Sülhməramlıların komandanlığı və TürkiyəRusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırıldı
Siyasət 19 Sen 2023 13:43:00 1670 0
Qarabağdakı antiterror tədbirləri barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.
Bu barədə Son.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Qeyd edilib ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.
Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb. Son.az
COVID -19 pandemiyası başa çatsa da, təhlükə davam edir.
Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır.
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsə
Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi at
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlik
Son günlər leysan xarakterli yağan yağışlar Zaqatala rayonunda da fəsadla
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı
Bu gün erməni qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiy
Xəbər verdiyimiz kimi, sentyabrın 19-u Daxili İşlər Nazirliyi əməkdaşla
Azərbaycan dəfələrlə sülh tərəfdarı olduğunu bəyan etsə də, qarşı
Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törə
Ermənistan hələ də Azərbaycana qarşı mina terroruna davam edir.
"Rusiyaya güvənməmək üçün heç bir səbəbim yoxdur. Türkiyəni 50
Xəbər verdiyimiz kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisəl