Məktəblinin ölümünə səbəb olan avtobus sürücüsü həbs edildi
Digərləri 15 Sen 2023 13:19:00 399 0
Bu ilin 25 may tarixində Bakı şəhərinin Xətai rayonu ərazisində idarə etdiyi avtobusla 8 yaşlı Saleh Quliyevi vurub öldürən avtobus sürücüsü həbs edilib.
Bu xəbəri də oxu: Pensiya alan qadınlara pis xəbər – İyuldan...
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində sürücü Anar Hüseynov barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmədə bildirilib ki, hadisə vaxtı Saleh anası ilə birgə təhsil aldığı 245 saylı orta məktəbə gedirmiş. Onlar Xudu Məmmədov küçəsində nizamlanmayan piyada keçidindən keçərkən 51 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu sürətini azaltmadan Saleh Quliyevi və anasını vurub. Ağır xəsarət alan azyaşlı hadisə yerində vəfat edib, anası isə nisbətən yüngül xəsarətlər alıb.
Mərhumun ailəsi məhkəmədə sürücünün ağır cəzalandırılmasını tələb edib.
Xətai Rayon Məhkəməsinin 12 sentyabr tarixli hökmü ilə avtobus sürücüsünə 3 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olan A.Hüseynov məhkəmə zalındaca həbs edilib. Son.az
Vilnüs prokurorluğu əvvəllər "Rammstein" qrupunun solisti Till Li
Daha bir tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti dayandırılıb.
ABŞ Silahlı Qüvvələrinin 10-cu dağ-atıcı diviziyasının komandanı gene
Körpünün uçması nəticəsində çaya düşən şəxslərin xilas edilmə an
Bakıda süni sıxlığın yaranmaması üçün sabahdan məktəbətrafı küç�
Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib.
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiy
Avtomobillərdən biri Xaçmaz-Xudat yolunda uçan körpüdə çaya düşməkdə
Azərbaycan bir çox sahələrdə etibarlı tərəfdaş olaraq nüfuzunu möhkə
Son zamanlar dövlət başçısının Mərkəzi Asiya ölkələrinə səfərlər
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verilib.
Türkiyənin məşhur aktrisası Aslı Bekiroğlunun sevgilisi qaçıb.
Rusiyalı politoloq Sergey Markovun Ermənistan və Rusiya arasında yaranan son
Oğuz rayonunun Mollalı kəndində qətl törədilib.