmanətinə malik olur, bu o deməkdir ki, cihazda problem yaranarsa, rəsmi servis mərkəzinə müraciət edərək pulsuz və ya cüzi bir ödəniş qarşılığında xidmət görə və cihazı təmir etdirə bilərsiniz.

Lenovonun Azərbaycandakı rəsmi servis mərkəzləri

Azerbaijan Technology Solutions Baku AZ1025, A. Cəlilov küç., 32; +(99412) 490-34-95/96

DiVi Corporation AZ1022, Rəşid Behbudov küç. 89B; +(99412) 497 31 21

BestComp Group AZ1007, Feyzulla Qasımzadə küç., 47X; +(99412) 541 57 57

Rəsmi mağazalar məhsul hər-hansı səbəbdən sizə uyğun gəlməzsə və ya qüsurlu olarsa (yerli qanunvericiliyə əsasən 14 gün ərzində), müştərilərinə həmin məhsulu dəyişdirmək və qaytarmaq imkanı verir. Qeyri-rəsmi tədarükçülər isə çox zaman heç bir təmir xidməti göstərmir və müraciətinizdən sonra  ən yaxşı halda keyfiyyətsiz məhsulu dəyişdirməyə razı ola bilərlər, lakin çox güman ki, bu sizin vaxtınız, gərginlik və əsəblərinizin korlanması hesabına başa gələcəkdir.

Keyfiyyət

Rəsmi mağazalardan alınan məhsullar ciddi keyfiyyət sınaqlarından keçirilir və satıldığı ölkənin qanunları və standartlarına uyğunluq sertifikatına malik olur. Belə ki, siz aldığınız məhsulun keyfiyyətindən tam əmin ola bilərsiniz.

Lenovo öz istehsalı olan məhsulların keyfiyyətinə ciddi yanaşır. Şirkət notbuklarının istehsal prosesinin hər bir mərhələsini, material və əsas materialların tədarük zənciri daxil olmaqla, dünya miqyasında servis mərkəzlərinin idarə olunmasına qədər nəzarət edir.

Orijinal cihazlar saxta və qeyri-rəsmi şəkildə idxal olunan cihazlarda mövcud olmayan əlavə xidmətlərlə təchiz oluna bilər.

Lenovo şirkətinin proqram təminatı

Məsələn, Lenovo Vantage tətbiqi kompüterinizin işini optimallaşdırmağa və mühafizə sistemini aktivləşdirməyə imkan verən əvvəlcədən quraşdırılmış bir proqramdır. Vantage vasitəsilə cihaz və sistem parametrlərini sürətli şəkildə dəyişdirə, batareyanın vəziyyətini yoxlaya, Wi-Fi şəbəkəsinin təhlükəsizliyini təmin edə və ən son drayverləri  və proqram təminatını (fimware) yükləyə bilərsiniz.

Dəstək xidməti

Almağı düşündüyünüz texnikanın istehsalçısının rəsmi tərəfdaşlarının mağazaları əsasən tədarükçülərin rəsmi servis mərkəzləri ilə əlaqəli olur və ya öz müştəriləri üçün öz dəstək xidmətlərini yaradırlar. Beləliklə, şirkət mağazalarından məhsul aldıqda Baku Electronics, Kontakt Home, Soliton, World Telecom, Division, Meduza Komputer, "Azerbaijan Technologies" company, Lenovo avadanlığı ilə bağlı hər hansı bir sualınız və ya probleminiz yaranarsa yardım ala bilərsiniz.

Xüsusi təkliflər və aksiyalar

Rəsmi pərakəndə satışa əsas arqumentlərdən biri marka mağazalarda mallar və xidmətlərin qiymətinin yüksək olmasıdır. Bəs ölkəyə qanuni yolla idxal olunan malları səlahiyyətli satıcıdan almaq hər zamanmı daha baha başa gəlir? Yuxarıda qeyd olunan üstünlüklərdən əlavə, rəsmi mağazalar və onların veb saytları alıcıya çatdırılma, rahat kredit və hissə-hissə ödəmə şərtləri, eksklüziv təkliflər və aksiyalar, endirimlər və xüsusi təkliflər, loyallıq proqramları və başqa güzəştlər təqdim edə bilər. Başqa bir deyimlə, "qara bazar" idxalçılarının və ya fərdi satıcıların öyünə bilməyəcəyi hər şey bu güzəştlərə daxil olur.

