Zakir Həsənov İran Silahlı Qüvvələrinin nümayəndələrini qəbul etdi


Digərləri 09 Sen 2023 13:57:00 226 0

Zakir Həsənov İran Silahlı Qüvvələrinin nümayəndələrini qəbul etdi

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. 

Əvvəlcə iranlı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. 

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraitindən danışıb.

Müdafiə naziri son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayının artdığını və bu təxribatların qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alındığını xüsusi vurğulayıb.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor M.Əhədi İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin salamlarını çatdırıb. Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini və mehriban qonşuluq əlaqələrinin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatçılığını ifadə edib.

Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sonda Azərbaycan-İran Birgə Komissiyanın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayan general-polkovnik Z.Həsənov belə görüşlərin ikitərəfli hərbi əməkdaşlığımıza müsbət töhfələr verəcəyindən ümidvar olduğunu bildirib və onun da salamlarını İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə çatdırmağı xahiş edib.

Abşeron sakinlərindən tapança və “Kalaşnikov” avtomatı götürüldü like
  • 09 Sen 13:30  
Kriminal Abşeron sakinlərindən tapança və “Kalaşnikov” avtomatı götürüldü

Abşeron Rayon Polis İdarəsi, eləcə də ərazi üzrə Mehdiabad, Qobu və Sa

arrow Ətraflı
Putin Qərbin zəif yerini tapdı like
  • 09 Sen 12:54  
Dünya Putin Qərbin zəif yerini tapdı

Bu qış Rusiya Prezidenti Putinin başqa arqumentləri olmadığı üçün dün

arrow Ətraflı
Türkan Şorayın qızı bikinidə FOTOlar paylaşdı like
  • 09 Sen 12:43  
Şou-biznes Türkan Şorayın qızı bikinidə FOTOlar paylaşdı

Türkiyəli aktrisa Türkan Şorayın qızı Yağmur Ünal bikinidə fotolar pay

arrow Ətraflı
"Fantomas"ın aktrisası vəfat etdi like
  • 09 Sen 12:23  
Şou-biznes "Fantomas"ın aktrisası vəfat etdi

Britaniyanın "Şerlok Holmsun sərgüzəştləri" serialındakı İre

arrow Ətraflı
Türk polisi bayrağımızı öpərək alnına qoydu like
  • 09 Sen 12:21  
Digərləri Türk polisi bayrağımızı öpərək alnına qoydu

Türkiyə - Ermənistan matçı öncəsi türk polisi Azərbaycan bayrağına n�

arrow Ətraflı
Prezident Mərakeş Kralına başsağlığı verib like
  • 09 Sen 12:18  
Siyasət Prezident Mərakeş Kralına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmm�

arrow Ətraflı
"Eurovision"in qalibi alkoqoldan asılılığının səbəbini like
  • 09 Sen 12:10  
Şou-biznes "Eurovision"in qalibi alkoqoldan asılılığının səbəbini

"Eurovision-2008"in qalibi olan rusiyalı müğənni, 41 yaşlı Dima

arrow Ətraflı
İran Azərbaycanla sərhəddə qoşun toplayır like
  • 09 Sen 11:59  
Digərləri İran Azərbaycanla sərhəddə qoşun toplayır

İran tərəfi Azərbaycanla sərhəddə - Naxçıvan yaxınlığına qoşun yı

arrow Ətraflı
Priqojin və Utkinin abidəsi dağıdıldı like
  • 09 Sen 11:27  
Digərləri Priqojin və Utkinin abidəsi dağıdıldı

Sevastopol sakini "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgen

arrow Ətraflı
Ölkə ərazisində leysan, çaylardan sel keçdi like
  • 09 Sen 11:18  
Digərləri Ölkə ərazisində leysan, çaylardan sel keçdi

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 9-u saat 10:00-a olan məlumat�

arrow Ətraflı
“Domino daşı kimi qızsan, əldənələ keçirsən” like
  • 09 Sen 11:17  
Şou-biznes “Domino daşı kimi qızsan, əldənələ keçirsən”

Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşan

arrow Ətraflı
Prezident: Tacikistanın beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir like
  • 09 Sen 11:08  
Siyasət Prezident: Tacikistanın beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona bu

arrow Ətraflı
Ermənistan Azərbaycanla sərhədə hərbi texnika yığır like
  • 09 Sen 11:06  
Digərləri Ermənistan Azərbaycanla sərhədə hərbi texnika yığır

Ermənistan Azərbaycanla sərhədə ağır artilleriya qurğuları yığmağa d

arrow Ətraflı