Qəddafi hansı prezidentə çamadanlarla pul göndərib?
Dünya 07 Yan 2025 19:27:00 69 0
Fransanın keçmiş prezidenti Nikola Sarkozi Liviyanın devrilən və öldürülən prezidenti Müəmmar Qəddafidən qeyri-qanuni maliyyə almaq ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Bu xəbəri də oxu: Tramp Kanadanın ABŞyə birləşdiyi yeni xəritəni paylaşdı
Son.az xəbər verir ki, Sarkozinin seçki kampaniyasını maliyyələşdirmək üçün Liviyanın keçmiş liderindən milyonlarla avro aldığı iddia edilir. "Guardian" yazır ki, bu, Fransa tarixində ən böyük siyasi-maliyyə qalmaqalı hesab olunur. Sarkozi və daha 12 nəfər, eləcə də keçmiş hökumətin üç naziri Qəddafidən külli miqdarda vəsait almaqda ittiham edilir. Sarkozinin Qəddafidən pul alması ilə bağlı başlanan anti-korrupsiya tədqiqatı 10 il davam edib. Bu tədqiqat "korrupsiya sui-qəsdi" adlandırılıb. Araşdırmalara görə, Qəddafi Sarkozinin qalib gəldiyi 2007-ci il seçkilərini qeyri-qanuni şəkildə maliyyələşdirib. Pullar Parisdəki nazirlik binalarına çamadanlarda nağd şəkildə çatdırılıbmış. Bu iddiaları araşdıracaq məhkəmə Liviyanın verilən pullar qarşılığında Sarkozidən diplomatik, hüquqi və biznes xidmətləri tələb edib-etmədiyini də nəzərdən keçirəcək. Məhkəmə prosesi üç ay ərzində davam edəcək. Məlumatlara görə, Sarkozi 2005-ci ildə daxili işlər naziri kimi Liviyada Qəddafinin nümayəndələri ilə görüşüb. 2007-ci ildə Sarkozi Fransa prezidenti olduqdan qısa müddət sonra Qəddafi uzunmüddətli dövlət səfəri üçün Parisə dəvət edilib və Liviya lideri Yelisey sarayı yaxınlığındakı bağlarda bədəvi çadırı qurması ilə yadda qalıb. Sarkozi 1980-ci illərdə "dövlət terrorizminin sponsoru" ittihamına görə münasibətlərin dondurulduğu Qəddafini Qərbdə qəbul edən ilk lider olub. Lakin 2011-ci ildə Qəddafiyə qarşı üsynalar başlayanda Sarkozi NATO-nun Liviyaya müdaxilə hərəkatına Fransa qüvvələrini aktiv şəkildə daxil etdi. Həmin ilin oktyabr ayında Qəddafi üsyançılar tərəfindən əsir götürüldü və vəşhicəsinə öldürüldü. Məhkəmə irəli sürülən ittihamları təsdiq edərsə, Sarkozini, onun hökumətində yer almış Klod Queantı və Brice Hortefeni 10 il həbs cəzası gözləyir. Müttəhimlər kürsüsündə Sarkozi hökumətində büdcə naziri olmuş, hazırda Emmanuel Makronun mərkəzçi partiyasından deputat olan Erik Vert də var. /Publika.az
Terrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham e
Qrenlandiya qrenlandiyalılara məxsusdur. Son.az xəbər verir ki, bu barəd
Avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşan daha bi
Məşhur polkovnikin qardaşı oğludur
Müğənni Türkan Vəlizadənin məkanların birində səhnə alarkən görünt
Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu,
Patriarx Kirill falçılığı şeytani güclərin təzahürü adlandırıb.
Rusiyanın UTair aviaşirkətinin Boeing-737 təyyarəsi Moskvanın Vnukovo hava
Türkiyə 2 min km mənzilli raket istehsal edib.
Xalq artisti Zülfiyyə Xanbabayeva 2025-ə olan yeni musiqi layihəsini təqd
ABŞ-də "JetBlue" aviaşirkətinə məxsus təyyarənin şassi hissə
Risk qrupuna daxil olan şəxslərdə qripəbənzər əlamətlər varsa, xəstə
Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanv
Gəncədə dörd avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat ha