Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR
Digərləri 15 Sen 2023 01:01:00 348 0
Valideynlərin övladlarını sakitləşdirmək üçün onlara telefon vermələri və bunu vərdiş halına gətirmələri uşaqlar üçün təhlükəlidir.
Bu xəbəri də oxu: Xocalının küçələrinə işıq çəkiləcək FOTO
Son.az saglamolun.az-a istinadən xəbər verir ki, insanların həyatını asanlaşdırmaq üçün istehsal edilən və inkişaf etdirilən texnologiyanın faydaları doğru bir arqument olsa da, bəzi standartlar aşıldığında zərərlə qarşılaşmaq mümkündür. Bunu valideynlərin uşaqları üzərində işlətdiyi sakitləşdirici üsulda görmək olar. Telefonla oynayan uşaqlar ətrafda baş verənləri eşitmədikləri və görmədikləri halda, istənilən müdaxilədə aqressiv davranışlar sərgiləyə bilirlər. Valideynlər isə çox vaxt övladlarının qəzəbli halları ilə mübarizə aparmaq əvəzinə, əllərini sevimli telefonlarına qoyaraq, uşağın sosial dünya ilə əlaqəsini kəsməyə üstünlük verirlər. Uşaqlarınızı sakitləşdirmək üçün bu üsuldan istifadə etsəniz, onları böyük riskə atmış olursunuz. Beləliklə, uşaqları sakitləşdirməyin başqa yolu varmı?
UZUN MÜDDƏT TELEFON İSTİFADƏSİNİN MƏNFİ NƏTİCƏLƏRİ VAR
Övladlarınız kədərli, həvəsli və ya qəzəbli olduqda tətbiq etməli olduğunuz ilk taktika onları dinləmək və problemlərinə həll yolları axtarmaq olmalıdır. Əks halda, övladlarınız əsəbiləşən və ya kədərləndikləri zaman onlara empatiya göstərməsəniz və onları telefonla sakitləşdirməyə çalışsanız, zamanla uşaqlarınızda həm fiziki, həm də psixoloji cəhətdən geriləmə müşahidə edə bilərsiniz.
Tədqiqatçılar tərəfindən 3-5 yaşlı uşaqların telefon və planşetlərdən nə qədər tez-tez istifadə etdikləri ilə bağlı təhlil araşdırması aparılıb. 422 uşaq və 422 valideynin təhlili nəticəsində məlum olub ki, tez-tez sakitləşmək üçün cihaz verilən uşaqlarda emosional reaksiya əlamətləri daha çox olur.
Valideynlərindən kifayət qədər diqqət görməyən uşaqlar qapalı, özünə inamsız və hətta aqressiv olurlar. Buna görə də uşaqlar ən yaxşı dost kimi elektron cihazları seçirlər. Kədərli və ya sevincli hallarını bölüşəcək birini tapa bilməyəndə parlaq və rəngli ekranlı telefonlarla vaxt keçirirlər. Xüsusilə inkişaf çağında olan uşaqlar telefonla çox vaxt keçirdikləri zaman gələcəkdə həm psixoloji, həm də fiziki olaraq böyük risklərlə üzləşə bilərlər. Bu məsələdə valideynlərin rolu böyükdür.
Əgər siz telefonlarınızı uşaqlarınıza baxıcı kimi istifadə edirsinizsə, onlara böyük zərər vermiş olursunuz. Övladlarınızın çalışqan, sosial və sağlam olmasını istəyirsinizsə, onlarla daha çox söhbət etməlisiniz; Əyləncəli və maarifləndirici fəaliyyətlərlə məşğul olmalısınız.
Bu gün Bakının işğaldan azad edilməsindən 105 il ötür.
Son 40 gündə ölkə mediasında ən çox oxunan, əm çox paylaşılan, ən ma
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Oğuz rayonunun Mollalı kəndində qətl törədilib.
Sentyabrın 14-də Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emomə
Çexiyanın Mlada Boleslav şəhəri (ölkənin şimal-qərbində) yaxınlığı
İran xalqının inqilab qiyamından bir il keçməsindən sonra İranın hakimi
Dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev yaxın dostu Türkiyən
Sentyabrın 15-də əsasən gecə və səhər saatlarında dağlıq və dağət
Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uest bir
Liviyanın sahilyanı Derna şəhərində daşqınlar nəticəsində ölənləri
İngiltərədə 59 yaşlı məktəb direktoru yaşı 13-dən az olan 2 nəfər q
Bakıda sürücülər ayırıcı zolaqları parklanma zonası bilərək avtomobi
"44 günlük müharibədə qələbədən sonra Azərbaycan Prezidenti İlha