Hər kəs puluna qənaət etmək istəyir, lakin hər dəfə yeni notbuk və ya smartfon almaq üçün hara müraciət etmək haqqında seçim edərkən, pulunuzu riskə atmaq və mənşəyi məlum olmayan, lisenziyasız məhsulların ticarətinə dəstək vermək istəyib-istəmədiyiniz barədə düşünməlisiniz.

Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək like
  • 19 Sen 11:19  
Digərləri Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

7-9 dekabr tarixlərində Bakı İdman Sarayında Kiçik və Orta Biznesin İnki

arrow Ətraflı
Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşdü like
  • 19 Sen 11:17  
Siyasət Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşdü

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müa

arrow Ətraflı
Görünür, Bob Menendez məni tanımır  Ərdoğan like
  • 19 Sen 10:58  
Dünya Görünür, Bob Menendez məni tanımır Ərdoğan

Bob Menendez Türkiyəni, belə görünür, Tayyib Ərdoğanı da tanımır.

arrow Ətraflı
MSKnın əməkdaşı vəfat etdi like
  • 19 Sen 10:51  
Digərləri MSKnın əməkdaşı vəfat etdi

Mərkəzi Seçki Komissiyasının əməkdaşı dünyasını dəyişib.

arrow Ətraflı
“Azerçay”dan “Doğma məktəbə qayıdış” layihəsi like
  • 19 Sen 10:49  
Digərləri “Azerçay”dan “Doğma məktəbə qayıdış” layihəsi

Yay tətilinin bitməsi ilə artıq məktəbə qayıdış başlayıb. "Azer

arrow Ətraflı
Xocavənddə baş verən terror aktında həlak olan polislərin sayı 4ə çatdı like
  • 19 Sen 10:48  
Digərləri Xocavənddə baş verən terror aktında həlak olan polislərin sayı 4ə çatdı

Xocavənddə baş verən terror aktı zamanı həlak olan polislərin sayı 4-ə

arrow Ətraflı
Bank Respublika müasir konseptli Şabran filialını istifadəyə verdi! like
  • 19 Sen 10:40  
Digərləri Bank Respublika müasir konseptli Şabran filialını istifadəyə verdi!

Bakı, 19 sentyabr, 2023. Ölkəmizdə geniş filial şəbəkəsinə malik bankl

arrow Ətraflı
Kadırovu kim və niyə zəhərləyib?  Danilov like
  • 19 Sen 10:25  
Digərləri Kadırovu kim və niyə zəhərləyib? Danilov

Kadırovun səhhətində problemlərin olması məlum məsələdir. Üstəlik, b

arrow Ətraflı
Bu bürclər tez boşanırlar  Eyni qadın onları sıxır like
  • 19 Sen 10:16  
Digərləri Bu bürclər tez boşanırlar Eyni qadın onları sıxır

Bəzi bürclər xarakter baxımından bir-biriləri ilə yaxşı anlaşa bilər,

arrow Ətraflı
Dünyanın ən təhlükəli qadını məlum oldu  Amansızdır like
  • 19 Sen 10:05  
Dünya Dünyanın ən təhlükəli qadını məlum oldu Amansızdır

ABŞ və digər ölkələr Şimali Koreya İşçi Partiyasının Mərkəzi Komit

arrow Ətraflı
Erməni silahlı dəstələri TbilisiBakı təyyarəsinə radiomaneə tətbiq etdi like
  • 19 Sen 10:03  
Siyasət Erməni silahlı dəstələri TbilisiBakı təyyarəsinə radiomaneə tətbiq etdi

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən

arrow Ətraflı
Laçında ağır qəza  "Azərenerji"nin əməkdaşları həlak oldu like
  • 19 Sen 10:00  
Digərləri Laçında ağır qəza "Azərenerji"nin əməkdaşları həlak oldu

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisi

arrow Ətraflı
Şəfiqə Nağıyeva və Anar Vəziroğlu efirdə BARIŞDI like
  • 19 Sen 09:54  
Şou-biznes Şəfiqə Nağıyeva və Anar Vəziroğlu efirdə BARIŞDI

Vəkil Şəfiqə Nağıyeva və tənqidçi jurnalist, şair Anar Vəziroğlu bar

arrow Ətraflı
Düşmən Gədəbəyi də atəşə tutdu like
  • 19 Sen 09:47  
Siyasət Düşmən Gədəbəyi də atəşə tutdu

Sentyabrın 19-u saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri

arrow Ətraflı
Ukraynalı TIR sürücüsü Qazaxda öldü like
  • 19 Sen 09:45  
Digərləri Ukraynalı TIR sürücüsü Qazaxda öldü

Qazaxda səhhətində problem yaranan TIR sürücüsü vəfat edib.

arrow Ətraflı