Bu, Azərbaycanın növbəti uğurudur
Siyasət 18 Sen 2023 16:48:00 462 0
Ağdam-Xankəndi yolunun istifadəsi ilə Ermənistan növbəti dəfə beynəlxalq aləm qarşısında riyakar niyyətlərini nümayiş etdirmiş oldu. Laçın və Ağdam-Xankəndi yollarından paralel şəkildə yük maşınlarının keçməsi Azərbaycan diplomatiyasının növbəti uğuru sayılmalıdır.
Bu xəbəri də oxu: NATO Rusiyaya zərbə endirə bilər? Hərbi ekspert
Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, Azərbaycan məsələnin əvvəlindən bu təklifi irəli sürmüşdü, lakin qarşı tərəf bu təklifdən birmənalı imtina edirdi.
" "Blokada", "humanitar şou" yalanları da bununla növbəti erməni saxtakarlığı kimi tarixə düşdü. Özünü acınacaqlı vəziyətə düşmüş kimi göstərmək Ermənistanın köhnə siyasətidir. Bu dəfə də onlar ənənəvi taktikaya əl atmışdılar. Faktiki olaraq isə bunun yalan olduğu bəlli idi. "Artıq nə "blokada", nə "kütləvi aclıq". Yenidən bu dırnaqarası iddia ilə çıxışlara və boş sözlərə inanmaq axmaqlıq olardı, Ermənistan və Qarabağ separatçıları Azərbaycanın bu təklifinin qarşısını almağa çalışırdılar".
A.Qarayev qeyd edib ki, Azərbaycan ordakı sakinləri öz vətəndaşları olaraq görür.
"Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə bəyan edib ki, Qarabağda yaşayan ermənilər onun vətəndaşlarıdır. Onların təhlükəsizliyini, sağlamlığını və digər məsələləri təmin etməyə hazırdır. Bu fakt isə erməniləri və onların havadarlarını ciddi formada narahat edir. Günümüz reallığında təəssüflər olsun ki, ədalət, həqiqət çox arxa planlarda qalıb. Hegemon dövlətlər öz mənafeyindən çıxış edir və öz maraqlarını güdürlər. Son günlər bir sıra xarici dövlətərin rəsmi şəxslərinin Azərbaycanla bağlı apardığı qərəzli müzakirələr, Azərbaycana qarşı tutulan mövqe bunun açıq-aşkar isbatıdır".
A.Qarayev vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürütdüyünü və onun siyasi iradəsinə heç bir dövlətin təzyiq edə bilməyəcəyini bəyan edib.
"Bu gün bütün dünyada bunu dərk edirlər ki, Azərbaycana açıqlamalar, bəyanatlar vermək, müzakirələr təşkil etməklə təzyiq göstərmək mümkün deyil. Ona görə də həmin dövlətlər Ermənistanı bir alət, vasitə kimi istifadə edirlər. Ermənistan hakimiyyəti də bunun üçün lazımi şəraiti yaradır. Eyni zamanda bu gün Ermənistanın nəhəng dövlətlər arasında gedən mübarizədə poliqona çevrilmə ehtimalı da var".
Qalıqları tapılanlarlardan 9 nəfəri hərbi qulluqçu, 1-i isə mülki şəx
"Hazırda bəzi erməni ideoloqları tarixə istinad edərək ermənilərl�
48 yaşlı Devid Bekhemin bədənində artıq 60-a yaxın döymə var. O, növb
Xəbər verdiyimiz kimi, yağan güclü yağış nəticəsində yaranan sel sula
Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq cihazl
Rejissor Kristofer Nolanın "Oppenheimer" bioqrafik filmi kino tarixin
Astarada 15 min əhalinin yaşadığ 40 kəndlə əlaqə kəsilib.
Ağdam-Xankəndi yolunun açılması ilə bağlı razılığın əldə olunması
Ölkənin birinci bankı Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Na
Sosial Tədqiqatlar Mərkəzi (STM) yaxın gələcəkdə Azərbaycan və Erməni
Dörd il əvvəl Baş nazir postundan gedən Novruz Məmmədov vəzifədə oldu
Müğənni Nura Suri küləkli havarlarda internetin olmamasından şikayətlən
İranda sınaq uçuşu zamanı pilotsuz uçuş aparatı (PUA) Gülüstan əyalə