Bu QHTlər 2 ilədək qrant müsabiqələrində iştirak hüququndan məhrum ediləcək


Digərləri 15 Sen 2023 14:23:00 263 0

Bu QHTlər 2 ilədək qrant müsabiqələrində iştirak hüququndan məhrum ediləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması Qaydası təsdiq edilib.

Son.az xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, layihələrin monitorinqinin və qiymətləndirilməsinin məqsədi şəffaflığın, obyektivliyin, hesabatlılığın təmin olunması, layihələrin icra, nəzarət, nəticə mərhələlərinin Agentliklə bağlanılmış müqavilənin şərtlərinə və tələblərinə uyğun yerinə yetirilməsi, müqavilə öhdəliklərinin pozulması və digər sui-istifadə hallarının aşkarlanması zamanı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) müraciət edilməsidir.

Layihələrin əlaqələndirilməsi və icrasına nəzarəti çərçivəsində aparılan monitorinq və qiymətləndirilmə aşağıdakıları özündə ehtiva edir:

- monitorinqin aparılmasının forma və üsullarının müəyyən edilməsi;

- monitorinq aparılacaq layihənin məzmununa uyğun normativ hüquqi aktların, elmi, texniki imkanların nəzərə alınması və müvafiq meyarların müəyyən edilməsi;

- layihənin icra planına uyğunluğunun müəyyən edilməsi;

- layihənin icrası zamanı sənədləşmə işlərinin hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi;

- layihənin icrası zamanı yol verilmiş nöqsanların və yaranmış problemlərin aşkarlanması;

- monitorinqin nəticələrinə dair hesabatın tərtibi, hesabat əsasında qiymətləndirilmənin aparılması və qiymətləndirilmənin nəticələrinə dair yekun rəyin hazırlanması.

Agentlik maliyyələşdirdiyi layihələrlə bağlı layihələrin icra planına uyğun monitorinq aparmaq hüququna malikdir.

Agentliyin maliyyələşdirdiyi layihələrin monitorinqi müşahidələrin aparılması, monitorinq anketi, müsahibə, sorğu və digər üsullarla aparılır. Layihələrin icrası və nəticələri ilə bağlı monitorinqlərə müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələri, müqavilə əsasında müstəqil ekspertlər və mütəxəssislər cəlb oluna bilər.

QHT tərəfindən icra olunan layihə üzərində müşahidələrin aparılması dedikdə Agentliyin bu Qaydaya əsasən QHT-nin təqdim etdiyi məlumatları (hesabatları) qəbul etməsi, öyrənməsi, müqayisə etməsi və həyata keçirilən tədbirlərdə iştirak etməsi nəzərdə tutulur.

QHT Agentliyin maliyyələşdirdiyi layihələr çərçivəsində keçirdiyi tədbirlərdə Agentliyin iştirakı üçün lazımi şərait yaratmalıdır.

Monitorinqlər layihənin icra olunduğu ərazidə, yaxud QHT-də və Agentlikdə aparıla bilər. QHT tərəfindən Agentliyin maliyyələşdirdiyi layihə çərçivəsində keçirilən tədbirin vaxtı və yeri Agentliyə əvvəlcədən (azı 7 (yeddi) iş günü əvvəl) yazılı, o cümlədən elektron formada bildirilir. Agentlik təşkil olunacaq monitorinqin aparılmasından 3 (üç) iş günü əvvəl QHT-ni məlumatlandırır.

Agentlik maliyyələşdirdiyi layihələr çərçivəsində keçirilən tədbirlərdə iştirak etmədən monitorinq apardıqda, QHT-dən bu Qaydaya əsasən təqdim edilməli olan sənəd və məlumatları tələb edə bilər. Təqdim olunmuş sənəd və məlumatlar əsasında müqayisələr, təhlillər, ümumiləşdirmələr aparılır, əldə olunan nəticələr monitorinq hesabatına daxil edilir. QHT monitorinq zamanı müvafiq layihə fəaliyyətinin icrası ilə bağlı sənədləri tələb olunan müddətdə Agentliyə təqdim etməlidir.

Layihənin icra və nəticələri ilə bağlı aparılan monitorinqdən sonra 10 (on) iş günü müddətində əldə edilmiş yekun nəticə haqqında Agentlik tərəfindən tərtib olunmuş formaya uyğun olaraq monitorinq hesabatı hazırlanır.

