İndiyədək “Laçın” sərhədburaxılış məntəqəsindən keçən ermənilərin sayı açıqlandı
Digərləri 08 Sen 2023 19:04:00 316 0
İyunun 15-dən BQXK bu istiqamətdə 27 əməliyyat keçirib, Ermənistanın 312 sakini 208 nəfərin müşayiəti ilə (ümumilikdə 520 nəfər) Ermənistana gedib, 380 nəfər isə müalicəsi başa çatdıqdan sonra Qarabağa qayıdıb.
Bu xəbəri də oxu: Bir vaxtlar hamının evində olan pərdələr indi maşın qiymətinə satılır
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyilib.
Qeyd edilib ki, Azərbaycan sərhəddən maneəsiz keçidin təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən gömrük və sərhəd xidmətləri arasında işçi təmasların yaradılması ilə bağlı Ermənistan tərəfinə dəfələrlə müraciətlər ünvanladı. Lakin, bu müraciətlərə münasibətdə heç bir qarşılıq nümayiş olunmadı.
"Ermənistan isə Azərbaycanın öz sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etmək hüququna etirazlarına davam etdi, bu istiqamətdə Beynəlxalq Ədalət Məhkəməsi və digər instansiyalardan sui-istifadə etməyə çalışdı. Yerli erməni sakinlər tərəfindən sərhəd-buraxılış məntəqəsindən istifadənin intensivləşməsi fonunda bütün bu cəhdlərində uğursuzluğa düçar olmuş Ermənistan 15 iyun tarixində açıq hərbi təxribat törətdi. Bu təxribatla, sərhəd-buraxılış məntəqəsindən keçən sakinləri və əvvəlcədən planlaşdırılan tibbi evakuasiya əməliyyatı üçün yaxınlıqda olan BQXK əməkdaşlarını riskə atdı.
Bu təxribatdan sonra BQXK-nın avtomobillərindən qaçaqmalçılıq məqsədilə istifadəyə cəhd göstərildi. Bu fakt BQXK tərəfindən də təsdiqləndi.
Bu təxribatlara baxmayaraq, tibbi evakuasiya və digər təxirəsalınmaz məqsədlər üçün nəzarət-buraxılış məntəqəsindən keçid bu günə qədər davam edir. Bu əməliyyatlar zamanı hər iki istiqamətdə 425 BQXK nəqliyyat vasitəsinin keçidi qeydə alınıb. Qarabağa qayıdarkən onlar dərman, uşaq qidası kimi zəruri malları da özləri ilə gətirməkdədirlər. Beləliklə, iyunun 15-dən Qarabağa heç bir məhsulun ötürülməməsi iddiasının heç bir əsasının olmaması ilə yanaşı, sadəcə həqiqətə uyğun deyil", - deyə bildirilib.
"Haqq, ədalət hər zaman öz yerini tapır. Ədalətsizlik edənlərə Al
"Ermənistanın təxminən 10 min nəfərlik silahlı qüvvələri Azərbay
"Henley & Partners" tərəfindən dərc edilən hesabata görə, düny
Əməkdar artist Mətanət İsgəndərlinin qardaşı ağır xəstədir.
İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaş
"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrin
BMT-nin Uşaq Fondu (UNİCEF) Nigeriyanın şimal-şərqində törədilən terro
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentl
Məhkəmə iki qadına təcavüz etməkdə günahlandırılan amerikalı aktyor
QGallery qalereyasında Milena Nəbiyevanın "Qəlbin naxışları" ad
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Hərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəd
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Qazaxıstana avtomobil sənayes