Televiziya kanallarına xəbərdarlıq edildi


Digərləri 11 Sen 2023 14:29:00 283 0

Televiziya kanallarına xəbərdarlıq edildi

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

Şuradan verilən xəbərə görə, iclasda 2 məsələ müzakirə olunub.

İlk olaraq universal platforma operatoru lisenziyasının alınması üçün "Gammanet" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılmış, iddiaçının təqdim etdiyi sənədlər müzakirə olunub. Müzakirələrdən sonra "Gammanet" MMC-yə (xidmətin adı: "Gammanet TV" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul edilib.

Daha sonra "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş təkrar monitorinq nəticəsində 2023-cü ilin iyun ayı ərzində əksər ümumölkə yerüstü televiziya kanallarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun bir sıra tələblərinin mütəmadi olaraq pozulması halları təsbit edilib.

Belə ki, həmin ay ərzində "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbinin (İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir) pozulması "ARB", "Xəzər TV", "CBC Sport TV" kanallarında, 33.1-ci maddəsinin tələbinin (Maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların raklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "İTV", "CBC Sport TV" kanallarında, 33.4-cü maddəsinin tələblərinin (İstehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı zəruri məlumatların - həmin Qanunun 33.4.1-33.4.5-ci bəndlərdəki məlumatların verilməsi ilə bağlı tələblər) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "Real TV", "İTV", "CBC Sport TV" kanallarında müşahidə olunmuşdur. İclas zamanı həmçinin iyul və avqust ayları üzrə monitorinqlərin də ilkin müzakirəsi aparılıb. Məlum olub ki, həmin aylarda da iyun ayında baş verən pozuntular az intensivliklə təkrarlanıb.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası yayımçılara yeni televiziya mövsümündə belə halların təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Son.az

Su polisi əməliyyat keçirdi  Saxlanılanlar var like
  • 11 Sen 14:27  
Digərləri Su polisi əməliyyat keçirdi Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları

arrow Ətraflı
Ərdoğan Qazaxıstana gedəcək like
  • 11 Sen 14:24  
Dünya Ərdoğan Qazaxıstana gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Qazaxıstana rəsm

arrow Ətraflı
İnsanların gün ərzində neçə dəfə telefonlarını yoxladıqları məlum olub like
  • 11 Sen 14:19  
Digərləri İnsanların gün ərzində neçə dəfə telefonlarını yoxladıqları məlum olub

İnsanların gün ərzində neçə dəfə telefonlarını yoxladıqları müəyy

arrow Ətraflı
İran Fransaya etiraz notası göndərdi like
  • 11 Sen 14:18  
Dünya İran Fransaya etiraz notası göndərdi

İran Xarici İşlər Nazirliyi Parisdəki diplomatik səfirliyinə hücumla əl

arrow Ətraflı
İcra başçısının müavini işdən azad olundu like
  • 11 Sen 14:16  
Digərləri İcra başçısının müavini işdən azad olundu

Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının müavini i

arrow Ətraflı
Füzulidə daha 24 ailəyə evlərinin açarları təqdim olundu  FOTO like
  • 11 Sen 14:14  
Digərləri Füzulidə daha 24 ailəyə evlərinin açarları təqdim olundu FOTO

Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3&qu

arrow Ətraflı
Bu məşhurlar da "Xəzər"dən gedir like
  • 11 Sen 14:08  
Şou-biznes Bu məşhurlar da "Xəzər"dən gedir

Xəzər TV-nin tanınmış simalarından olan aparıcı, ssenarist Valeh Əhməd

arrow Ətraflı
Hesablama Palatası "Azərbaycanfilm"də yoxlama aparır  EKSKLÜZİV like
  • 11 Sen 13:58  
Digərləri Hesablama Palatası "Azərbaycanfilm"də yoxlama aparır EKSKLÜZİV

Hesablama Palatası Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostu

arrow Ətraflı
Məmurun üstünə tapança çıxarıbmış  Karantin geyimi, maska ilə... like
  • 11 Sen 13:57  
Kriminal Məmurun üstünə tapança çıxarıbmış Karantin geyimi, maska ilə...

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə

arrow Ətraflı
Bakıda bu şəxslərə kirayə ev verilmir  VİDEO like
  • 11 Sen 13:46  
Digərləri Bakıda bu şəxslərə kirayə ev verilmir VİDEO

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə rayonla

arrow Ətraflı
Daha bir köç karvanı Füzuliyə çatıb like
  • 11 Sen 13:45  
Digərləri Daha bir köç karvanı Füzuliyə çatıb

Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3&qu

arrow Ətraflı
"Dünyanın ən seksual kişisi" gizli evləndi like
  • 11 Sen 13:35  
Şou-biznes "Dünyanın ən seksual kişisi" gizli evləndi

41 yaşlı aktyor Kris Evans 25 yaşlı portuqaliyalı sevgilisi Alba Baptistay

arrow Ətraflı
Bu rayonlarda 2 gün qaz olmayacaq like
  • 11 Sen 13:26  
Digərləri Bu rayonlarda 2 gün qaz olmayacaq

SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Şəki-Balak�

arrow Ətraflı
“Hepsiburada” da Azərbaycanda fəaliyyətə başlaya bilər  CEOdan AÇIQLAMA like
  • 11 Sen 13:25  
Digərləri “Hepsiburada” da Azərbaycanda fəaliyyətə başlaya bilər CEOdan AÇIQLAMA

Türkiyənin aparıcı onlayn ticarət platforması "Hepsiburada" Azə

arrow Ətraflı