İrəvan Rusiyanı satdı: Kreml qəzəblidir Markov


Digərləri 15 Sen 2023 12:24:00 279 0

İrəvan Rusiyanı satdı: Kreml qəzəblidir  Markov

Rusiyalı politoloq Sergey Markovun Ermənistan və Rusiya arasında yaranan son gərginliklə bağlı Axar.az-a müsahibəsi:

- ABŞ hərbçilərinin Ermənistanda təlim keçməsi Rusiyada birmənalı qarşılanmadı. İki ölkə arasında münasibətlərin gərginləşməsinə təkan verən nüanslar nələrdir?

- Paşinyanın erməni-amerikan hərbi təlimləri keçirmək üçün Amerika qoşunlarını Ermənistana dəvət etmək qərarı Rusiyada sadəcə olaraq qəzəb doğurub. Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində Ermənistan rəhbərliyinin bu cür hərəkətinin İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində üzərinə götürdüyü öhdəliklərə birbaşa zidd olduğu barədə bəyanatları oldu.

Bu, Ermənistanın Rusiyaya qarşı yeqanə belə düşmən bəyanat və hərəkəti deyil. Ermənistan hazırda Rusiya nöqteyi-nəzərincə, Britaniya kəşfiyyat xidmətinin nəzarəti altında olan və tamamilə korrupsionerləşmiş bir təşkilatın - Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq prosesindədir. BCM uşaqları müharibə zonalarından sanatoriyalara köçürdüyünə görə Vladimir Putinin dünya üzrə həbsinə order verib. Bu, BCM-nin həyasızlığıdır, həm də bu təşkilatın qərarını təqdir edən Paşinyanın həyasızlığıdır. Belə çıxır ki, Putin indi Ermənistana səfər edə bilməz, çünki o, Ermənistan hakimiyyəti tərəfindən həbs olunacaq. Bütün bunlar, təbii ki, Ermənistanın son dərəcə qeyri-dost addımlarıdır.

- Rusiyanın Paşinyanı devirmək planı haqqında nə düşünürsünüz?

- İndi Ermənistanın hökumət mətbuatında belə bir hay-küy yaranıb ki, Rusiya Paşanyanı devirmək üçün "Vaqner"in döyüşçülərini Ermənistana göndərir. Bu, elə-belə hay-küy deyil. Əslində, Paşinyan öz mühafizəçilərini dəyişmək üçün bu ajiotajdan istifadə edir. Paşinyanın şəxsi təhlükəsizliyi bundan sonra NATO ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndələrindən təşkil olunacaq. Amma kim olacaq - amerikalılar, ingilislər, fransızlar - bu hələ məlum deyil. Aydındır ki, Paşinyan təhlükəsizliyini elə gücləndirməyə çalışır ki, Rusiyaya düşmən olan ölkələrin kəşfiyyat xidmətləri onu qorusun.

- Ermənistan hökumətinin fərqli siyasət yürüdərək, Rusiyadan uzaqlaşıb, Qərbə meyillənməsi nə ilə əlaqədardır?

- Paşinyan özü bəyan edib ki, Rusiyanın köməyi ilə Ermənistanın təhlükəsizliyini təmin etmək mövqeyi səhv idi. O, Ermənistanı bu mövqedən uzaqlaşdırmaq istəyir. Ümumiyyətlə, rəsmi Moskva düşünür ki, Paşinyan indi Rusiyanın düşmənlərinə doğru kəskin dönüş etməyə başlayıb. Əvvəllər bu istiqamətdə tam dönüş etmişdi, indi isə kəskin dönüş edir. Azərbaycan Qarabağa qoşun yeridərsə, Paşinyan vəziyyətdən istifadə edib, Rusiyanı günahlandıracaq və kəskin dönüş edəcək. Görünür, Qərbə üz tutmağı, Ermənistanı Rusiyadan uzaqlaşdırmağı Paşinyan özünün tarixi missiyası hesab edir.

- Bəs, Rusiya Ermənistandan üz döndərəcəkmi?

