“Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı


Kriminal 11 Sen 2023 17:40:00 267 0

“Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyası və "Peri Film" MMC-nin təşkilatçılığı ilə Bakıda beş gün davam edən 6-cı "Animafilm" Beynəlxalq Animasiya Festivalı başa çatıb. Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Çexiya və Fransanın ölkəmizdəki səfirlikləri, Azərbaycandakı Fransız İnstitutu, "Annecy" Beynəlxalq Animasiya Film Festivalı və digər qurumların tərəfdaşlığı ilə gerçəkləşən builki festivalın mövzusu "Qadın haqları" idi.

Milli.az xəbər verir ki, festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi Nizami Kino Mərkəzində keçirilib.

Festivalda filmləri beynəlxalq münsiflər heyəti - İzabel Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Çubinidze (Gürcüstan), Oqtay Yusibov (Azərbaycan, Finlandiya), Olivye Kateğin (Fransa) və Təhzib Kurana (Hindistan) kimi peşəkarlar dəyərləndirib.

Festivalın beynəlxalq müsabiqəsinin "Ən yaxşı qısametrajlı animasiya filmi" - Qran-pri mükafatına çinli rejissor Lei Chenin "Müharibənin sonu" (The End of War) filmi layiq görülüb.

Beynəlxalq müsabiqənin "Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi" kateqoriyası üzrə honqkonqlu rejissorlar Step Cheung və Kai Chung Ngin "Hər bir yerdə" (Everywhere) filmi qalib adını qazanıb.

Festivalın yerli müsabiqəsinin "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə qalibinin adını Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu açıqlayıb. Mükafata rejissor Aleksandra Şirinovanın "Baharın oğurlanması" (Stolen Spring) filmi layiq görülüb. Bu kateqoriya üzrə digər qalibin adı isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon tərəfindən açıqlanıb. Mükafatı rejissor Rəvan Muradovun "Birdən ölsək" (The Half - If WeDie) filmi qazanıb. Səfir bildirib ki, bu mükafatın qalibi ənənəvi olaraq Fransada dünyanın ən böyük animasiya layihəsi festivalı olan "Annecy" Beynəlxalq Animasiya Film Festivalına qatılmaq imkanı qazanıb.

"Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi" kateqoriyası üzrə rejissor Ayan Novruzlunun "Boş yerlər" (Empty Spaces) filmi qalib gəlib. Bu film həmçinin tamaşaçı seçimi müsabiqəsinin də qalibi olub.

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilən "Animasiya filmləri vasitəsilə qadın haqları" adlı vörkşop və maliyyə proqramı layihəsi üzrə rejissor Mehriban Əliyevanın "Züleyxa Seyidməmmədova" filmi I, rejissor Leyla Novruzovanın "Üzük" (Ring) filmi isə II yerə layiq görülüb. Bilet satışlarından əldə olunan gəlir məhz bu proqramın qaliblərinə dəstək məqsədilə ianə ediləcək.

Tədbirdə "TOTD" ictimaiyyətlə əlaqələr təşkilatının builki festival haqqında çəkdikləri qısametrajlı film nümayiş olunub.

Sonda festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və kreativ direktor Nəzrin Ağamalıyeva çıxış edərək festivalın bütün dəstəkçilərinə və heyətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, festivala Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və "Oskar" mükafatlı Maykl Dudok de Vit (Niderland, İngiltərə) kimi məşhur rejissor və animatorlar da qatılıb.

