Sumqayıtda təhlükəli radioaktiv maddə aşkarlandı
Digərləri 14 Sen 2023 11:31:00 375 0
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamenti tərəfindən Sumqayıt şəhərində aparılan radioloji sınaqlar zamanı şəhər ərazisində anomal radiasiya göstəricilərinə malik sahə aşkar edilib.
Bu xəbəri də oxu: Sumqayıtda yaşayış binasında yanğın xəsarət alan var
Son.az agentliyə istinadən xəbər verir ki, təkrar yoxlamalar vasitəsilə nəticələr təsdiqləndikdən sonra bu barədə aidiyyəti dövlət qurumları müvafiq qaydada məlumatlandırılıb.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhəri ərazisinə yaxın istehsalat sahəsində radiasiya təhlükəsi ehtimalı olan ərazilərin radioloji şəraitinin araşdırılmasına İRİA-nın nüvə tədqiqatları departamentinin mütəxəssisləri də cəlb edilib:
"Mütəxəssislər tərəfindən digər aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə radioloji şəraitin qiymətləndilməsi üzrə radiometrik-dozimetrik və spektrometrik ölçülər aparılıb və ərazidə yüksək radiasiya təhlükəli zonanın müəyyən edilməsi məqsədi ilə nüvə-radioloji sınaq işləri görülüb.
Agentlik tərəfindən hazırda müxtəlif ölkələrdə belə halların aradan qaldırılması zamanı cavab tərbirləri üzrə analitik planlar öyrənilərək təhlil edilir və öyrənilmiş dərslər ümumiləşdirilir. Aşkar edilən radiasiya təhlükəli zonanın minimium zərərlə aradan qaldırlması ilə bağlı tədbirlər planına daxil edilmək üzrə təkliflər Agentlik tərəfindən yaxın günlərdə müvafiq qurumlara operativ şəkildə təqdim ediləcək".
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) fəaliyyət istiqamətlərindən biri olan nüvə elmi və texnologiyalarının sınaq təcrübələri və ölkə ərazisində radioloji elmi tədqiqat işlərini aparır. Eyni zamanda İRİA "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın "Radioloji və radioekoloji tədqiqatların aparılması" adlı 6.1.1 yarımbəndi üzrə məsul icraçıdır. Nüvə tədqiqatları departamentinin alimləri və mütəxəssisləri tərəfindən sözügedən proqramın müvafiq bəndinin effektiv şəkildə icrası məqsədilə, Agentliyin daxili imkanları əsasında radiasiyanı məsafədən aşkarlayan və ərazinin radioloji fon xəritəsini hazırlamağa imkan verən "NTDradSCAN" radiometrik radiasiya aşkarlayıcı və axtarış sistemi hazırlanıb. Bu axtarış sistemi vasitəsilə işğaldan azad edilmiş ərazilərdən öncə Abşeron yarımadası ərazisində çox saylı testlər və ölçü sınaq işləri aparılmaqdadır. Son.az
İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflə
Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə təhsil müəssisələrində bufe
Azərbaycanın Ermənistanla müharibə etmək üçün nə hansısa bəyanatı,
11 dövlət qurumunda vəzifələrin tutulması məqsədilə daxili müsahibə e
Ekstremal hava şəraiti səbəbindən bütün dünyada çay suyunun keyfiyyəti
Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəs
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə silah
"Nar"ın sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Ass
Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki m
Ötən gün Kəlbəcərdə çətin relyefli ərazidə yol qəzasında həlak ola
Britaniyalı məşhur müğənni Ed Şiran Las-Veqasda tanımadığı adamların
Avropa İttifaqı azərbaycanlı milyarder Fərhad Əhmədova qarşı sanksiyala
Tədris ilinin başlanması münasibətilə Milli Müdafiə Universitetinin Cəm
Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan "erməni-amerikan&qu
Ötən ilin sentyabr ayında, eləcə də 2021-ci ilin may və noyabr aylarında