- "Rusiya buna necə reaksiya verəcək" sualı hələ açıq qalır. Daha çox bəyanatlar var. Bəyanat nədir ki? Onların heç bir əhəmiyyəti yoxdur. Üstəlik, bəyanatlarda ziddiyyətlər var: bir tərəfdən kəskin tənqid edir, digər tərəfdən isə Ermənistanla dostluq axtarışında olduqları ortaya çıxır. Məsələn, Rusiya Azərbaycanı yeni ərazilərdə (oxu: işğal olunmuş Ukrayna ərazilərində) seçkilərlə bağlı açıq bəyanatını tənqid edəndə, yaxud Moskva Laçın yolunun açılmasının tərəfdarı olduğunu bildirəndə, bu bəyanatlar Ermənistanla dostluq axtarışına oxşayır.

Təbii ki, Rusiya istərdi ki, Paşinyan başqası ilə əvəzlənsin. Amma yəqin ki, indi bunu etmək çox çətindir, çünki Ermənistanda alternativ, həqiqətən də populyar siyasi qüvvə yoxdur. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyana bağlı qruplar isə göstərdilər ki, onların nəinki hansısa reytinqi, həttə yüksək antireytinqi var. Bundan başqa, NATO ölkələrinin xüsusi xidmət orqanlarının Paşinyanı mühafizəsi, Qərb ölkələrindən aldığı kəşfiyyat məlumatları və digər mümkün yardımlar Ermənistanın daxili siyasi qüvvələrinin indiki baş naziri hakimiyyətdən uzaqlaşdırmasını mümkünsüz edir. Üstəlik, İkinci Qarabağ müharibəsindən sonra seçkiləri Paşinyana uduzdular axı. Belə çıxır ki, əhali İkinci Qarabağ müharibəsindən və məğlubiyyətdən sonra da Paşinyanı dəstəkləyib.

Ermənipərəst qüvvələr arasında belə bir fikir var ki, Rusiya kəskin ermənipərəst mövqe tutmalı və bununla da erməni ictimai rəyini öz tərəfinə çəkməli və Paşinyanın Ermənistanı Rusiyadan uzaqlaşdırmaq planlarının qarşısını almağa nail olmalıdır. Bu da bir təklifdir.

Bəziləri təklif edir ki, Paşinyan Rusiyadan uzaqlaşma kursuna çox kəskin davam edərsə, Ermənistanın KTMT-dəki üzvlüyü müvəqqəti olaraq dayandırılmalıdır. Bu o deməkdir ki, Azərbaycan Zəngəzura qoşun yeridərsə, o zaman Rusiya Ermənistana kömək etmək məcburiyyətində olmayacaq. Əgər Ermənistan hakimiyyəti və əhalisi Qarabağın itirilməsi ilə bağlı artıq barışıblarsa, Zəngəzuru itirmək Ermənistan əhalisi və hakimiyyət orqanları üçün böyük təhlükəyə çevriləcək.

- Demək, hadisələrin gedişatı onu göstərir ki, Ermənistan Rusiya üçün dost olmayan ölkəyə çevrilir?

- İndi Rusiya ictimai rəyində vacib dəyişiklik var. Uzun müddət Rusiyada belə bir fikir var idi ki, Ermənistan qardaş xristian ölkəsidir və Rusiya onu qorumalıdır. İndi biz Ermənistan hakimiyyətinin sadəcə olaraq antirusiya bəyanatları və hərəkətləri dalğasını görəndə Rusiya ictimai rəyinin əksəriyyəti belə qənaətə gəlir ki, Ermənistan heç də qardaş ölkə deyil və Rusiyanın onun qarşısında heç bir öhdəliyi yoxdur. Bunlar, sadəcə, bir növ satqınlardır. Rusiya isə Ermənistana qarşı daha sərt davranmalıdır. İctimai rəydə belə dəyişikliklər Rusiyada mövcuddur. Amma onu da qeyd etmək lazımdır ki, Rusiyada çox güclü ermənipərəst lobbi var ki, onlar KİV-ə Ermənistanın antirusiya hərəkətləri barədə yazmağı qadağan etməyə çalışırlar.

