İlham Əliyev: MDByə üzv dövlətlərin prokurorlarının qarşısında yeni və mürəkkəb çağırışlar durur
Siyasət 15 Sen 2023 11:08:00 340 0
Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının sentyabrın 15-də Bakıda keçirilən 33-cü iclasının iştirakçılarına məktub ünvanlayıb.
Bu xəbəri də oxu: Milli Məclis Ermənistana təzyiq etməyə çağırdı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısının məktubunda qeyd edilib:
"Azərbaycan MDB-nin fəal üzvü olmaqla bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edir. MDB çərçivəsində təhlükəsizliyin və sabitliyin qorunması, əməkdaşlığın daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Hörmətli qonaqlar, qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi hər bir hüquqi dövlətin ali məqsədini təşkil edir. Bu baxımdan, prokurorluq orqanlarının qanunçuluğun və hüquq qaydasının təmin edilməsində və möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə müstəsna rolu vardır.
Transmilli mütəşəkkil cinayətkarlıq hər bir dövlətin sosial, iqtisadi və siyasi sabitliyi üçün ciddi təhlükədir. Müasir dünyada qlobal və regional təhlükələrin artdığı bir zamanda MDB iştirakçı dövlətlərinin prokurorlarının qarşısında yeni və mürəkkəb çağırışlar durur. Bu təhdidlər beynəlxalq hüquq mühafizə potensialının artırılmasını, qanunsuz şəbəkələrin zərərsizləşdirilməsi üçün birgə fəaliyyət göstərməyi, ənənəvi və yeni, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və digər cinayət növlərinin qarşısının alınmasını tələb edir".
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, iclas iştirakçılarının birgə səyləri dövrümüzün neqativ cərəyanlarına vaxtında reaksiya verməyə, dövlətlərimizin və vətəndaşlarımızın etibarlı müdafiəsini təmin etməyə imkan verəcək.
Məktubda, həmçinin vurğulanıb ki, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı qorunmasına, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcək. Son.az
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq m
Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının 105
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu "Türk Şəhidliyi"
Əgər blokumuz bu seçkilərdə qalib gəlsə, ilin sonuna qədər Paşinyanı
Rusiyalı müğənni, "VİA Qra" qrupunun keçmiş solisti Anna Sedoko
Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi m�
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl�
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Azərbaycanda yaşayan türkiyəli bloqer Nagehan Abdullayeva Bakını birdəfə
Səudiyyə Ərəbistanı üsyançı "Ənsar Allah" (husilər) hərəka
Ermənistanın baş naziri Nikol Paşinyanın özünə bəraət qazandırmaq cə
Britaniya, Almaniya və Fransa Aİ-yə İran sanksiyalarını ləğv etməyəcə
Mərhum Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovun qızı Xuraman Ə
Abşeron rayonunun Masazır qəsəbəsində evdə qadın meyiti tapılıb. Onun