Bu universitetdə maliyyə nöqsanları aşkarlandı


Digərləri 06 Sen 2023 13:19:00 322 0

Bu universitetdə maliyyə nöqsanları aşkarlandı

Naxçıvan Dövlət Universitetində (Universitet) Azərbaycan Respublikası Hesablama Palatasının cari ilin İş planına əsasən aparılmış uyğunluq auditi 2021-2022-ci illəri əhatə edib.

Bu barədə Hesablama Palatasından xəbər verilib.

Audit dövründə ümumilikdə Universitetə 30910,6 min manat məbləğində vəsait daxil olmuş, 30480,2 min manat məbləğində vəsait icra edilib.

Universitetdə 737 ştat vahidi olub, həmin ştatların 362-ni rəhbərlik və aparıcı heyət, 375-ni professor-müəllim heyəti təşkil edib, təhsilin müxtəlif forma və səviyyələri üzrə auditin əhatə etdiyi dövrün əvvəli ilə müqayisədə sonunda tələbə kontingenti 14,1% artaraq 7376 nəfərə çatıb. Kontingentin 75,8%-ni bakalavr pilləsi əhatə edib, bütün təhsil pillələri üzrə cəmi tələbələrin 4,4%-i əcnəbi tələbələrdən ibarət olub.

Auditlə müəyyən edilib ki, qüvvədə olan hüquqi aktların tələblərinə əməl olunmayaraq universitetin Nizamnaməsi hüquqi aktlarla təsdiq edilmiş Nümunəvi Nizamnaməyə uyğunlaşdırılmayıb, beləliklə də, universitetin təşkilati-hüquqi forması təkmilləşdirilməyib, müasir idarəetmə prinsipləri tətbiq olunmayıb.

Təhsillə bağlı dövlət sənədlərinin uçotuna dair fəaliyyətin təşkili zamanı hüquqi aktların tələblərinə tam əməl edilməməsi təhsilin başa çatdırılmasının təsdiq olunması sahəsində əsaslı risklərə yol açıb. Belə ki, universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin, 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunub.

Ümumilikdə təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilib, təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunub.

1 yanvar 2023-cü il tarixinədək universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmadan audit dövrünün sonuna debitor borc yaranaraq təhsil haqqı üzrə gəlirlər 11241,8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6985,1 min manat az icra edilmişdir. Əcnəbi təhsilalanlar üzrə göstərilən borcun tərkibində bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan 1159 tələbə üzrə 6069,1 min manat təhsil haqqı borcu uzun müddət təhsil haqqı borcunu ödəməyən və bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılan tələbələri əhatə edib.

Təhsilin müxtəlif forma və səviyyələri üzrə təhsil haqlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi həddən aşağı müəyyən olunması, eləcə də müqavilələrin təsbit edilmiş haqlar çərçivəsində bağlanılmaması, akademik borcların ləğv edilməsi üzrə məbləğlərin düzgün müəyyənləşdirilməməsi ümumilikdə gəlirlərin 761,6 min manat məbləğində az icra edilməsi ilə nəticələnib.

Təhsilalanlar üzrə hesabatlılığın təmin edilməsində yol verilmiş nöqsanlar dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297,2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmaması ilə nəticələnib, eləcə də aidiyyəti məlumat bazalarının müqayisə edilməməsi, həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94,0 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olub.

Hesablanmış və ödənilmiş əmək haqqı məbləğlərinin uyğunluğunun təmin edilməsi fonunda məcburi orta aylıq əmək haqqı məbləğinin düzgün hesablanılmaması bəzi hallarda artıq məzuniyyət haqlarının ödənilməsi, bir sıra hallarda hüquqi aktların tələblərinin tam nəzərə alınmaması məcburi ödənişlərin tutulmaması ilə nəticələnib.

Auditlə əhatə edilən illərdə Universitetdə müxtəlif xidmətlərin göstərilməsi üzrə bağlanmış icarə müqavilələrində icarəyə verilən sahənin ölçülərinin göstərilməməsi, eləcə də, icarə məbləğinin düzgün müəyyənləşdirilməməsi və bəzi hallarda alınmaması hallarına yol verilib.

Auditlə əhatə edilən dövrdə Universitetdə mal iş və xidmətlərin alışı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədən, başqa sözlə, satınalma prosedurları tətbiq olunmadan həyata keçirilib.

Aktivlərin uçotu və hesabatlılığı ilə bağlı fəaliyyətin düzgün və tam təşkil edilməməsi dövlət əmlakının istifadəsinin düzgünlüyünün ədalətli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb, 316,4 min manat dəyərində əskikgəlmə aşkar edilib, bəzi hallarda aktivlərinin uçota alınmaması və dəyərinin düzgün müəyyənləşdirilməməsi maliyyə hesabatlarında zərər məbləğinin 2194,3 min manat təhrif olunması ilə nəticələnib.

Auditin nəticələri üzrə Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə Universitetin rəhbərliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi, o cümlədən doldurulmadan diplomların doldurulması və qeydə alınması üzrə işlərin görüldüyü, təkrar imtahan vermək üçün kredit haqqı məbləğinin fənlər üzrə müəyyən olunduğu, 1 yanvar 2023-cü il tarixinə təqdim edilmiş təhsil haqqı üzrə 1701,0 min manat debitor və 35688 manat kreditor məbləğinin uçota alındığı, ümumilikdə 469,5 min manat məbləğində vəsaitin müvafiq qaydada, maddi məsul şəxsin öhdəsində olan çatışmayan və dəyəri göstərilməyən 15 adda 145 ədəd maddi qiymətlinin natura formasında bərpa edildiyi, 70,4 min manat dəyərində artıqgəlmənin uçota götürüldüyü nəzərə alınıb.

