Masallıda qəribə olay: Maaş kartını anasına verdi, dava düşdü Əvvəl özünü, sonra da...


Kriminal 16 Sen 2023 15:34:00 439 0

Masallıda qəribə olay: Maaş kartını anasına verdi, dava düşdü  Əvvəl özünü, sonra da...

Masallı rayonunda 1986-cı il təvəllüdlü Eşqin ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə xəsarət yetirib.

Son.az teleqraf.com-a istinadən bildirir kii, hadisə 30 aprel 2021-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib.

Eşqin birgə yaşadıqları evdə ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Nərmini öldürmək qərarına gəlib. O, mətbəx bıçağı ilə Nərminin döş qəfəsindən bir zərbə, daha sonra bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla çoxsaylı zərbələr vurub.

Nərminənin köməyinə gəlmiş şəxslər tərəfindən xəstəxanaya çatdırılması nəticəsində onun həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Eşqinin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

"Elə bildim, uşaq ölüb"

Eşqinin barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Eşqin elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 3 uşağl var, onlardan ikisi xəstədir: "Hadisə baş verən gün nahar vaxtı qızım sudurğa tutduğundan özündən getdi. Onu özünə gətirəndən sonra oğlumu sudurğa tutdu, o da özündən getdi. Həmin vaxt məni çağırdılar. Uşağa kömək etsəm də, onu ayılda bilmədim. Elə bildim ki, uşaq ölüb. Həftədə iki-üç dəfə uşaqlar sudurğa tuturlar".

"Gördüm ki, özümü vura bilmirəm"

Təqsirləndirilən şəxs qeyd edib ki, onun özündə psixoloji problemi var, xəstəliyi ilə bağlı evdə müalicə alıb: "Uşaqlarım xəstələnməsi mənə çox pis təsir etdi və meyvə qabının üstündəki bıçağı götürərək çölə çıxdım. Özümdə olmamışam, özümü vurmağa başlamışam. Yoldaşım gələrək məni tutdu. Arvadım dedi ki, mənə dəyir axı, nə edirsən, üzün yanmasın... Bu zaman bir az ayıldım. Gördüm, özümü vura bilmirəm.

Yadımda qalan odur ki, arvadım yerə yıxıldı. Sonra darvazanın açıldığını, anamı yanımda, atamı da həyətdə gördüm".

Təqsirləndirilən şəxs göstərib ki, çox şeyi xatırlamır, xəstəxanaya gedərkən yarı yolda maşında ayılıb: "Hadisə gününə kimi Nərminə qarşı zor tətbiq etməmişəm. Mən psixoloji xəstəliklə bağlı müalicə almışam. Hadisədən sonra 21 gün yatmışam. Xəstəliyimin adını dəqiq bilmirəm".

"Aramızda xırda söz-söhbət olub"

Eşqinin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi açıqlanıb.

Həmin ifadədən məlum olub ki, 2003-2007-ci illərdə o, Azərbaycan Dənizçilik Akademiyasında oxuyub, 2007-2009-cu illərdə hərbi xidmətini Daxili Qoşunlarda keçirib: "Hərbi xidmətini başa vurduqdan sonra Türkiyədə işləmişəm. 2012-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Topaz Marine" gəmiçilik şirkətinə işə düzəlmişəm. Gəmidə elektrik mexanik vəzifəsində işləmişəm.

Şirkətdə işlədiyim müddətdə 42 gün işdə, 42 gün evdə olurdum. Nərminlə 2015-ci ildə evləndim. Həmin evlilikdən üç azyaşlı övladım var. Həyat yoldaşımla aramda əvvəllər heç bir mübahisə baş verməyib. Aramızda xırda söz-söhbət olub".

"Nə etdiyimi bilmədim"

Təqsirləndirilən şəxsin ifadəsisinə görə, 30 aprel 2021-ci ildə, saat 17 radələrində yaşadığı evin girişində, ümumi otaqda oturubmuş: "Nərmin və uşaqlar qonşu otaqda idilər. Bundan başqa, bizimlə yaşayan əmim da evdəydi. Həmin vaxt bir sıra şəxsi problemlərimi düşünməyə başladım. Əsəbləşərək stolun üzərində olan meyvə bıçağını götürüb həyətə çıxdım. Əsəb gərginliyimlə əlaqədar özümün qarın nahiyəmə, boğazıma bir neçə bıçaqla vurdum.