Monitorinq hesabatının strukturu aşağıdakılardan ibarətdir:

- layihə haqqında ümumi məlumat;

- icra planı üzrə nəzərdə tutulan tədbirlər və fəaliyyətlər;

- icra planı üzrə nəzərdə tutulan tədbirlərin və fəaliyyətin həyata keçirilməsi vəziyyəti, müvafiq təsdiqləyici sənədlər;

- icra planı üzrə nəzərdə tutulan tədbirlərin və fəaliyyətin layihənin xərclər smetasına uyğunluğu, müvafiq təsdiqedici sənədlər;

- layihə çərçivəsində əldə olunan nəticələr.

Monitorinq hesabatına uyğun olaraq layihənin icrasında nöqsanlar və çatışmazlıqlar aşkar olunduqda, Agentlik tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülür.

Monitorinqin nəticəsinin rəsmiləşdirilməsi üçün iki nüsxədə akt tərtib olunur.

Layihənin icrasına nəzarət çərçivəsində QHT-nin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə riayət etmədiyi aşkar olunduqda, Agentlik tərəfindən QHT-yə xəbərdarlıq edilir, xəbərdarlığa məhəl qoyulmadıqda isə Agentlik müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edir.

QHT Agentliyin maliyyələşdirdiyi layihənin nəticələrinə dair icra planı üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin keyfiyyət və kəmiyyət göstəricilərini əks etdirən, ölçülə bilən nəticələrin məcmusundan ibarət yekun hesabatları təsdiqləyici sənədlərlə birlikdə Agentliyə təqdim edir.

Agentlik daxil olan yekun hesabatlara 10 (on) iş günü müddətində baxır. Agentlik hesabatların yoxlanılması zamanı layihənin icrası və nəticələri barədə daha ətraflı məlumat əldə etmək hüququna malikdir.

QHT-nin təqdim etdiyi yekun hesabatlarda layihənin icra planı və xərclər smetası ilə uyğunsuzluq və ya çatışmazlıq aşkar edildikdə, Agentliyin əsaslandırılmış qərarına müvafiq olaraq layihə nin maliyyələşdirilməsi dayandırılır və bu Qaydada nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

Layihə üzrə ayrılan vəsait tam xərclənmədikdə, qalıq məbləğ "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə edilir.

QHT-nin təqdim etdiyi yekun hesabatlarda layihənin icra planı və xərclər smetası ilə uyğunsuzluq və ya çatışmazlıq aşkar edildikdə, QHT 2 (iki) ilədək müddətə Agentliyin elan etdiyi qrant müsabiqələrində iştirak hüququndan məhrum edilir.

Agentlik QHT tərəfindən layihələrin icrası zamanı özünün səlahiyyətlərinə aid olmayan müqavilə öhdəliklərinin pozulması hallarını aşkar etdikdə, bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş tədbirləri həyata keçirir.

Agentlik qiymətləndirməni maliyyələşdirdiyi layihənin onun məqsəd və vəzifələrinə uyğun təşkilini, səmərəliliyinin ölçülməsini və nəticələrinin müəyyən edilməsini özündə ehtiva edən və Agentlik tərəfindən təsdiq olunmuş müvafiq plan əsasında aparır. Qiymətləndirmə Agentlik tərəfindən təsdiq olunmuş ölçüləbilən indikatorların (kəmiyyət və keyfiyyət göstəricilərinin) və meyarların təsbit olunduğu qiymətləndirmə anketi vasitəsilə aparılır.

Agentlik tərəfindən qiymətləndirmənin aparılması zamanı şəffaflıq, səmərəlilik, hesabatlılıq, obyektivlik və qərəzsizlik prinsipləri rəhbər tutulur.

Agentlik qiymətləndirmə prosesində maliyyələşdirdiyi layihənin heyət və iştirakçılarına layihənin icra vəziyyətinin öyrənilməsi məqsədilə sorğu göndərə bilər.

Agentlik qiymətləndirmənin nəticələrini təhlil edir, QHT nümayəndələri üçün tövsiyələr hazırlayır, məsləhətlər verir, təlimlər, seminarlar və digər bu kimi tədbirlər təşkil edir.