Qərarda Nizamnamənin hüquqi aktların tələblərinə uyğun şəkildə yenidən hazırlanaraq təsdiq edilməsi, audit prosesində aparılmış inventarizasiya ilə aşkar edilmiş artıq gələn, həmçinin natura formasında bərpa edilmiş dəyəri göstərilməyən aktivlərin, həmçinin Sosial Xidmət Mərkəzinin binasının qiymətləndirilərək müvafiq qaydada uçota alınması və Nizamnamə fondunun məbləğində əks etdirilməsi, Naxçıvan Dövlət Universiteti Xəstəxanası və Naxçıvan Musiqi Kolleci üzrə xərclərin maliyyələşdirilməsinə dair hüquqi çərçivənin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi qeyd olunub.

Kollegiya Qərarına əsasən əvvəlki illərdə podratçılar tərəfindən təhvil verilməyən maddi qiymətlilər üzrə əskikgəlmələr, həmçinin təmir-tikinti işləri, eləcə də xüsusilə əcnəbi tələbələr və ikinci təhsil üzrə təhsil haqqının alınması sahəsində yol verilmiş nöqsanlarla bağlı müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Son.az

Ceyhun Bayramov Xorvatiyanın baş naziri ilə görüşdü  FOTO like
  • 06 Sen 13:11  
Siyasət Ceyhun Bayramov Xorvatiyanın baş naziri ilə görüşdü FOTO

Xorvatiyanın baş naziri Andrej Plenkovic Azərbaycan xarici işlər naziri Cey

arrow Ətraflı
İşdən çıxarılan generalın yerinə  Təyinat like
  • 06 Sen 12:58  
Digərləri İşdən çıxarılan generalın yerinə Təyinat

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali H�

arrow Ətraflı
Fatih Terimin doğum günündə maraqlı anlar like
  • 06 Sen 12:57  
Digərləri Fatih Terimin doğum günündə maraqlı anlar

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih

arrow Ətraflı
Yağış yağacaq, şimşək çaxacaq like
  • 06 Sen 12:29  
Digərləri Yağış yağacaq, şimşək çaxacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Əməkdar artist: “Ajda Pekkanla unudulmaz öpüş” like
  • 06 Sen 12:24  
Şou-biznes Əməkdar artist: “Ajda Pekkanla unudulmaz öpüş”

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist F

arrow Ətraflı
Paşinyan Moskva həddini aşdı: "sabiq köpək" like
  • 06 Sen 11:54  
Siyasət Paşinyan Moskva həddini aşdı: "sabiq köpək"

Paşinyanın "La Republica" qəzetinə müsahibəsi Rusiya XİN-i öz�

arrow Ətraflı
Ruslar bu istiqamətdə hücumu dayandırdı like
  • 06 Sen 11:51  
Digərləri Ruslar bu istiqamətdə hücumu dayandırdı

Liman-Kupyansk istiqamətində vəziyyət dəyişib. Ruslar hücum əməliyyatla

arrow Ətraflı
Axtarışa verilən aktyor saxlanıldı like
  • 06 Sen 11:40  
Şou-biznes Axtarışa verilən aktyor saxlanıldı

Rusiyanın axtarışa verdiyi aktyor Aleksey Panin Estoniyada saxlanılıb.

arrow Ətraflı
Ukrayna ordusu Melitopol və Baxmut istiqamətlərində uğurla irəliləyir like
  • 06 Sen 11:29  
Dünya Ukrayna ordusu Melitopol və Baxmut istiqamətlərində uğurla irəliləyir

Ukrayna Silahlı Qüvvələri (SQ) Melitopol və Baxmut istiqamətlərində hüc

arrow Ətraflı
Bakı, Sumqayıt, Abşeronda pensiyalar like
  • 06 Sen 11:22  
Digərləri Bakı, Sumqayıt, Abşeronda pensiyalar

Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu

arrow Ətraflı
Ermənilərin işgəncə mərkəzindən tükürpədici görüntülər like
  • 06 Sen 11:20  
Siyasət Ermənilərin işgəncə mərkəzindən tükürpədici görüntülər

Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş

arrow Ətraflı
Vilayət Eyvazov generalı like
  • 06 Sen 11:07  
Digərləri Vilayət Eyvazov generalı

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi

arrow Ətraflı
Raminəni əsgərlikdəki oğlu ilə telefonla danışarkən öldürübmüş... like
  • 06 Sen 10:56  
Digərləri Raminəni əsgərlikdəki oğlu ilə telefonla danışarkən öldürübmüş...

Ötən ilin dekabrında Bakıda Həzi Aslanov metrostansiyasının qarşısında

arrow Ətraflı
Fərid Qayıbov “Heydər zirvəsi”nə qalxdı like
  • 06 Sen 10:47  
Digərləri Fərid Qayıbov “Heydər zirvəsi”nə qalxdı

Gənclər və idman naziri Fərid Qayıbov Şahdağ Milli Parkına daxil olan &q

arrow Ətraflı
Blinken Kiyevə səfər edib like
  • 06 Sen 10:29  
Dünya Blinken Kiyevə səfər edib

ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfər edib.

arrow Ətraflı