Nərmin evdən çıxıb mənə tərəf gəldi, məni qucaqlayaraq özümə qəsd etməməyi, uşaqlarımı fikirləşməyimi dedi, bıçağı almağa cəhd etdi. Onu özümdən kənarlaşdırmaq istəsəm də, məndən aralaşmadı. Yenidən özümə bıçaqla xəsarət yetirmək istəyən zaman bıçaq zərbəsi Nərminin kürək nahiyəsindən dəydi. Həmin vaxt nə etdiyimi bilmədim".

Eşqin deyib ki, Nərminə xəsarət yetirmək niyyəti olmayıb. Onları heç kim görməyib, hadisə təxminən 2 dəqiqə çəkib. Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməyib.

"Nərmin, özünü çatdır..."

İş üzrə zərərçəkmiş Nərminin sözlərinə görə, hadisə baş verən gün əri Eşqin uşaqların xəstəliyinə görə çox narahat olub: "O ərəfədə uşaqların xəstəliyi tez-tez tuturdu. Hadisə günü Eşqin bizi Baba bulağına gəzməyə aparmaq istəyirdi. Qaynatama uşaqları aparım, bir az dincəlsinlər, bir-iki günə işə çıxıram dedi. Qaynatamsa kənddəki həkim məntəqəsinə gedib qayıdandan sonra siz gedərsiniz dedi.

Həkim üç aylıq oğlumun havada gəzdirməyin xeyirli olduğunu dediyi üçün uşağı hazırladım, Eşqinin əmisi Sakitdən uşağı həyətdə gəzdirməyi xahiş etdim. Sakit uşağı həyətə apardı. Mən, Eşqin və iki uşaq evdə qaldıq. Qızım Afaq mənim yanımda, oğlum Sərxan isə evdə velosiped sürürdü. Eşqin isə telefonla məşğul olurdu. Bu vaxt qızım Afaq özündən getdi. Mən qışqıraraq "Eşqin gəl kömək elə, uşaq özündən getdi" dedim. Biz uşağı özünə gətirəndən sonra onu divana uzatdıq. Uşağın vəziyyətinə ağladım.

Həmin anda Eşqin qışqıraraq "Nərmin, Sərxan yıxıldı, tez özünü çatdır" dedi. Mən də tez qaçaraq özümü uşağa yetirdim. Uşağın yıxılıb özündən getdiyini, rənginin qaraldığını gördüm. Eşqin "Sərxan, deyəsən, öldü" dedi".

"Elə bildi, özünü vurur"

Zərərçəkmiş deyib ki, Eşqin stolun üzərindən meyvə bıçağını götürüb və evdən çıxıb: "Mən uşağın yanında qaldım. Sonra oğlum dərindən nəfəs alaraq özünə gəldi. Uşağı qoyub qaçaraq çölə çıxdım. Sərxanın özünə gəldiyini Eşqinə demək istədim.

Eşqinin bıçaqla boyun hissəsinə ard-arda vurduğunu gördüm. Ona "nə edirsən, niyə özünü öldürürsən" deyərək yalvardım. Onu qucaqladım.

Eşqini qucaqlayan zaman bıçaq zərbələri kürək nahiyəmdən dəydi. Eşqin elə bildi ki, özünü vurur, amma bıçaq mənə dəydi. Onun əlindən bıçaqı tutan zaman bıçaq əlimə dəydi və xəsarət aldım. Eşqin məni itələyəndə döş qəfəsimdən xəsarət aldım. Eşqin süstləçib yerə yıxıldı. Mən də gedib həyətdə stulda oturdum. Bu zaman "kömək edin, Eşqin özün öldürdü" deyə qışqırdım.

Qaynatamla qaynam evə gəldilər. Qonşuluqda olan Elvin təcili tibbi yardıma zəng etdi. Təcili tibbi yardım məni götürdü, Eşqini isə qohumum Lənkəran Şəhər Xəstəxanasına apardılar".

"Qısqanc olub"

Zərərçəkmiş qadın məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadəsi fərqli olub. Bu səbəbdən hakimlər onun istintaqa verdiyi ifadəsini də açıqlayıb.

Nərmin həmin ifadəsində göstərib ki, Eşqinlə 2015-ci ildə ailə qurub, birgə nikahdan üç uşağı var, uşaqlardan ikisi oğlan, biri qızdır: "Mən evdə qayınatam və qayınanam ilə birlikdə yaşamışam. Qayınatam pensiyaçı, qayınanam isə evdar qadındır. Böyük uşağım Afaq 2018-ci il təvəllüdlü, ortancıl uşağım Sərxan 2019-cu il təvəllüdlü, kiçik uşağım Mətin isə 2021-ci il təvəllüdlüdür.

