Bakı ilə danışıqlarında əldə edilən mühüm razılaşma budur
Dünya 14 Sen 2023 12:54:00 381 0
Azərbaycanla sülh danışıqları prosesində ciddi hadisələr baş verib.
Bu xəbəri də oxu: Ukraynada yeni virusa 13 yoluxma qeydə alınıb
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan "Politiko" nəşrinə geniş müsahibəsində deyib.
O bildirib ki, qeydə alınan ən ciddi nəticə ölkələrin ərazi bütövlüyünün tanınmasıdır:
"Qarşılıqlı olaraq Azərbaycanın 86,6 min kv.km ərazisi və Ermənistanın 29,8 min kv.km ərazisinin tanınması sülh danışıqlarında təməl daşı sayıla bilər. Ancaq problem bundadır ki, bu razılaşmadan sonra mən bu sazişə sadiqliyimizi bir neçə dəfə təsdiqlədim (Azərbaycanın ərazi bütövlüyünün tanınması - red.), lakin Azərbaycanın bununla bağlı mövqeyi hələ tam aydın deyil".
Paşinyan iddia edib ki, Laçın "dəhlizinin" bağlanması, Qarabağdakı humanitar böhranın davam etməsi sülh danışıqlarına mənfi təsir edir.
"Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması sülh müqaviləsinin imzalanması ilə şərtlənir, yoxsa bu, sülh müqaviləsinin imzalanması üçün şərtdir?" sualına Paşinyan belə cavab verib:
"Biz Azərbaycanla razılaşdıq ki, Ermənistan və Azərbaycan, artıq dediyim kimi, qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır: 29,8 min kv.km və 86,6 min kv.km. Və bu razılaşmadan sonra mən İrəvanda mətbuat konfransı keçirəndə və jurnalist soruşanda ki, Azərbaycanın bu 86,6 min kvadrat kilometr ərazisinə Dağlıq Qarabağ ərazisi daxildirmi, mən cavab verdim ki, bəli, bura Dağlıq Qarabağ da daxildir. Amma onu da demək istəyirəm ki, bu, o demək deyil ki, biz Azərbaycana Dağlıq Qarabağ ermənilərini etnik təmizləməyə və ya soyqırıma məruz qoymaq üçün mandat vermişik. Məhz buna görə də bu sazişin tərkib hissəsi həm də Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələlərinin həlli mexanizmlərinin işlənib hazırlanması, xüsusən də Bakı ilə Xankəndi arasında etibarlı, substantiv dialoqun qurulmasıdır".
Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri işdən azad olunub.
Meksika Konqresində iki qeyri-adi fosilləşmiş (daşlaşmış) cəsəd təqdi
Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Azərbaycanlılar sülh istəyir. Biz bərpa, barışıq və nə vaxtsa mümkün
Rusiyanın əməkdar artisti Ramilə İsgəndər Moskvada evində axtarış apar
"Xankəndi Azərbaycan torpağıdır. Ermənilər niyə ölmürlər? Bizdə
Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər
Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə hörmət etməsi, separatçı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 14-də Düşənbədə Az�
Miqrasiya orqanlarında sınaq müddəti müəyyən edilmiş şəxslər vəzifə
Məşhur aparıcı Xoşqədəm Hidayətqızı evindən yeni görüntülər payla
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departam
İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflə
Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə təhsil müəssisələrində bufe