İranın Baş prokuroru Azərbaycana gəlib
Siyasət 14 Sen 2023 11:52:00 365 0
Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad ölkəmizə işgüzar səfərə gəlib.
Bu xəbəri də oxu: Bu şəxslərin əməkhaqları artırıldı Prezident Sərəncam imzaladı
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, bu gün Baş Prokurorluqda keçirilmiş görüş zamanı Azərbaycan və İran prokurorluqları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edən Azərbaycan Respublikasının Baş prokuroru ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirməklə, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin mühakimə edilməsi ilə bağlı İran prokurorluq orqanlarının açıqlamasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Mohammad Kazem Movahedi-Azad hüquqi əməkdaşlıq sahəsində təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, həmçinin Baş prokuror kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnun olduğunu, səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.
Görüşdə iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekoloji hüquqpozmalar və digər maraq kəsb edən mövzular müzakirə edilərək bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb, eləcə də beynəlxalq platformalarda, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdiriləcəyi bildirilib. Həmçinin İran İslam Respublikasında məhkum edilən Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub.
Görüşdə ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi iştirak edib. Son.az
Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə hörmət etməsi, separatçı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 14-də Düşənbədə Az�
Miqrasiya orqanlarında sınaq müddəti müəyyən edilmiş şəxslər vəzifə
Məşhur aparıcı Xoşqədəm Hidayətqızı evindən yeni görüntülər payla
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departam
İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflə
Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə təhsil müəssisələrində bufe
Azərbaycanın Ermənistanla müharibə etmək üçün nə hansısa bəyanatı,
11 dövlət qurumunda vəzifələrin tutulması məqsədilə daxili müsahibə e
Ekstremal hava şəraiti səbəbindən bütün dünyada çay suyunun keyfiyyəti
Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəs
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə silah
"Nar"ın sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Ass
Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki m
Ötən gün Kəlbəcərdə çətin relyefli ərazidə yol qəzasında həlak ola