Tənginəfəslik başınıza bəla ola bilər
Digərləri 11 Sen 2023 01:34:00 404 0
Yay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. Təmiz havaya çıxanda belə hava çatışmır kimi hal yaşaya bilərsiniz.
Bu xəbəri də oxu: Bakının bu ərazilərində mənzillər kəskin BAHALAŞACAQ
Son.az Axşam.az-a istinadən xəbər verir ki, tənginəfəslik ağciyər emfizemasının göstəricisidir. Ağciyər emfizeması zamanı ağciyərin toxumalarının hərəkətliyi düşür, havalılıq yüksəlir. Emfizema zamanı ağciyərdəki hava kisəcikləri gərilib genişlənir. Bu zaman hava kisəciklərini bir-birindən ayıran incə divarlar cırılır. Bu da ağciyərin elastikliyinin pozulmasına gətirib çıxarır. Beləcə, ağciyərdə qan və hava tarazlığı pozulur.
Ağciyər get-gedə genişlənir, solur və daşlaşır. Ağciyərin funksiyasının bu cür pozulması digər orqanlara da mənfi təsir göstərir. Xəstədə qan çatışmazlığı aşkarlanır. Burada həmçinin genetik faktorlar da əsas rol oynayır, yəni əgər nəsildə kimdəsə vərəm və ya başqa ağciyər xəstəlikləri olubsa, bu irsən ötürülür. Bəzən yaşlı insanlarda da bu xəstəliyə tez-tez rast gəlmək mümkündür. Bu soyuqdəymə, qrip nəticəsində əmələ gəlir. Buna görə də yaşlı insanlara qripəleyhinə peyvənd etdirmək məsləhətdir.
Xəstəliyin məkanı: ağciyər, bronxlar, tənəffüs yolları.
Əgər səndə döş qəfəsinin formasını dəyişməsi, çətin nəfəsalma, qabırğaarası məsamələrin genişlənməsi, xırıltı səsi, ürəyin küt nahiyəsinin kiçilməsi, halsızlıq, yorğunluq, bəlğəmli öskürək varsa, fiziki iş qabiliyyətin günü-gündən aşağı düşürsə, üzün və əllərin tez-tez göyərirsə, demək, sən ağciyər emfizemasının əsarətindəsən.
Səbəb nədir:
Xəstəliyin yaranmasının əsas səbəbi xroniki bronxitdir. Siqaret çəkmək, spirtli içkilər içmək, havanın müxtəlif toz hissəcikləri ilə çirklənməsi, stress - xəstəliyin inkişafına təkan verən amillər sırasındadır. İnfeksion xəstəliklərə yoluxmaq da ağciyər emfizeması əmələ gətirir.
Kimlər risq altındadır?
· İmmuniteti zəif olanlar
· Qapalı, oturaq iş rejimində və kompüterdə çalışanlar
· Spirtli içki, siqaret və narkotika aludəçiləri
· Nəfəs musiqi alətlərində çalanlar
· Pəhriz saxlayanlar
· Tez-tez qripə yoluxanlar
Xəstəliyin dəhşətli fəsadları:
İnsanlar arasında belə bir adət var ki, öskürək, boğulma olanda bunu soyuqdəymə, qrip, boğaz ağrısı ilə əlaqələndirirlər. Buna görə də tövşüməyə, nəfəs çatışmazlığına önəm vermirlər. Ona görə də bu irəliləyərək xəstəliyə - ağciyər emfizemasına çevrilir. Müalicənin gecikdirilməsi ürək çatışmazlığına gətirib çıxarır. Uzun illər müalicə aparılmadıqda isə xəstəlik ölümlə nəticələnə bilər. Yaşlılarda bu bədxassəli şişə çevrilir.
Diqqət! Diqqət!
Ağciyər emfizemasının vərəmə keçmə riski böyükdür. Əgər evdə bu xəstəliyin ağır formasından əziyyət çəkən varsa, ailənin digər üzvləri də müayinədən keçməlidirlər.
Son.az
Cins şalvar alarkən ilk növbədə uyğunluğuna, yan tikişinə və ölçüs�
Neftçala rayonunda 1982-ci il təvəllüdlü Elman 1989-cu il təvəllüdlü qo
İranın Azərbaycandakı səfiri sərhəddə gərginliyin yaranması fonunda pa
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bu gün tanınmış prodüser Anar Mədətovun ad günüdür.
Macarıstanda aviaşou zamanı idman-təlim təyyarəsi qəzaya uğrayıb.
Hər gün səhnədə makiyajda gördüyümüz məşhurların bu dəfə makiyajs�
Türkiyədə silahlı insident olub.
"Rotavirus infeksiyası tez-tez asanlıqla tolere edilir, lakin bəzi halla
Bakı sakininin yeni aldığı son model avtomobilinin üzərinə mişar daşı
Quba-Xaçmaz yolunun Qubanın Alekseyevka kəndindən keçən hissəsində "
Türkiyədə rus hakerlər ucbatından kibercinayətlər artıb.
Bakının Qaradağ rayonunda 2006-cı il təvəllüdlü Əfsər yetkinlik yaşı