Azərbaycanda bu yolun ödənişli olacağına qərar verildi
Digərləri 06 Sen 2023 19:02:00 387 0
Nazirlər Kabineti "M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında" qərar verib.
Bu xəbəri də oxu: Toy evində
Son.az-ın xəbərinə görə, qərara əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri:
- başlanğıc nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometri;
- son nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun R-5 Qusar-Xudat avtomobil yolu ilə kəsişməsi.
Ödənişli avtomobil yolunun uzunluğu - 129 kilometr.
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:
- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 75-ci kilometri - Giləzi qəsəbəsi;
- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometri - Siyəzən rayonu;
- R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci kilometri - Gəndob qəsəbəsi;
- R-4 Quba-Xaçmaz avtomobil yolunun 19-cu kilometri - Xaçmaz rayonu;
- R-5 Qusar-Xudat yolunun 22-ci kilometri - Xaçmaz rayonu.
Türkiyənin 24 vilayətində zəlzələ ola bilər.
Rusiya humanitar yüklərin Ağdam-Xankəndi marşrutu üzrə maneəsiz buraxıl
Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşan
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mex
Reper Kanye Uestin keçmiş sevgilisi, aktrisa və model Culiya Foks Nyu-Yorkda
Ukrayna Ali Radası prezident Volodimir Zelenskinin təklifi ilə Rustem Umerovu
Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik et
Xəbər veridyimiz kimi, Hindistan hakimiyyəti ölkənin adını Bharat olaraq
Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz atası ilə bağlı p
Qazaxıstanın şimalındakı Akmola vilayətində qarayara xəstəliyinin yayı
Şüvəlan-Mərdəkan yolunda işləyən fəhlələr iddia edir ki, onları işl
ABŞ-də bir qadınla öpüşmə görüntüləri yayılan polis işdən qovulub.
Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən Sulfanol zavodunda bə