Azərbaycan Ermənistanla sülhün tərəfdarı olmağa davam edir Hikmət Hacıyev
Siyasət 14 Sen 2023 12:21:00 347 0
Azərbaycanlılar sülh istəyir. Biz bərpa, barışıq və nə vaxtsa mümkün olarsa, qonşularımızla dostluq istəyirik.
Bu xəbəri də oxu: Avropa 2025: ənənəvi hegemonların yerini kim tutacaq?
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Politico" nəşri üçün məqaləsində yazıb.
"Azərbaycanın bu bölgəsi - Qarabağ 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal olunub. 1990-cı illərin əvvəllərində 1 milyona yaxın azərbaycanlının öz torpaqlarında etnik təmizləməyə məruz qaldığı amansız müharibədən sonra işğalçı Ermənistan silahlı qüvvələri bu ərazinin minlərlə kvadrat metrini minalayıb. Orada, Azərbaycanda qalan etnik ermənilərin icması Ermənistanla vahid quru yolu - Laçın yolu ilə əlaqə saxlayırdı.
Qanunsuzluğun və minaların bu "boz zonası" üç il əvvələ qədər, Azərbaycan 44 günlük müharibədə Qarabağ ərazisinin böyük hissəsini azad edənə qədər mövcud idi.
Qanun və mənəviyyat baxımından bu "boz zona"nın qalan hissəsində yaşayan vətəndaşlar Azərbaycan vətəndaşlarıdır - hətta Ermənistanın hazırkı baş naziri də ictimai şəkildə qəbul edir ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Bu, həm də o deməkdir ki, Azərbaycan etnik mənsubiyyətindən asılı olmayaraq və ola bilsin ki, yaxın tarixi nəzərə alaraq, hətta daha çox bu səbəbdən orada yaşayanların qayğısına qalmalıdır.
Azərbaycan hökuməti dəfələrlə Qarabağda yaşayan ermənilər üçün Laçın yolundan daha qısa və sürətli yollarla ərzaq, dərman vasitələri və digər humanitar mallar çatdırmağı təklif edib. Azərbaycanın təklif etdiyi quru yol marşrutları Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən həyat qabiliyyətli və istifadəyə yararlı olaraq qəbul edilib və hələ bu həftə ABŞ-nin dövlət katibi Entoni Blinken "hər iki dəhlizi dərhal və eyni vaxtda açmağa" çağırıb.
Lakin dünya mediasında yazılanlar tamamilə fərqlidir.
Qonşu Azərbaycanda yaşayan etnik ermənilərin bizə deyildiyi kimi, müstəsna olaraq Ermənistan tərəfindən vahid monoetnik marşrut üzərindən təmin edilməli olduğuna dair fikir necəsə beynəlxalq ictimaiyyət və media üçün məqbuldur. Bizə deyilənə görə, bu onunla bağlıdır ki, bu münaqişə digərlərindən fərqlənir və ermənilər tarixi səbəblərdən azərbaycanlılarla birgə yaşaya bilməzlər. Lakin tarix və reallıq bizə əksini öyrədib - bu sadəcə yanlışdır.
1990-cı illərdəki müharibəyə qədər azərbaycanlılar və etnik ermənilər Qarabağda yan-yana, dinc şəraitdə yaşayıblar. Bu gün Azərbaycanda 30 minlik yəhudi icması yaşayır. Yevangeliya xristianlarının icması böyüməkdədir. Gürcülər, ruslar, ukraynalılar hamısı bu gün çoxmillətli və çoxkonfessional ölkənin tərkib hissəsidir. Bu, Qarabağ ermənilərinə də aid ola bilər və olmalıdır.
Lakin Ermənistan daxilində vəziyyətin dəyişməsini, yaxud bu tarixin üstünün tam açılmasını istəməyən güclü qüvvələr mövcuddur. Onilliklər ərzində ölkə rəhbərliyi Ermənistandakı ermənilərdən deyil, Qarabağdakı separatçı rejimin başında duran siyasətçilərdən formalaşıb.
Bu gün bu liderlər revanşa can atır. Azərbaycan və Ermənistanın təklif etdiyi sülh sazişi onlar üçün qəbuledilməzdir. Qonşu Azərbaycanla ticarət erməni xalqının vəziyyətini yaxşılaşdıra bilər, lakin bu liderlərin mövcudluğunu lazımsız edər. Bu siyasətçilər hakimiyyəti qoruyub-saxlamaq uğrunda mübarizədə Azərbaycanın tədarük marşrutu kimi təklif etdiyi yolları bloklayaraq bağlamağa çalışırlar.
Bu milliyyətçilərin öz ölkələrinə və bütün regiona yaşatdıqları ağrı-acını son nəsli nisbətən sülh içində yaşayan qərb insanının tam başa düşməsi çətindir.
Mənim ofisimdə Ermənistanda anadan olan və böyüyən azərbaycanılar çalışır; 30 il bundan əvvəl müharibə başlayanda onlar ölkəni tərk etmək məcburiyyətində qalıblar. Hər birimizin tanıdığı və müharibə zamanı Qarabağı tərk edərək məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalan kimlərisə - qardaşı, bacısı, əmisi/dayısı/bibisi/xalası uşağı, dostu, həmkarı var. Bütün bu dağılan həyatlar, bütün bu ağrı - bütün bunlar bugünkü monoetnik Ermənistanın yaradılması və Qarabağda monoetnik "boz zona"nın dəstəklənməsi uğrundadır.
Lakin belə davam edə bilməz.
Əksini iddia edən hekayələr sülhə və razılaşma əldə etməyə kömək etmir. Bundan başqa, onları yaymaqda məqsəd bunun tam ziddidir - bu ağrılı və həssas məsələni həll etmək üçün hər iki tərəfdən danışıqlar aparanları daha da uzaqlaşdırmaq məqsədi daşıyır.
Belə olduqda siyasətdən söhbət gedə bilməz. Bu, daha çox Ermənistanın öz siyasətidir", - məqalədə deyilir. Son.az
Rusiyanın əməkdar artisti Ramilə İsgəndər Moskvada evində axtarış apar
"Xankəndi Azərbaycan torpağıdır. Ermənilər niyə ölmürlər? Bizdə
Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər
Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə hörmət etməsi, separatçı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 14-də Düşənbədə Az�
Miqrasiya orqanlarında sınaq müddəti müəyyən edilmiş şəxslər vəzifə
Məşhur aparıcı Xoşqədəm Hidayətqızı evindən yeni görüntülər payla
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departam
İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflə
Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə təhsil müəssisələrində bufe
Azərbaycanın Ermənistanla müharibə etmək üçün nə hansısa bəyanatı,
11 dövlət qurumunda vəzifələrin tutulması məqsədilə daxili müsahibə e
Ekstremal hava şəraiti səbəbindən bütün dünyada çay suyunun keyfiyyəti
Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəs
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə silah