Vətəndaşlar dərmanları daha ucuz qiymətə alacaqlar
Digərləri 18 Sen 2023 18:00:00 407 0
Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə "Dərman vasitələri haqqında" qanuna dəyişikliyin bu sahədə olan çatışmazlıqları aradan qaldıracağına əminəm. Məlum məsələdir ki, əvvəllər dərman vasitələrinə vahid qiymət tətbiq olunurdu. Yeni qərardan sonra dərman vasitələri üçün təsdiq olunmuş satış qiymətləri yuxarı hədd hesab olunacaq və bu qiymətdən ucuza da satıla biləcək. Bununla da əczaçılıq standartlardan uzaqlaşıb rəqabətliliyə meyl edəcək. İstər istəməz bu rəqabətlilik vətəndaşların dərman vasitələrini daha ucuz əldə etməyinə şərait yaradacaq.
Bu xəbəri də oxu: Baş həkim qəzada yaralananların son vəziyyətini AÇIQLADI
Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, digər vacib bir məsələ isə dərmanların qeydiyyatdan keçirilməsi prosesi idi.
"Əvvəl bir dərman qeydiyyatdan keçməsi üçün 9 aya yaxın bir müddət tələb olunurdu. Artıq bu qanunla bu müddətin 4 aya endirilməsi də vətəndaşlar üçün dərman preparatlarını əlçatan edəcək. Azərbaycan bu sahədə daha çox idxaldan asılıdır. Buna görə də həm standart qeydiyyat prosesinin, həm də xarici qeydiyyatın müddətinin azaldılmasına ehtiyac var idi", - deyə deputat bildirib.
O əlavə edib ki, sadələşdirmə ölkəmizə dərman idxalını stimullaşdıracaq və əhalininin dərman təchizatını yaxşılaşdıracaq. "İdxaldan asılı olan bir ölkə üçün xarici ölkədə istehsalı dayandırılmış dərmanı eyni tərkibli başqa birisi ilə əvəz etmək 9 aya başa gəlməsi insanları həqiqətən çətin vəziyyətə salırdı. Düşünürəm ki, fərmanda nəzərdə tutulmuş elektron reseptin yazılması artıq əhaliyə təyin olunan dərman vasitələrinə nəzarətin gücləndirilməsinə və bioloji fəallığa malik qida əlavələrinin reseptə yazılmasının qarşısının alınmasına müsbət təsir göstərəcəkdir. Beləliklə vətəndaşlara ancaq xəstəliklərinin müalicəsi üçün lazım olan dərman vasitələri yazıla biləcək, yəni əlavə, xəstəlik göstərişlərinə uyğun olmayan dərmanlar yazılmayacaq. Güman edirəm ki, fərmandan irəli gələn bütün məsələlərin həllinə adiyyatı qurumlar lazımınca diqqət ayıracaq, çünki vətəndaşların sağlamlığı dövlətimiz üçün ən ümmdə olan məsələlərdəndir", - deyə deputat əlavə edib. Son.az
Azərbaycan qarşı tərəfin israrla davam etdirdiyi təxribatçı addımlarla
İtkin düşmüş şəxslər problemi barışıq prosesi yolunda əsas maneə ol
Ötən il vəfat edən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalis
18 sentyabr 2023-cü il tarixində, Azərbaycan Respublikası Prezidentinin köm
"Emmy" mükafatçısı akyor Billi Miller 43 yaşında vəfat edib.
Ermənistan və qondarma rejim Azərbaycanın bütün təkliflərini rədd edir.
Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi, Hacıqabul rayonunda yol-nə
"Mən Azərbaycan hökumətinə itkin düşmüş şəxslərin tapılması i
Bakıya səfər edən Şanxay Əməkdaşlıq Təşkilatının Qonşuluq, Dostluq
Son illər həm regionda, həm də qlobal arenada çox şey dəyişib. Azərbayc
"Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayıl
Rüşvət müqabilində tikintiyə icazə verməkdə ittiham olunan vəzifəli �
Zaqatalada yağan güclü yağış səbəbindən yaranan sel suları şəxsi evl
Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) məlumatına görə son ay dünya �
Ağdam-Xankəndi yolunun istifadəsi ilə Ermənistan növbəti dəfə beynəlxa