Meksika mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası ifşa olundu FOTO
Siyasət 15 Sen 2023 07:29:00 426 0
Meksika mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası ifşa olunub Meksikanın tanınmış "Milenio" qəzetində "Qarabağda uydurulmuş humanitar böhran mifini ifşa edərək" başlıqlı məqalə dərc olunub. Məqalədə Ermənistanın Qarabağda böhran adı altında həyata keçirdiyi manipulasiya və qarayaxma fəaliyyəti pislənilir, Ermənistanın təxribatçı və riyakar siyasətinə, eləcə də ölkəmizin üzləşdiyi ikili standartlara diqqət çəkilir.
Bu xəbəri də oxu: Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevə başsağlığı verib
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Məqalədə son vaxtlar Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı əsassız və qərəzli ittihamların, hətta "soyqırımı" uydurmasının səsləndirildiyi qeyd olunur, ərazidə "humanitar böhran" yaşanması ilə bağlı həqiqətdən uzaq erməni propaqandasının uğursuzluğa düçar olduğu bildirilir.
Yazıda beynəlxalq hüquq üzrə tanınmış ekspert Rodni Diksonun hesabatında Azərbaycanın Qarabağ bölgəsində soyqırımının baş verməsi ilə bağlı Luis Okamponun iddialarının əsassız və qüsurlu kimi qiymətləndirildiyi qeyd olunur. Həmçinin ravvinlərin Ermənistanı Holokostdan və "soyqırımı" terminindən təbliğat kimi istifadəni dayandırmağa çağırdığı vurğulanır.
Qeyd olunur ki, bölgənin erməni əhalisinin alternativ yollar vasitəsilə qida əldə etmək imkanı olduğu halda, guya Laçın yolunun bağlanması nəticəsində aclıq şəraitində yaşamaları ilə bağlı xəbərlər yalnız təəccüb doğurur. Bunun Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilməyən erməni diasporu və onun havadarlarının propaqanda siyasətinin bir hissəsi olduğu bildirilir.
Eyni zamanda, bir sıra dünya ölkələrinin humanitar məsələni siyasiləşdirmək əvəzinə Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadəyə çağırışlarının ermənilər tərəfindən müsbət qarşılanmadığı, beynəlxalq aktorların vasitəçiliyi ilə hər iki marşrutun açılması ilə bağlı əldə olunmuş razılıqdan isə Ermənistanın son anda imtina etdiyi bildirilir.
Sonda "sivil dünyanın" ekspertlərinin, KİV nümayəndlərinin Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə və normallaşma prosesinə zərbə vuran hazırkı ssenarinin həqiqətlərindən bəhs etməmələrinin narahatlıq doğurduğu və bu gün süni şəkildə yaradılmış "qida böhranı"ndan ürək ağrısı keçirənlərin otuz il ərzində yurd-yuvasından didərgin salınmış yüzminlərlə azərbaycanlının çəkdiyi əzabları nəzərə almalı olduqları vurğulanır.
Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib,
Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missi
Çiy balıqdan hazırlanan "Koi Pla" adlı yemək səbəbindən ildə
Rusiyalı müğənni Katya Lel meksikalı ufoloqun nümayiş etdirdiyi yadplanet
Payız daha çox depressiyaya düşmə mövsümü kimi yaddaqalır. Havaların s
Amerikalı model Emili Ratajovski TikTokda maraqlı paylaşım edib. Son.az x
TikTok-da toydan sonra yayılan görüntülər gündəm olub. Son.az xarici m
Açıq-saçıq geyimli iki qadın hərəkətdə olan maşının qapılarını a�
Valideynlərin övladlarını sakitləşdirmək üçün onlara telefon vermələ
Bu gün Bakının işğaldan azad edilməsindən 105 il ötür.
Son 40 gündə ölkə mediasında ən çox oxunan, əm çox paylaşılan, ən ma
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Oğuz rayonunun Mollalı kəndində qətl törədilib.