Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlanıb FOTO
Siyasət 16 Sen 2023 13:15:00 418 0
2023-cü il 14-16 sentyabr tarixlərində Qırğız Respublikasının Ali Məhkəməsi və Hakimlər Assosiasiyası tərəfindən "Ekologiya sahəsində ədalət mühakiməsinə çatımlıq" mövzusunda hakimlərin beynəlxalq konfransı keçirilib.
Bu xəbəri də oxu: İlham Əliyev ŞriLanka Prezidentini təbrik edib
Son.az Trend-ə istinadən xəbər verir ki, Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən konfransda ölkəmizi Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov təmsil edib.
Çingiz Əsgərov çıxışında Azərbaycanda ətraf mühitin müdafiəsi sahəsində görülən işlər və ölkəmizdə bu istiqamətdə məhkəmə təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpasında "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası tətbiq edilir ki, bu da ekoloji baxımdan böyük əhəmiyyətə malikdir.
Ali Məhkəmənin sədr müavini Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan təbiətinə vurulmuş ekoloji ziyanın araşdırılması prosesinin davam etdiyini və Bern Konvensiyasının qaydalarına uyğun olaraq ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlandığını diqqətə çatdırıb.
Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "yaşıl enerji" siyasətinə uyğun atılan addımlar və bu təşəbbüsün dünya birliyi üçün önəminə də toxunulub. Son.az
Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıları
"Avroviziya" təmsilçilərimizdən olan Elnur Hüseynov yeni fotosess
Nikol Paşinyan administrasiyasının müvafiq bölmələrinin nəzarəti altın
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balaye
Sentyabrın 15-nə keçən gecə Mingəçevir şəhəri Heydər Əliyev prospekt
Mərmərə dənizində ən azı 7 bal gücündə zəlzələ gözlənilir.
İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan "Arena d
Müğənni Roza Zərgərli müzakirələrə səbəb olacaq iddialı açıqlama v
Xəbər verdiyimiz kimi, "Dərman vasitələri haqqında" qanuna edilm
Xalq artisti Brilliant Dadaşova və əməkdar artist Lalə Məmmədova barış�
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatın�
Azərbaycanın ərazi bütövlüyünü şübhə altında qoyan məsələləri Er
Bu gün - sentyabrın 16-da iki aylıq məhərrəmlik əyyamı bitir. Toy mövs