Festivalda ümumilikdə uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirilib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Milli.az

Koronavirusla bağlı həftəlik statistika açıqlandı like
  • 11 Sen 17:27  
Digərləri Koronavirusla bağlı həftəlik statistika açıqlandı

Azərbaycanda son 1 həftə ərzində (4-10 sentyabr) koronavirus (COVID-19) inf

arrow Ətraflı
Ermənilər itə partlayıcı qurğu bağlayıb mövqelərimizə göndərdilər like
  • 11 Sen 16:54  
Digərləri Ermənilər itə partlayıcı qurğu bağlayıb mövqelərimizə göndərdilər

Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin

arrow Ətraflı
Bəzi rayonlarda leysan oldu like
  • 11 Sen 16:24  
Digərləri Bəzi rayonlarda leysan oldu

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-i saat 15:30-a olan məlumat

arrow Ətraflı
Azərbaycanlı aktyora ağır itki like
  • 11 Sen 16:23  
Şou-biznes Azərbaycanlı aktyora ağır itki

Aktyor Tural Əhmədə ağır itki üz verib.

arrow Ətraflı
XİNdə imtahan keçiriləcək like
  • 11 Sen 15:59  
Siyasət XİNdə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xar

arrow Ətraflı
“WhatsApp”dan növbəti yenilik like
  • 11 Sen 15:58  
Digərləri “WhatsApp”dan növbəti yenilik

"WhatsApp" 2.23.14.17 beta versiyasında söhbət filtrləmə funksiya

arrow Ətraflı
Bu hərəkətlər haqsız rəqabət hesab olunacaq like
  • 11 Sen 15:26  
Digərləri Bu hərəkətlər haqsız rəqabət hesab olunacaq

Azərbaycanda haqsız rəqabətin formaları müəyyən edilir.

arrow Ətraflı
Barış Mançonun oğlu badımcana görə xəstəxanalıq oldu like
  • 11 Sen 15:25  
Şou-biznes Barış Mançonun oğlu badımcana görə xəstəxanalıq oldu

Mərhum sənətçi Barış Mançonun oğlu Doğukan Manço xəstəxanalıq olub.

arrow Ətraflı
30 il əvvəl Füzulidə itkin düşən şəxslə vida mərasimi keçirilir like
  • 11 Sen 15:19  
Digərləri 30 il əvvəl Füzulidə itkin düşən şəxslə vida mərasimi keçirilir

30 il əvvəl Füzuli rayonunda itkin düşən, bir qədər əvvəl kütləvi m�

arrow Ətraflı
Qiymətlər "əl yandırır"  Məktəbli çantasını neçəyə doldurmaq olar? like
  • 11 Sen 14:52  
Digərləri Qiymətlər "əl yandırır" Məktəbli çantasını neçəyə doldurmaq olar?

Məktəblərdə dərslərin başlamasına sayılı günlər qalıb. Valideynlər

arrow Ətraflı
Bu sazişlərin bağlanması like
  • 11 Sen 14:48  
Digərləri Bu sazişlərin bağlanması

Azərbaycanda rəqabəti əngəlləyin sazişlərin bağlanması qadağan edilir

arrow Ətraflı
"Düşünürəm ki, hazırda regionda maneələr qoymaq lazım deyil" like
  • 11 Sen 14:46  
Digərləri "Düşünürəm ki, hazırda regionda maneələr qoymaq lazım deyil"

Cənubi Qafqazda kommunikasiyaların inkişafı Mərkəzi Asiya üçün ən müh

arrow Ətraflı
Azərbaycanın ABŞnin yanında olmasını heç vaxt unutmayacağıq like
  • 11 Sen 14:44  
Siyasət Azərbaycanın ABŞnin yanında olmasını heç vaxt unutmayacağıq

ABŞ-nin Azərbaycandakı Səfirliyində 11 sentyabr hücumlarının ildönümü

arrow Ətraflı
Azərbaycanda bu hərəkətlər monopoliya hesab ediləcək like
  • 11 Sen 14:42  
Digərləri Azərbaycanda bu hərəkətlər monopoliya hesab ediləcək

Azərbaycanda rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ha

arrow Ətraflı
“Saçımı həftədə bir dəfə yuyuram” like
  • 11 Sen 14:41  
Şou-biznes “Saçımı həftədə bir dəfə yuyuram”

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan: "Saçımı həftədə bir d

arrow Ətraflı