Qiymətləndirmənin nəticələrinə əsasən icra olunan layihələrlə bağlı məlumat 10 (on) iş günü müddətində QHT-yə göndərilir. Son.az 

Bu il Şuşa və Zabuxdakı məktəblər istifadəyə veriləcək  Nazir like
  • 15 Sen 14:22  
Digərləri Bu il Şuşa və Zabuxdakı məktəblər istifadəyə veriləcək Nazir

Bu il Şuşa şəhərində yeni məktəbin istifadəyə verilməsi planlaşdır�

arrow Ətraflı
Xaçmazda çökmüş körpünün yerində yenisi tikiləcək  RƏSMİ AÇIQLAMA like
  • 15 Sen 13:57  
Digərləri Xaçmazda çökmüş körpünün yerində yenisi tikiləcək RƏSMİ AÇIQLAMA

Bu gün səhər saatlarında Xaçmaz rayonunda təbii fəlakət nəticəsində �

arrow Ətraflı
Mobil telefonlar ucuzlaşacaq?  Deputat AÇIQLADI like
  • 15 Sen 13:30  
Digərləri Mobil telefonlar ucuzlaşacaq? Deputat AÇIQLADI

"Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklik layih

arrow Ətraflı
İstanbulda kafeyə silahlı hücum  Azərbaycanlı vuruldu like
  • 15 Sen 13:25  
Digərləri İstanbulda kafeyə silahlı hücum Azərbaycanlı vuruldu

İstanbuldakı kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərb

arrow Ətraflı
Məktəblinin ölümünə səbəb olan avtobus sürücüsü həbs edildi like
  • 15 Sen 13:19  
Digərləri Məktəblinin ölümünə səbəb olan avtobus sürücüsü həbs edildi

Bu ilin 25 may tarixində Bakı şəhərinin Xətai rayonu ərazisində idarə e

arrow Ətraflı
Sabah 28 dərəcə isti olacaq like
  • 15 Sen 13:11  
Digərləri Sabah 28 dərəcə isti olacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Seksual qısnama ilə bağlı müğənniyə böhtan atılıb? like
  • 15 Sen 13:08  
Şou-biznes Seksual qısnama ilə bağlı müğənniyə böhtan atılıb?

Vilnüs prokurorluğu əvvəllər "Rammstein" qrupunun solisti Till Li

arrow Ətraflı
Bu xəstəxanada rentgenmüayinə fəaliyyəti dayandırıldı like
  • 15 Sen 13:02  
Digərləri Bu xəstəxanada rentgenmüayinə fəaliyyəti dayandırıldı

Daha bir tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti dayandırılıb.

arrow Ətraflı
Rusiya daha da sevinəcək: Ermənistana iki ABŞ generalı gəldi like
  • 15 Sen 12:59  
Dünya Rusiya daha da sevinəcək: Ermənistana iki ABŞ generalı gəldi

ABŞ Silahlı Qüvvələrinin 10-cu dağ-atıcı diviziyasının komandanı gene

arrow Ətraflı
Körpünün uçması nəticəsində çaya düşən şəxslərin xilas edilmə anı like
  • 15 Sen 12:58  
Digərləri Körpünün uçması nəticəsində çaya düşən şəxslərin xilas edilmə anı

Körpünün uçması nəticəsində çaya düşən şəxslərin xilas edilmə an

arrow Ətraflı
Məktəbətrafı küçə və prospektlərə nəzarət artırılacaq  VİDEO like
  • 15 Sen 12:57  
Digərləri Məktəbətrafı küçə və prospektlərə nəzarət artırılacaq VİDEO

Bakıda süni sıxlığın yaranmaması üçün sabahdan məktəbətrafı küç�

arrow Ətraflı
Astarada torpaq sürüşməsi: Hazırda ərazidə vəziyyət necədir?  AÇIQLAMA like
  • 15 Sen 12:55  
Digərləri Astarada torpaq sürüşməsi: Hazırda ərazidə vəziyyət necədir? AÇIQLAMA

Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib.

arrow Ətraflı
Körpü uçması nəticəsində xəsarət alanların son vəziyyəti AÇIQLANDI like
  • 15 Sen 12:49  
Digərləri Körpü uçması nəticəsində xəsarət alanların son vəziyyəti AÇIQLANDI

Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiy

arrow Ətraflı
Xudatda uçan körpüdə çaya düşməkdən son anda xilas oldu like
  • 15 Sen 12:47  
Digərləri Xudatda uçan körpüdə çaya düşməkdən son anda xilas oldu

Avtomobillərdən biri Xaçmaz-Xudat yolunda uçan körpüdə çaya düşməkdə

arrow Ətraflı