Rusiyadan göndərilən ərzaq dolu yük avtomobili Xankəndiyə keçidi hələ də gözləyir
Digərləri 11 Sen 2023 17:47:00 323 0
Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gözləyir. Ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi.
Bu xəbəri də oxu: 16 mindən çox namizəd mübarizə aparacaq
Son.az Trend-ə istinadən bildirir ki, keçid hələ də baş tutmayıb.
Artıq 2-ci gündür ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Digər məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb.
Eyni zamanda, əldə etdiyimiz məlumata görə, Laçın sərhəd-buraxılış məntəqəsinin yaxınlığında Ermənistan ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı gözləmədədir. Baxmayaraq ki, Azərbaycan tərəfi onun sərhəddən keçidini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təmin etməyə hazırdır, Qarabağ separatçıları bu yükü də qəbul etmək istəmirlər. Çünki bu halda Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı paralel olaraq həm də Ağdam yolundan Əsgəran istiqamətinə daxil olmalıdır, separatçılar isə bundan imtina edirlər.
Beləliklə, Qarabağ separatçılarının tamamilə qeyri-adekvat davranışı göz önündədir. Onlar Rusiyadan, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsindən yükləri qəbul etmək fikrində deyillər.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu ümumilikdə 1 TIR yük göndərilib.
Türkiyə Əsrində yeni konstitusiya qəbul edilməlidir.
Aktyor Allahverdi Yolçuyevin ad günü olub.
Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi,
Azərbaycanda son 1 həftə ərzində (4-10 sentyabr) koronavirus (COVID-19) inf
Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin
Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-i saat 15:30-a olan məlumat
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xar
"WhatsApp" 2.23.14.17 beta versiyasında söhbət filtrləmə funksiya
Azərbaycanda haqsız rəqabətin formaları müəyyən edilir.
Mərhum sənətçi Barış Mançonun oğlu Doğukan Manço xəstəxanalıq olub.
30 il əvvəl Füzuli rayonunda itkin düşən, bir qədər əvvəl kütləvi m�
Məktəblərdə dərslərin başlamasına sayılı günlər qalıb. Valideynlər
Azərbaycanda rəqabəti əngəlləyin sazişlərin bağlanması qadağan edilir
Cənubi Qafqazda kommunikasiyaların inkişafı Mərkəzi Asiya üçün ən müh