Buna DTX icazə verəcək
Digərləri 15 Sen 2023 11:18:00 335 0
Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi və bu aktivlərdən istifadə etmək imkanının təmin edilməsi qaydası təsdiq olunub.
Bu xəbəri də oxu: iOS 18.2.1 istifadəyə verildi: Təcili quraşdırın
Son.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslərin və qurumların (bundan sonra - fiziki şəxslər və qurumlar) dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edir.
Fiziki şəxslər və qurumlar tərəfindən dondurulmuş aktivlərdən istifadəyə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilir.
Dövlət Təhlükəsizliyi Xidməti ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra 7 iş günü müddətində, beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra bu Qaydada qeyd olunan müddətdə gözlənilməz xərclərə və aşağıdakı zəruri xərclərə ehtiyacın ödənilməsini təmin etmək məqsədilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir:
- Vergi və rüsumlar;
- Sığorta ödənişləri (həyatın yığım sığortası istisna olmaqla);
- Kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri,
mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri);
- Maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları;
- Qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər;
- Peşəkar fəaliyyət ilə əlaqədar üzvlük haqları və hüquqi xidmətlərin göstərilməsi xərclərinin ödənilməsi üçün zəruri olan ödənişlər;
- Dondurulmuş əmlakın saxlanılması üçün ödənişlər.
Fiziki şəxslərin və qurumların yazılı müraciətlərində bu Qaydada qeyd olunan məlumatlar nəzərdə tutulmalıdır.
Dondurulmuş aktivlərdən istifadəyə dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.
Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə g
Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti
Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı d
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq m
Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının 105
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu "Türk Şəhidliyi"
Əgər blokumuz bu seçkilərdə qalib gəlsə, ilin sonuna qədər Paşinyanı
Rusiyalı müğənni, "VİA Qra" qrupunun keçmiş solisti Anna Sedoko
Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi m�
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl�
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Azərbaycanda yaşayan türkiyəli bloqer Nagehan Abdullayeva Bakını birdəfə
Səudiyyə Ərəbistanı üsyançı "Ənsar Allah" (husilər) hərəka