Görək, Ermənistandakı ABŞ hərbi təlimləri necə işıqlandırılacaq. Əlbəttə, Rusiya rəhbərliyi tərəddüd edir. Lakin KTMT-nin üzvü olan rəsmi İrəvanın Rusiyanın aşkar düşmənləri olan Amerika hərbçilərini Ermənistana dəvət etməsi yəqin ki, Rusiyanın Ermənistana münasibətində köklü dəyişikliyə səbəb ola biləcək qırmızı xətti keçmək deməkdir.

Qətl törətməyə getmişdi, özü öldü  TƏFƏRRÜAT like
  • 15 Sen 12:13  
Digərləri Qətl törətməyə getmişdi, özü öldü TƏFƏRRÜAT

Oğuz rayonunun Mollalı kəndində qətl törədilib. 

arrow Ətraflı
Xalq artisti 6 il sonra geri qayıtdı like
  • 15 Sen 12:02  
Şou-biznes Xalq artisti 6 il sonra geri qayıtdı

Xalq artisti Nəzakət Teymurova 6 il sonra Akademik Opera və Balet Teatrına 

arrow Ətraflı
BDUnun qarşısında maraqlı hadisə  Ata tələbə qızına maşın hədiyyə etdi like
  • 15 Sen 11:54  
Digərləri BDUnun qarşısında maraqlı hadisə Ata tələbə qızına maşın hədiyyə etdi

Tədris ilinin ilk günü ata universitet həyatına başlayan qızına maşın

arrow Ətraflı
ABŞ ordusunun iki generalı Ermənistana gedib like
  • 15 Sen 11:29  
Digərləri ABŞ ordusunun iki generalı Ermənistana gedib

ABŞ ordusunun iki generalı hazırda davam edən "EAGLE PARTNER 2023"

arrow Ətraflı
Buna DTX icazə verəcək like
  • 15 Sen 11:18  
Digərləri Buna DTX icazə verəcək

Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözl

arrow Ətraflı
Azərbaycana gətirilən mobil telefonların qeydiyyatı üçün rüsumlar azaldılır SİYAHI like
  • 15 Sen 11:17  
Digərləri Azərbaycana gətirilən mobil telefonların qeydiyyatı üçün rüsumlar azaldılır SİYAHI

Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə g

arrow Ətraflı
Ermənilər Xocalıda təxribata cəhd etdi like
  • 15 Sen 11:13  
Siyasət Ermənilər Xocalıda təxribata cəhd etdi

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti

arrow Ətraflı
Müğənniyə ağır itki like
  • 15 Sen 11:10  
Şou-biznes Müğənniyə ağır itki

Müğənni Lətifə Soyuözə ağır itki üz verib. 

arrow Ətraflı
Bu şəxslərə pulsuz mənzillər verilib like
  • 15 Sen 11:07  
Digərləri Bu şəxslərə pulsuz mənzillər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq m

arrow Ətraflı
Bir ürək, bir yumruq olmağa davam edəcəyik  Türkiyə MN like
  • 15 Sen 11:06  
Siyasət Bir ürək, bir yumruq olmağa davam edəcəyik Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının 105

arrow Ətraflı
Tevanyan: Seçkidə qalib gəlsək, Paşinyanı hökumət binasından qovacağıq like
  • 15 Sen 10:52  
Digərləri Tevanyan: Seçkidə qalib gəlsək, Paşinyanı hökumət binasından qovacağıq

Əgər blokumuz bu seçkilərdə qalib gəlsə, ilin sonuna qədər Paşinyanı

arrow Ətraflı
40 yaşlı müğənni makiyajsız fotosunu paylaşdı like
  • 15 Sen 10:45  
Şou-biznes 40 yaşlı müğənni makiyajsız fotosunu paylaşdı

Rusiyalı müğənni, "VİA Qra" qrupunun keçmiş solisti Anna Sedoko

arrow Ətraflı