Eşqinlə ər-arvad kimi münasibətimiz normal olub. Üçüncü uşaq doğulduqdan sonra Eşqinin mənə qarşı münasibəti pisləşdi. Çox qısqanc olduğundan məni çölə çıxmağa, işləməyə qoymayıb, mobil telefon işlətməmişəm.

Son vaxtlar Eşqin maaş kartından pulunun çəkildiyini, telefonunun dinlənildiyini bildirirdi, evdə söz-söhbət salırdı. Eşqin Bakı şəhərində gəmiçilik şirkətində işlədiyindən 42 gün işdə, 42 gün isə evdə olurdu. Eşqinin əsəbi olmasını işi ilə əlaqədar olduğunu düşünmüşəm".

"Özünü öldürəcəyini dedi"

Nərmin qeyd edib ki, 2021-ci il martin 22-də, yaxud 23-də Eşqin işdən çıxaraq evə gəlib: "Yenidən maaş kartından kiminsə pul çıxarması, telefonunun dinlənilməsi ilə bağlı evdə söz-söhbət saldı.

Eşqinin maaş kartı anası Afaqda olub, onun maaşının köçürüldüyü kartın hansı banka məxsus olduğunu bilməmişəm. Hər ayın 1-də Eşqinin maaşı karta köçürülürdü. Kartından pulu çıxardıqdan sonra özünə lazım olan pulu götürərək xərcləyirdi. Qalan pulu isə evdə anasına verirdi.

Dəfələrlə Eşqinə onun kartından pulu çıxarmadığımı, kartı görmədiyimi, kartdan pul çıxarmasından kimdənsə şübhələnirsə, polisə müraciət etməyi, buna görə evdə söz-söhbət salmamağı xahiş etdim. Bizim birinci və ikinci uşaqlarımız serebral iflic olduğundan Eşqinə uşaqların xatirinə evdə söz-söhbət salmamağı söyləyirdim. Ancaq Eşqin məni dinləmir, həyatından narazılıq edir, özünü öldürəcəyini deyirdi. Hətta qayınatam onu həkimə aparmaq istəyirdi. Eşqin həkimə getmirdi".

"Məni həyata qaytardılar"

Nərmin qeyd edib ki, 30 aprel 2021-ci ildə, saat 17 radələrində qayınatası Qədir və qayınanası Afaq evdən çıxaraq həkim arxasınca gediblər: "Onlar həkimi evə gətirərək Eşqini ona göstərmək istəyirdilər.

Körpə Mətini qucağımda saxladım, digər uşaqlarım - Afaq və Sərxan isə birinci mərtəbədə başqa otaqda oyun oynayırdılar. Eşqinin əmisi isə Afaqla Sərxanın yanında idi.

Qayınatamgil gedəndən 5 dəqiqə sonra Eşqin yenidən mənə bank hesabından pul çıxarıldığını bildirdi, mənimlə mübahisə etməyə başladı. Ona bu hərəkətlərdən əl çəkməyi, bank hesabına heç kimin müdaxilə etmədiyini dedim. Bu zaman Eşqin evdən həyətə çıxdı. Mən körpə uşağımı Eşqinin əmisinə verdim və Eşqinin arxasınca həyətə çıxdım. Onun mətbəxdən götürdüyü bıçaqla özünə, qarın nahiyəsinə zərbələr vurduğunu gördüm. Dərhal yaxınlaşaraq bıçağı əlindən almaq istədim. Yalvararaq uşaqlarımıza yazığı gəlməsini dedim.

Eşqin əsəbləşərək əvvəl mənim kürək nahiyəmdən bıçaqla vurdu. Daha sonra dayanmadan vurmağa başladı. Bir neçə bıçaq zərbəsi ilə xəsarət aldıqdan sonra yerə yıxıldım. Qayınanam və qayınatamın həyətə girdiyini gördüm. Huşum getdikdən sonra baş verənlərdən xəbərim olmayıb.

Bir müddət sonra anamın səsini eşitdim. Təcili yardım maşını gəldi, məni Lənkəran rayon xəstəxanasına apardı. Məndən əvvəl Eşqini qonşumuz Ruhin maşına mindirərək xəstəxanaya aparmışdı. Lənkəran rayon xəstəxanasında üzərimdə əməliyyat aparıldı və həkimlər məni həyata qaytardılar".

Zərərçəkmiş yekun olaraq qeyd edib ki, Eşqinin onu və özünü bıçaqla vurmasının səbəbini bilmir, lakin hadisədən əvvəlki günlərdə Eşqinin çox əsəbi olduğunu görüb.

