Bu xəstəxanada rentgenmüayinə fəaliyyəti dayandırıldı
Digərləri 15 Sen 2023 13:02:00 378 0
Daha bir tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti dayandırılıb.
Bu xəbəri də oxu: Azərbaycanda kreditlərlə bağlı qaydalar DƏYİŞDİ
Son.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir:
"Belə ki, Agentlik tərəfindən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilmiş planlı yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair çoxsaylı faktlar aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar tibb müəssisəsinin vəzifəli şəxsi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib edilərək inzibati tənbeh növü tətbiq edilib. Həmçinin, nöqsanların aradan qaldırılması üçün müəssisəyə vaxt verilib.
Bununla belə, müəyyən olunmuş müddət ərzində aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı müəyyən olunub".
Vurğulanıb ki, qeyd olunanları, o cümlədən radioloji fəaliyyətlə bağlı aşkar edilmiş nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükəni nəzərə alaraq, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsi, B78 ünvanında fəaliyyət göstərən "RONDENT" MMC-yə məxsus stomatoloji klinikada ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması hallarının aradan qaldırılmadığı və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş "xüsusi icazə"nin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb. Son.az
ABŞ Silahlı Qüvvələrinin 10-cu dağ-atıcı diviziyasının komandanı gene
Körpünün uçması nəticəsində çaya düşən şəxslərin xilas edilmə an
Bakıda süni sıxlığın yaranmaması üçün sabahdan məktəbətrafı küç�
Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib.
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiy
Avtomobillərdən biri Xaçmaz-Xudat yolunda uçan körpüdə çaya düşməkdə
Azərbaycan bir çox sahələrdə etibarlı tərəfdaş olaraq nüfuzunu möhkə
Son zamanlar dövlət başçısının Mərkəzi Asiya ölkələrinə səfərlər
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verilib.
Türkiyənin məşhur aktrisası Aslı Bekiroğlunun sevgilisi qaçıb.
Rusiyalı politoloq Sergey Markovun Ermənistan və Rusiya arasında yaranan son
Oğuz rayonunun Mollalı kəndində qətl törədilib.
Xalq artisti Nəzakət Teymurova 6 il sonra Akademik Opera və Balet Teatrına
Tədris ilinin ilk günü ata universitet həyatına başlayan qızına maşın
ABŞ ordusunun iki generalı hazırda davam edən "EAGLE PARTNER 2023"