Bu sazişlərin bağlanması
Digərləri 11 Sen 2023 14:48:00 346 0
Azərbaycanda rəqabəti əngəlləyin sazişlərin bağlanması qadağan edilir.
Bu xəbəri də oxu: Braziliya “qara qutu”larda olan məlumatı Qazaxıstana göndərdi
Son.az-ın məlumatına görə, bununla bağlı Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.
Layihəyə əsasən, Azərbaycanda rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi sazişlər və uyğunlaşdırılmış hərəkətlər, o cümlədən, aşağıdakı hədəflərdən birinə və ya bir neçəsinə çatmaq məqsədilə bağlanılan kartel sövdələşmələri və uyğunlaşdırılmış hərəkətlər qadağan edilir və bağlanıldığı andan əhəmiyyətsizdir:
- alış və ya satış qiymətlərinin, yaxud hər hansı digər ticarət şərtlərinin birbaşa və ya dolayı yolla razılaşdırılması və (və ya) bununla əlaqədar məlumat mübadiləsinin aparılması;
- istehsalın, bazarın, texniki inkişafın, investisiyaların məhdudlaşdırılması və ya onlara nəzarət edilməsi;
- bazarların, o cümlədən müştərilərin, satıcıların, ərazilərin, xammal mənbələrinin, yaxud məhsulun konkret növlərinin istehsalının (satışının) öz aralarında bölüşdürülməsi;
- müvafiq bazarda tələb və təklifin həcminin əvvəlcədən müəyyənləşdirilməsi və (və ya) ona nəzarət edilməsi;
- dövlət satınalmaları, hərrac və digər müsabiqələrdə iştirak edən və ya iştirak edəcək təsərrüfat subyektlərinin və (və ya) təklif olunacaq satış (alış) qiymətlərinin onlar arasında əvvəlcədən razılaşdırılması, yaxud bu prosesə digər formada qanunsuz təsir göstərilməsi;
- digər təsərrüfat subyektləri ilə aparılan eyni və ya oxşar əməliyyatlara fərqli şərtlərin tətbiqi və bununla da onların rəqabətdə əlverişsiz vəziyyətə salınması;
- saziş iştirakçısı olmayan rəqiblərlə müqavilələrə mahiyyətinə və işgüzar adətlərə əsasən, həmin müqavilələrin predmeti ilə əlaqəsi olmayan və (və ya) onun üçün əlverişsiz olan şərtin (öhdəliyin) daxil edilməsi;
- digər təsərrüfat subyektlərinin saziş iştirakçısı olmayan bir sıra təsərrüfat subyektləri ilə kommersiya münasibətləri qurmamağa və ya müqavilə bağlamamağa sövq edilməsi;
- saziş iştirakçısı olmayan rəqib təsərrüfat subyektlərinin müvafiq bazara girişinin məhdudlaşdırılması və ya həmin bazardan sıxışdırılıb çıxarılması;
- rəqabət üçün vacib əhəmiyyəti olan müqavilələrə və ya təsərrüfat subyektlərinin birliklərinə qoşulmaqdan kollektiv imtina edilməsi.
Cənubi Qafqazda kommunikasiyaların inkişafı Mərkəzi Asiya üçün ən müh
ABŞ-nin Azərbaycandakı Səfirliyində 11 sentyabr hücumlarının ildönümü
Azərbaycanda rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ha
Türkiyənin məşhur müğənnisi Ajda Pekkan: "Saçımı həftədə bir d
Xəbər verdiyimiz ki, ABŞ-Ermənistan birgə təlimləri bu gün başlayır. S
Bu günlərdə gənc qızı özündən asılı vəziyyətə salaraq, onu cinsi i
Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Qazaxıstana rəsm
İnsanların gün ərzində neçə dəfə telefonlarını yoxladıqları müəyy
İran Xarici İşlər Nazirliyi Parisdəki diplomatik səfirliyinə hücumla əl
Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının müavini i
Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3&qu
Xəzər TV-nin tanınmış simalarından olan aparıcı, ssenarist Valeh Əhməd
Hesablama Palatası Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostu