Gömrükdə əməliyyat keçirildi Vəzifəli şəxslər
Digərləri 01 Sen 2023 15:10:00 339 0
Rüşvət müqabilində gömrük sərhədindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib.
Bu xəbəri də oxu: Azərbaycanda xəstəxanada xəyanətin üstü açıldı Qadın evli kişi ilə...
Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir.
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev və digər şəxslərin qanunsuz əməlləri barədə həmin Komitədən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Malik Əliyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi dəyəri 30 min manat olan dərman vasitələrinin Astara gömrük postundan ölkə ərazisinə qanunsuz keçirilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, əldə edilmiş ilkin sübutlarla Malik Əliyevin rəhbərlik etdiyi struktur qurumun rəis müavini Mehdi Mehrəliyev və gömrük inspektoru Zaman Əbdurəhmanovla qabaqcadan əlbir olaraq 10 min 400 manat məbləğində rüşvət müqabilində sahibkar Ramin Məmmədzadənin 60 min manat dəyərində məhsulları qaçaqmalçılıq yolu ilə, yəni düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməsinə köməklik etməsi təsdiqini tapıb.
İş üzrə toplanmış sübutlar əsasında Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdurəhmanova Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma), Ramin Məmmədzadəyə isə həmin Məcəllənin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham elan edilib, Malik Əliyev barəsində məhkəmənin qərarilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbər verdiyimiz kimi, plastik əməliyyatlar nəticəsində ağır fəsadlarl
Ötən gün Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyan &
Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sak
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azər
Qarabağdakı erməni separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (
Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə y
Ermənistan ordusu 2023-cü il sentyabr 1-də səhər saatlarından etibarən G�
Daha bir ölkədə TikTok-a qadağa qoyuldu. Qırğızıstan Mədəniyyət, İnf
30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayənd
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyy
Ötən gün Xalq artisti Tamilla Ağamirovanın anım günü olub.
Amerikalı rep ifaçısı "50 Cent" Los-Ancelesdəki konserti zamanı
Rusiya İstintaq Komitəsi 2004-cü ildə Beslanda məktəbi ələ keçirən nam