Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni səlahiyyət verildi
Siyasət 08 Sen 2023 18:22:00 375 0
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni səlahiyyət verilib.
Bu xəbəri də oxu: İlham Əliyev Toqo Prezidenti ilə görüşüb FOTO
Son.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı "Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları"nda dəyişiklik edib.
Qaydalara əsasən, Cənubi Qafqaz Boru Kəməri (CQ) və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş (CQG) boru kəmərlərinin mərkəzi oxlarından hər tərəfə 201 metr məsafədə mövcud əhalinin və tikililərin sıxlığı daimi nəzərə alınmalıdır.
İndiyə qədər bu zonada başqa hüquqi və ya fiziki şəxslər tərəfindən hər hansı bir dəyişikliklərin planlaşdırılması nəzərdə tutularsa, dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında Energetika Nazirliyi ilə əvvəlcədən razılaşdırılmalı idi. Qərara əsasən, artıq belə dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında Energetika Nazirliyi ilə bərabər Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə də əvvəlcədən razılaşdırılmalıdır.
Məhkəmə iki qadına təcavüz etməkdə günahlandırılan amerikalı aktyor
QGallery qalereyasında Milena Nəbiyevanın "Qəlbin naxışları" ad
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Hərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəd
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Qazaxıstana avtomobil sənayes
Qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "
Kamçatkada müstəntiqlər iki uşağa işgəncə verməkdə şübhəli bilinə
Son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də
Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün i
Aktyor Elcan Rəsulov Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunu (Salm
Ermənistan ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifa
8 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər
Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsəd
Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ild�
Ukrayna müharibənin 562-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə