Vaşinqtona olan ümidlər puç oldu?


Siyasət 16 Sen 2023 19:15:00 395 0

Vaşinqtona olan ümidlər puç oldu?

Məlum olduğu kimi ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi bu gün İrəvandan sonra Bakıya səfərə gəlib. Bakıda onun AR XİN rəhbəri Ceyhun Bayramov ilə görüşü baş tutub. Görüşdə regiondakı son vəziyyətlə əlaqədar rəsmi Bakının narahatlığı qonağın diqqətinə çatdırılıb. Xatırladım ki, ələlxüsus son 1 ildə Bakıda bir çoxları Vaşinqtonda keçirilən görüşlərə ümidlər bəsləyərək Demokratlar partiyasının tarixində ilk dəfə olaraq birisinə- məhz Entoni Blinkenin məsələyə obyektiv yanaşacağını düşünürdü. Ədalət naminə qeyd edim ki, Vaşinqtonda bu il baş tutan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Blinkenin də iştirak etdiyi görüşlərdə çox yaxşı ab - hava yaranmış və ABŞ Dövlət Departamentinin rəhbəri 30 illik tarixdə öz sələflərindən fərqli olaraq daha rasional yanaşma orta qoyaraq Azərbaycanın tezislərinin əksəriyyətini nəinki qəbul etmiş, o cümlədən əsas prinsiplərin həyata keçirilməsi üçün əməli addımlar da atmışdır. Lakin, çox təəssüflər olsun ki, görünən odur kı, son zamanlar okeanın o tayındakı müəyyən qüvvələrin təzyiqi və səyi nəticəsində Blinken geri çəkilməyə qərar verdi.

Son.az bildirir ki, bunu Trend-ə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

"Çox guman kı, bu gün Lui Bononun Bakıda bağlı qapılar arxasındakı dedikləri Vaşinqton və Bakı arasında Senatda 2 gün qabaq baş tutan çıxışdakı qərəz ab - havasını yumşaltmadı, əksinə daha da möhkəmlətdi. Hazırda, Azərbaycanın ABŞ, Aİ və Rusiyadan eşitmək istədiyi ilk prinsip: ölkənin suverenliyinin və ərazi bütövlüyünün prioritetliyi, digər məsələlərə isə, məhz bu aspektdən yanaşılması tələbidir. Təəssüflər olsun kı, son zamanlar, Qərbin məsələlərə yanaşmasında ərazi bütövlüyü və suverenlik prinsipləri unudulur.

Prinsip etibarilə, iki gün qabaq ABŞ DD - nin köçəkçisi Y. Kimin "Dağlıq Qarabağ xalqının hüquqları" terminindən istifadə etməsi, onun həmkarlarının hansı düşüncədə olduğunun göstəricisi idi. Senatdakı həmin çıxışlar zamanı amerikalı siyasətçilərin Qarabağdakı erməni rezidentlərinin hüquq və təhlükəsizliyi ilə bağlı Azərbaycan hökumətini az qala soyqırımda günahlandırmaları, onların Prezident İlham Əliyevin apardığı Qarabağ siyasəti ilə bağlı səsləndirdikləri fikirlər cəmiyyətimiz tərəfindən kəskin narazılıqla qarşılandı. Həmin çıxış və ondan əvvəl - sonra Vaşinqtonun məsələlərə yanaşması bu ölkənin Azərbaycanla bağlı beynəlxalq hüququ kənara qoyduğunun göstəricisidir.

Senatdakı dinləmələr zamanı Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ifadəsini bir nəfər belə səsləndirmədi. Əvəzində separatçı quldur dəstəsini müdafiə edən ifadələr yer aldı. Halbuki, hamıya məlumdur kı, Ermənistanın əsas məqsədi Azərbaycan torpağında "xilas naminə - azadlıq" şüarını beynəlxalq səviyyədə təbliğ edərək Kosovada olduğu kimi Qarabağın Azərbaycandan ayrılmasına nail olmaqdır.

