Astarada torpaq sürüşməsi: Hazırda ərazidə vəziyyət necədir? AÇIQLAMA
Digərləri 15 Sen 2023 12:55:00 350 0
Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi nəticəsində bir evin qəzalı vəziyyətə düşməsi barədə məlumat yayılıb.
Bu xəbəri də oxu: Moskvadan havaya qalxan təyyarə eniş edə bilmədi
Son.az xəbər verir ki, məsələ İlə bağlı Trend-ə açıqlama verən Astara Rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Mahmudov bildirib ki, sürüşmə baş verən yerdə bir ailə yaşayır.
"Evə heç nə olmayıb. Ev Hirkan Milli Parkının ərazisində qanunsuz tikilib. Evin sahibinə müvafiq qurumlar əvvəllər də xəbərdarlıq etmişdilər ki, həmin ərazi təhlükəlidir. Sürüşmə nəticəsində palçıq gəlib evə dirənib. Əraziyə yerli qüvvələri səfərbər etmişik. İki gün əvvəl ailə təxliyə edilib. Hazırda vəziyyət stabildir".
O bildirib ki, evə baxış keçirildikdən sonra onunla bağlı yekun rəy veriləcək.
"Aramsız yağışlar nəticəsində kənd ərazisindən keçən çayın daşması nəticəsində kənd ərazisində piyada körpüsü də uçub. Körpünü sakinlər salmışdılar. Əsas körpü uçan körpüdən bir qədər aralıdadır və dağılmayıb. Sakinlər hazırda ondan istifadə edirlər. Biz rəy verildikdən sonra həmin ailəni oradan köçürmək istəyirik. Yəqin ki, onlara yeni evin verilməsi nəzərdə tutulacaq". Son.az
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiy
Avtomobillərdən biri Xaçmaz-Xudat yolunda uçan körpüdə çaya düşməkdə
Azərbaycan bir çox sahələrdə etibarlı tərəfdaş olaraq nüfuzunu möhkə
Son zamanlar dövlət başçısının Mərkəzi Asiya ölkələrinə səfərlər
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verilib.
Türkiyənin məşhur aktrisası Aslı Bekiroğlunun sevgilisi qaçıb.
Rusiyalı politoloq Sergey Markovun Ermənistan və Rusiya arasında yaranan son
Oğuz rayonunun Mollalı kəndində qətl törədilib.
Xalq artisti Nəzakət Teymurova 6 il sonra Akademik Opera və Balet Teatrına
Tədris ilinin ilk günü ata universitet həyatına başlayan qızına maşın
ABŞ ordusunun iki generalı hazırda davam edən "EAGLE PARTNER 2023"
Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözl
Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə g
Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti