Məmurun üstünə tapança çıxarıbmış Karantin geyimi, maska ilə...


Kriminal 11 Sen 2023 13:57:00 310 0

Məmurun üstünə tapança çıxarıbmış  Karantin geyimi, maska ilə...

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə 4 milyon manatdan çox pul tələb etməkdə ittiham olunan Vahid Xələfovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttihamda deyilir ki, təqsirləndirilənlə zərərçəkmiş şəxs əvvəldən tanış olublar. Onların arasında uzun müddət borc üstündə mübahisə olub. Bu mübahisələr bir neçə dəfə məhkəməyə qədər gedib çıxsa da, hər dəfə qərarlar təqsirləndirilən şəxsin əleyhinə olub.

Bütün bunlardan sonra V.Xələfov zərərçəkmişlə aralarındakı məsələni həll etmək üçün plan qurub. Belə ki, V.Xələfov əvvəlcədən tanınmaması üçün tədbirlər görərək əyninə ağ rəngli karantin kamuflyajı kombinezonu geyinib, üzünə tibbi maska taxaraq H.Xəlilovun evinin qarşısına gəlib. O, həmin ərazidə dezinfeksiya işləri aparırmış kimi davranıb, Xəlilovun evdən çıxmasını gözləyib.

H.Xəlilov "Lexsus 570" markalı avtomobillə evdən çıxıb küçə ilə hərəkət edən zaman təqsirləndirilən şəxs maşının qarşısını kəsib. Həmin vaxt zərərçəkmişin həyat yoldaşı da avtomobildə olub.

İttihama əsasən, təqsirləndirilən şəxs H.Xəlilovu təhqir edib, əlində olan dərman səpən aparatdan silah qismində istifadə edərək avtomobilə zərbələr endirib. Daha sonra o, üzərində olan MP- 654K markalı pnevmatik tapançanı Xəlilova tuşlayaraq hədə-qorxu ilə 4.165.000 manat pul tələb edib.

H. Xəlilov tapançanın silahın odlu silah olmasından qorxduğu üçün sürətlə hadisə yerindən uzaqlaşıb.

Müttəhim elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. V.Xələfov ifadəsində deyib ki, uzun illərdir tikinti şirkəti rəhbəri olub. Zərərçəkmiş şəxslə münasibəti də bu məqsədlə yaranıb.

O, dəfələrlə Xəlilovun tikinti işlərini görüb, eyni zamanda bir neçə layihə həyata keçirib. 2011-2013-cü illərdə zərərçəkmiş şəxsin sifarişi ilə Abşeron rayonu ərazisində, 6 ha sahədə tikinti materialları zavodu inşa edib. Bundan bir müddət sonra isə H.Xəlilov ona ödəniş etməyi dayandırıb, başqa sifarişlər üzrə gördüyü işlərə görə ödəniş etməyib.

Aralarındakı ədavət də bundan sonra başlayıb. Təqsirləndirilən şəxsin dediyinə görə, öz təşəbbüsü ilə audit yoxlamaları keçirib, müəyyən olunub ki, Xəlilovun ona 4 milyon 165 min manat borcu var. Lakin zərərçəkmiş borcu ödəməkdən yayınıb, dəfələrlə onu müxtəlif yollarla qorxutmağa çalışıb. O, sonuncu hadisə günü zərərçəkmişə hədə-qorxu gəlmək niyyətinin olmadığını, sadəcə söhbət etmək istədiyini bildirib.

Proses sentyabrın 20-si davam edəcək.

Qeyd edək ki, Vahid Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( hədə-qorxu ilə xüsusilə külli miqdarda tələb etmə), 221.3 (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Son.az 

Bakıda bu şəxslərə kirayə ev verilmir  VİDEO like
  • 11 Sen 13:46  
Digərləri Bakıda bu şəxslərə kirayə ev verilmir VİDEO

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə rayonla

arrow Ətraflı
Daha bir köç karvanı Füzuliyə çatıb like
  • 11 Sen 13:45  
Digərləri Daha bir köç karvanı Füzuliyə çatıb

Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3&qu

arrow Ətraflı
"Dünyanın ən seksual kişisi" gizli evləndi like
  • 11 Sen 13:35  
Şou-biznes "Dünyanın ən seksual kişisi" gizli evləndi

41 yaşlı aktyor Kris Evans 25 yaşlı portuqaliyalı sevgilisi Alba Baptistay

arrow Ətraflı
Bu rayonlarda 2 gün qaz olmayacaq like
  • 11 Sen 13:26  
Digərləri Bu rayonlarda 2 gün qaz olmayacaq

SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Şəki-Balak�

arrow Ətraflı
“Hepsiburada” da Azərbaycanda fəaliyyətə başlaya bilər  CEOdan AÇIQLAMA like
  • 11 Sen 13:25  
Digərləri “Hepsiburada” da Azərbaycanda fəaliyyətə başlaya bilər CEOdan AÇIQLAMA

Türkiyənin aparıcı onlayn ticarət platforması "Hepsiburada" Azə

arrow Ətraflı
Ekspertdən HƏYƏCAN TƏBİLİ: “Ana 16 yaşlı qızının çantasında marixuana tapıb” like
  • 11 Sen 13:24  
Digərləri Ekspertdən HƏYƏCAN TƏBİLİ: “Ana 16 yaşlı qızının çantasında marixuana tapıb”

Dünyada narkomaniya ilə mübarizə çərçivəsində müxtəlif tədbirlər g�

arrow Ətraflı
“Məktəbli formaları 3 il qüvvədə olacaq” like
  • 11 Sen 13:13  
Digərləri “Məktəbli formaları 3 il qüvvədə olacaq”

"Bütün məktəblərdə vahid məktəbli formalarının seçimi təsdiq ol

arrow Ətraflı
Qarabağ Azərbaycanın bir hissəsidir  İran XİN like
  • 11 Sen 13:10  
Siyasət Qarabağ Azərbaycanın bir hissəsidir İran XİN

İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

arrow Ətraflı
Şəkidə 90 yaşlı kişi intihar edib like
  • 11 Sen 12:51  
Digərləri Şəkidə 90 yaşlı kişi intihar edib

Şəkidə 90 yaşlı kişi intihar edib.

arrow Ətraflı
Ermənistan oynadığı yeni siyasi oyunla Cənubi Qafqazda gərginliyi artıra bilər like
  • 11 Sen 12:42  
Siyasət Ermənistan oynadığı yeni siyasi oyunla Cənubi Qafqazda gərginliyi artıra bilər

Bu günə qədər Ermənistanın Rusiyaya arxa söykəməsini hardasa başa dü�

arrow Ətraflı
Sabah yenə leysan olacaq  PROQNOZ like
  • 11 Sen 12:41  
Digərləri Sabah yenə leysan olacaq PROQNOZ

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən xəbərə görə, yar

arrow Ətraflı
Bu avtomobil sahibləri cərimələnəcək  RƏSMİ AÇIQLAMA like
  • 11 Sen 12:40  
Digərləri Bu avtomobil sahibləri cərimələnəcək RƏSMİ AÇIQLAMA

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda hərəkət inte

arrow Ətraflı
Kərim Vəliyev Türkiyəyə səfər edib like
  • 11 Sen 12:38  
Siyasət Kərim Vəliyev Türkiyəyə səfər edib

Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci mü

arrow Ətraflı