Məhkəmənin hökmü ilə Eşqin 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən narazı qalan təqsirləndirilən, onun vəkili, həmçinin zərərçəkmiş ayrı-ayrılıqda apellyasiya şikayəti veriblər.

Təqsirləndirilən şəxs və onun vəkili hadisənin xəstəliklə bağlı törədildiyini qeyd ediblər. Vəkil müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.

Zərərçəkmiş Nərmin də şikayətində təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, onun barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə tərəflərin şikayətləri təmin olunmayıb.

Son.az 

Sevda ikinci dəfə ANA OLACAQ like
  • 16 Sen 15:27  
Şou-biznes Sevda ikinci dəfə ANA OLACAQ

Müğənni Sevda Yahyayeva ikinci dəfə ana olacaq. 

arrow Ətraflı
Arayiklə sinif yoldaşı olan azərbaycanlı: "Çəkinirdilər" like
  • 16 Sen 15:22  
Siyasət Arayiklə sinif yoldaşı olan azərbaycanlı: "Çəkinirdilər"

APA TV Qarabağdakı erməni quldurlarının sabiq başçısı Araik Arutyunyanl

arrow Ətraflı
Xankəndidən gedən erməni: "Bir daha geri qayıtmayacağam" like
  • 16 Sen 15:20  
Siyasət Xankəndidən gedən erməni: "Bir daha geri qayıtmayacağam"

"İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən İrəv

arrow Ətraflı
Xaricə ucuz yolla getmək istəyənlərin nəzərinə  Tələsin...  VİDEO like
  • 16 Sen 15:11  
Digərləri Xaricə ucuz yolla getmək istəyənlərin nəzərinə Tələsin... VİDEO

Artıq Bakıdan daha ucuz qiymətə xarici ölkələrə səfər etmək mümkünd

arrow Ətraflı
Özünü iki gün ölülüyə vuran, adını unudan qadın like
  • 16 Sen 15:00  
Kriminal Özünü iki gün ölülüyə vuran, adını unudan qadın

Son.az Kulis.az-a istinadən detektiv janrının kraliçası Aqata Kristi haqqı

arrow Ətraflı
Yeni qərar dərman qiymətlərini endirəcək  VİDEO like
  • 16 Sen 14:48  
Digərləri Yeni qərar dərman qiymətlərini endirəcək VİDEO

Əvvəllər dərmanların sabit bir qiyməti var idi. Yeni qərarla üst sərhə

arrow Ətraflı
Sabirabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlandı like
  • 16 Sen 14:40  
Digərləri Sabirabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlandı

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

arrow Ətraflı
Ermənilər mövqelərimiz qarşısında səngər qazmağa cəhd edib  MN like
  • 16 Sen 14:27  
Siyasət Ermənilər mövqelərimiz qarşısında səngər qazmağa cəhd edib MN

Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentini

arrow Ətraflı
"Ailənizin qədrini bilin..." like
  • 16 Sen 14:26  
Şou-biznes "Ailənizin qədrini bilin..."

Xəbər verdiyimiz kimi, müğənni Lətifə Soyuözün nənəsi Elmira Axundov

arrow Ətraflı
Ailəsi və polis bu qızı axtarır like
  • 16 Sen 13:53  
Digərləri Ailəsi və polis bu qızı axtarır

İsmayıllı rayonunda 17 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
Qarabağda işləyən bu şəxslər üçün əmək miqrasiyası kvotası LƏĞV OLUNUR like
  • 16 Sen 13:22  
Digərləri Qarabağda işləyən bu şəxslər üçün əmək miqrasiyası kvotası LƏĞV OLUNUR

2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işl�

arrow Ətraflı
Gömrük Komitəsi hansı malların ölkəyə girişinə qadağa qoyduğunu açıqladı  VİDEO like
  • 16 Sen 13:20  
Digərləri Gömrük Komitəsi hansı malların ölkəyə girişinə qadağa qoyduğunu açıqladı VİDEO

Sahibkarlar hansısa brendin adından, loqosundan, hansısa ticarət nişanında

arrow Ətraflı
Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlanıb  FOTO like
  • 16 Sen 13:15  
Siyasət Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlanıb FOTO

2023-cü il 14-16 sentyabr tarixlərində Qırğız Respublikasının Ali Məhk�

arrow Ətraflı
Qarabağ erməniləri gedir – Separatçılar “nəzarəti” artırdı like
  • 16 Sen 12:58  
Siyasət Qarabağ erməniləri gedir – Separatçılar “nəzarəti” artırdı

Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıları

arrow Ətraflı