Senatda Laçın yolunun guya bağlandığı və Qarabağda ermənilərin ac olduğunu bildirən amerikalı senatorlar və hökumət nümayəndələri növbəti şouları ilə MDB məkanında öz imiclərini sual altına qoymuş oldular. Çünki, nəinki Azərbaycan ictimaiyyəti, o cümlədən, separatçılıqdan əziyyət çəkən digər dövlətlərin hakimiyyətləri də, Senatdakı bu çıxış fonunda okeanın o tayı ilə münasibətləri haqqında düşünməli oldular. Fikir verin, iclas zamanı az qala cib dəsmalı ilə "ac erməni"lərin halına kövrələn siyasətbazlar nədənsə Ağdam yolu ilə bağlı susmağa üstünlük verdilər. Adama deyərlər, əgər humanitar yardım etmək istəyirsən və 30 000 insana görə pərişansansa, o zaman niyə Bakıya ərzaq göndərərək Ağdam vasitəsilə Xankəndinə yardım etmirsən? Əlbəttə, cavab bəllidir. Fransa və ABŞ hümanitar fəlakət adlı şou ilə bölgədə erməni məsələsini aktuallaşdırmaq və öz oyunlarını oynamaq istəyirlər. Halbuki, kim - kim, amma Blinken yaxşı bilir ki, əldə edilmiş razılıqlara əsasən sentyabrın 1 - dən Ağdam - Xankəndi yolu açılmalı idi.

Hazırda azərbaycanlılar bütün vasitəçi ölkələrin sülh danışıqlarındakı davranışlarını diqqətlə izləyir. Aydın şəkildə, Dnestryanı ərazi, Abxaziya və Osetiya, Krım, Luqansk- Doneskdəki mübahisələrə eyni, Qarabağa isə başqa yanaşmanın olduğu görünməkdədir. Düzdür, bütün bu münaqişələrlə bağlı Vaşinqtonun eyni davranışı da qeyd edilməlidir - bütün adları çəkilən bölgələr tərkibində olduğu dövlətdən ayrıldılar və onların geri qaytarılması üçün Gürcüstana, Moldovaya real dəstək yoxdur, Ukraynada isə, hazırki proseslər ərazi bütövlüyünün təmin ediləcəyi ilə bağlı ümidləri sual altına qoyur.

Yuxarıda sadalanan münaqişələr və separatçı ocaqlar arasında ilk dəfə olaraq məhz Azərbaycan öz məsələsini heç kimin şirin vədinə güvənməyərək təkbaşına həll etməyi bacardı. Rəsmi Bakının 3 il əvvəl atdığı addım ətrafda münaqişələrdən və separatizmdən əziyyət çəkən bütün dövlətləri ruhlandırdı. Təbii ki, bu vəziyyət bəzi dairələri narahat etməyə bilməzdi. Onlar təkcə qalib gələn Azərbaycan dövlətinin hakimiyyətinə deyil, eyni zamanda , vətəndaş cəmiyyəti, ayrı - ayrı sosial qruplar ilə bağlı əvvəllər digər dövlətlərdə sınaqdan keçirilmiş metodlardan istifadə etdilər. Əgər əvvəllər müxalifət partiyalarındakı bəzi şəxslərin beyinlərinin yuyulması üçün işlər aparılırdısa, son 3 ildə QHT sektoru, ictimai birliklər, tələbə qrupları vasitəsilə öz məqsədlərini həyata keçirmək üçün işlər aparırlar. Milli dəyərlərin, adət - ənənələrin, vətənpərvərlik hisslərinin yox edilməsi, LGTB - yə dəstək, NO WAR kimi hərəkatların yaradılması, əlbəttə ki, məqsədli xarakter daşıyır. Ermənipərəst mövqeyi ilə seçilən və nədənsə Ermənistanda sülh platformaları, Azərbaycan ilə sülhsevərlər platformaları yaratmayan Samanta Paurin başçılıq etdiyi USAİD, ancaq Bakıda ermənilərlə sülhün lazımlığı haqqında danışan adamlar axtarışındadır. Xarici ölkələrdə sülh platformaları çərçivəsində Qarabağdakı erməni rezidentləri haqqında danışan iclaslarda nədənsə Xocalıdan, Ağdərədən, Şuşanın kəndlərindən, Xocavənddən, Xankəndidən məcburi köçkün düşmüş şəxslərin hüquqları müzakirə edilmir.

Beləcə, çox təəssüf hissi ilə qeyd edirəm ki, regionda sülh və sabitlik erasına başlama şansımız olduğu bir vaxtda Fransanın və ABŞ - dakı ermənipərəst qüvvələrin atdığı addımlar separatçıların arxayınlaşması ilə nəticələnə bilər.

Azərbaycan onsuz da bu və ya digər şəkildə öz məqsədlərinə çatacaq və kimin nə deməsindən asılı olmayaraq biz haqq yolumuzdan dönməyəcəyik. 3 il əvvəl olduğu kimi, bu dəfə də zəfərdə yanımızda kimlərin olmasına baxacayıq. Regionda geosiyasi maraqları olan qüvvələr o halda maraqlarını qoruyacaqlar ki, proseslərdə obyektivlik nümayiş etsinlər", - deyə Z.Məmmədov bildirib.

Bu bürcün qadınları Cəsur, Ehtiraslı və Müstəqil olur like
  • 16 Sen 19:00  
Digərləri Bu bürcün qadınları Cəsur, Ehtiraslı və Müstəqil olur

Qoç qadınları astrologiyada ən dinamik və həyəcanverici bürclərdən bir

arrow Ətraflı
Azərbaycanda bu avtomobillərin qiyməti artıb like
  • 16 Sen 18:51  
Digərləri Azərbaycanda bu avtomobillərin qiyməti artıb

Avqust ayında Bakıda Avtomobil bazarında da qiymət dəyişiklikləri müşah

arrow Ətraflı
Ermənistanın boşa çıxan Kərki kələyi  Azərbaycanın növbəti uğuru like
  • 16 Sen 18:40  
Digərləri Ermənistanın boşa çıxan Kərki kələyi Azərbaycanın növbəti uğuru

Ənvər Əliyev: "Zavodun Ararat şəhəri yaxınlığına köçürülməsi

arrow Ətraflı
Makiyajsız görüntüsü tənqid olundu like
  • 16 Sen 18:29  
Şou-biznes Makiyajsız görüntüsü tənqid olundu

Selena Gomez Nyu-Yorkda "MTV Video Music Awards" mərasiminin keçiril

arrow Ətraflı
Qız sevgilisinin “əsgərgetdi” mərasiminə dəvətnamə yazdı, qardaşı isə... like
  • 16 Sen 18:07  
Kriminal Qız sevgilisinin “əsgərgetdi” mərasiminə dəvətnamə yazdı, qardaşı isə...

Lənkəranda 2008-ci il təvəllüdlü Nəcəf bacısının sevgilisi Aydına (a

arrow Ətraflı
Xarici ölkələrin baş prokurorları Şuşa və Füzuliyə səfər etdi like
  • 16 Sen 18:03  
Siyasət Xarici ölkələrin baş prokurorları Şuşa və Füzuliyə səfər etdi

Bakıda keçirilən MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirm�

arrow Ətraflı
"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil, özünün arbitr rolunu çoxdan itirib"  RƏY like
  • 16 Sen 17:57  
Siyasət "Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil, özünün arbitr rolunu çoxdan itirib" RƏY

"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. ABŞ özünün arbitr ro

arrow Ətraflı
ABŞ Senatında antiAzərbaycan dinləmələri  Bakıdan sərt reaksiyalar like
  • 16 Sen 17:56  
Siyasət ABŞ Senatında antiAzərbaycan dinləmələri Bakıdan sərt reaksiyalar

"Biz çalışırıq ki, Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olm

arrow Ətraflı
Superdövlət ABŞ Ermənistan və separatçılar qarşısında geri çəkilib, razılığı pozub like
  • 16 Sen 17:51  
Dünya Superdövlət ABŞ Ermənistan və separatçılar qarşısında geri çəkilib, razılığı pozub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəsmi Vaşinqtonun vas

arrow Ətraflı
Qaraqan illər sonra üzə çıxdı  Sevgilisi ilə FOTOları yayıldı like
  • 16 Sen 17:50  
Şou-biznes Qaraqan illər sonra üzə çıxdı Sevgilisi ilə FOTOları yayıldı

Bir vaxtların məşhur reperi Qaraqan yenidən diqqət mərkəzinə düşüb.

arrow Ətraflı
Vəfat edən anası ilə bağlı paylaşım etdi like
  • 16 Sen 17:45  
Şou-biznes Vəfat edən anası ilə bağlı paylaşım etdi

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu vəfat edən anası ilə bağlı pay

arrow Ətraflı
Son zamanlar sürüşmə hadisələri niyə çoxalıb?  VİDEO like
  • 16 Sen 17:45  
Digərləri Son zamanlar sürüşmə hadisələri niyə çoxalıb? VİDEO

Son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar Astara rayo

arrow Ətraflı
Fırıldaqçı və saxtakar 3 bürc – Onlardan özünüzü qoruyun! like
  • 16 Sen 17:34  
Digərləri Fırıldaqçı və saxtakar 3 bürc – Onlardan özünüzü qoruyun!

Bürclərin insan həyatına böyük təsiri olduğuna inanılır. Məhz bu səb

arrow Ətraflı
Səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi like
  • 16 Sen 17:26  
Siyasət Səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Kral

arrow Ətraflı