Bakıda sahibkarın oğlunu 200 min manata görə
Kriminal 06 Sen 2023 19:54:00 426 0
Bakıda kafe sahibinin azyaşlı oğlunu qaçırıb 200 min manat pul tələb etməkdə ittiham olunan Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bu xəbəri də oxu: Gəncədə orta yaşlı kişi bıçaqlandı
Son.az news24.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Səbinə Məmmədzadənin icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.
Qeyd edək ki, bu il martın 25-də saat 22:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirildiyi, azyaşlı oğlunun zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla hədələnib 200 min manat verilməsinin tələb olunduğu və sonradan 20 min manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sakit Əlişov və Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri B
Hindistanda dövlət qurumlarından birinin işçiləri başlarına düşən tav
Ölkə əhəmiyyətli memarlıq abidələri olan Alban məbədi (1197-ci il, Tu�
Bu gün Bakının Xətai rayonu ərazisində qəribə hadisə yaşanıb.
79 yaşlı aktyor Qari Busey qəza törətdikdən sonra hadisə yerindən qaçı
Qırğızıstan tarixdə ilk dəfə öz milli sənədlərini çap etməyə başl
Nazirlər Kabineti "M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərh
Türkiyənin 24 vilayətində zəlzələ ola bilər.
Rusiya humanitar yüklərin Ağdam-Xankəndi marşrutu üzrə maneəsiz buraxıl
Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşan
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mex
Reper Kanye Uestin keçmiş sevgilisi, aktrisa və model Culiya Foks Nyu-Yorkda
Ukrayna Ali Radası prezident Volodimir Zelenskinin təklifi ilə Rustem Umerovu
Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik et